Bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu prosesdə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha məşhurdur. Belə ki, “HireVue” tərəfindən hazırlanan sistem namizədin üzünü, səs tonunu, danışığını təhlil, sonra namizədləri bir-biri ilə müqayisə edir.
www.hightech.fm saytının verdiyi məlumata görə, “HireVue” şirkətinin qiymətləndirməsi artıq bir çox sahələrdə geniş yayılıb, buna görə də bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yollarını öyrədirlər. Sistem “Hilton”, “Unilever” və “Goldman Sachs” da daxil olmaqla 100-dən çox işəgötürən tərəfindən istifadə olunur.
“Bu texnologiyanın köməyi ilə üzün hərəkəti, səs tonu, davranış tərzinə görə şirkət üçün uyğun bir işçini seçə biləcəklərinə inanırlar, ancaq bu, çox narahatedici bir haldır”, - deyə Nyu-Yorkda “Al Now Institute”-in həmtəsisçisi Meredit Uittaker söyləyib.
Samirə KƏRİMOVA