· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Gəldi bahar bayramı...

Əziz həmvətənlər!

Hörmətli təhsil işçiləri!

Sizi, sizin şəxsinizdə bütün xalqımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkəmizdə başlanılmış geniş quruculuq işləri, cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən islahatlar, atılan inkişaf yönümlü addımlar bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük iqtisadi layihələr sayəsində hazırda ölkəmiz siyasi cəhətdən dünyanın ən stabil ölkələri sırasına çıxmış, iqtisadi inkişaf göstəricilərinə görə regionda və dünyada lider dövlətə çevrilmişdir. Bu gün həyata keçirilən bütün islahat yönümlü işlərdə ali məqsəd ölkə vətəndaşlarının, Azərbaycan cəmiyyətinin hər bir üzvünün maddi rifah halını daha da yüksəltməkdir.

Hazırda ölkənin təhsil sahəsində də böyük quruculuq işləri həyata keçirilir, islahat yönümlü ciddi addımlar atılır. Davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında, maddi kapitalın insan kapitalına çevrilməsində təhsili həlledici amil hesab edən ölkə Prezidenti bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Son illər təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, inkişaf yönümlü proqram və layihələrin həyata keçirilməsi məhz dövlətimizin və onun başçısının təhsilimizə göstərdiyi müntəzəm diqqət və qayğı nəticəsində mümkün olmuşdur.

Əziz təhsil işçiləri!

Xalqımızın ən əziz günü olan Novruz bayramı münasibəti ilə sizi bir daha təbrik edir, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri