Dünya əhalisinin sürətlə artması ilə bərabər, təhsil sektorunda ciddi problemlər ortaya çıxır, o cümlədən siniflərdə şagird sıxlığı məsələsi daha da aktuallaşır. Bu vəziyyət müəllimlərin fərdi yanaşma imkanlarını bir qədər məhdudlaşdırır və şagirdlərin tədris prosesində effektiv iştirakını azaldır. 
 

Müəllimlərin qarşılaşdığı problemlərdən biri də dərs proqramının ağır olması və hər bir şagirdə xüsusi diqqət ayrılmasının çətinliyidir. Nəticədə, müəllimlər bütün şagirdlərə bərabər diqqət göstərə bilmir. Bu çətinlikləri həll etmək üçün süni intellekt effektiv bir vasitə kimi çıxış edə bilər. Süni intellekt dərs planlarını real vaxtda tənzimləmə və çətinlik çəkən şagirdlərə fərdi kömək imkanlarını təmin edərək müəllimlərə bu çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Bu texnologiya şagirdlərin inkişafını və fərdi ehtiyaclarını daha dəqiq və vaxtında təhlil edərək onların mənimsəmə səviyyəsini artırmaq üçün səmərəli alət kimi çıxış edir. Biz bu kimi problemlərin həlli istiqaməti kimi süni intellekti nümunə göstərə bilərik.
 

Sinifdə süni intellekt
 

İki il əvvəl "ChatGPT"nin bazara çıxarılması məktəblər üçün çətinlik olaraq görülmüşdür. Zaman keçdikcə süni intellektin düzgün istifadəsi həm müəllimlərin, həm də şagirdlərin məktəb təcrübələrini yaxşılaşdırmaqda böyük rol oynaya biləcəyi daha aydın görünür.
 

Müəllimlərlə aparılan tədqiqatlar nəticəsində süni intellektin sinifdə təsir göstərə bildiyi sahələr müəyyənləşdirilib. Bu sahələrə uyğunlaşdırma, əməkdaşlıq, daha ağıllı dərslik sistemləri, avtomatlaşdırılmış qiymətləndirmə, müəllimlər üçün virtual köməkçilər və s. kimi sahələr aiddir.
 

1. Uyğunlaşdırma, əməkdaşlıq və oyunlaşdırma: Fərdi öyrənmə üsulları təqdim edir, əməkdaşlıq imkanları yaradır və öyrənmə prosesinə oyun elementləri daxil edir.
 

2. Daha ağıllı dərslik sistemləri: Şagirdlərin öyrənmə tərzinə uyğun dərsliklər təqdim edir və mövzuları müxtəlif üsullarla izah edir.
 

3. Avtomatlaşdırılmış qiymətləndirmə: Qiymətləndirmə prosesini avtomatlaşdıraraq müəllimlərin vaxtını azaldır, şagirdlərin güclü və zəif tərəflərini müəyyən edir.
 

4. Müəllimlər üçün virtual köməkçilər: Müəllimlərə cədvəl hazırlamaq, ünsiyyət qurmaq və dərs planları hazırlamaq kimi vəzifələrdə kömək edir, onlara daha çox şagirdlə əlaqə qurmaq və innovativ dərslər planlaşdırmaq üçün vaxt ayırmağa imkan tanıyır.
 

Süni intellektin inkişafının sinifdə nə vaxt görünəcəyi məsələsinə gəldikdə isə deyə bilərik ki, artıq başlayıb. Məsələn, paper.co kimi alətlər ilkin nümunələrdən biridir. 
 

Covid-19 pandemiyası təhsildə texnologiyanın rolunu ön plana çıxardı və bu sahədə geniş müzakirələrə səbəb oldu. Bu müzakirələr nəticəsində təhsil texnologiyası sahəsinə, xüsusən də STEAM sahəsinə, investisiyalar artdı və yeni məhsul təklifləri ortaya çıxdı. Eyni zamanda 2022-ci ildən sonra süni intellekt sürətlə inkişaf etməyə başladı və "ChatGPT" kimi texnologiyalar təhsil texnologiyası üçün geniş imkanlar təqdim etdi. Nəticədə, şagirdlərdə süni intellekti siniflərdə necə istifadə edə biləcəyi ilə bağlı maraq artdı və gələcəkdə daha mütərəqqi təhsil texnologiyası həllərinin yaranması və təhsil sisteminə inteqrasiya olunması gözlənilir.
 

Sadəcə başlanğıc – Süni intellekt bizi hara aparacaq?
 

Süni intellektin sinif tədrisinə təsir edəcəyi yeddinci və sonuncu üsul bəlkə də ən əhəmiyyətlisidir. 
 

Süni intellektin cəmiyyətə təsiri ilə bağlı hələ də çoxlu qeyri-müəyyənlik var. Ancaq bir gün bu müzakirənin aparılması zəruridir. Dəyişən dünyaya uyğunlaşmaq üçün köhnəlmiş təhsil sistemindən əl çəkməliyik. Təhsil sisteminin məqsədini yenidən müəyyənləşdirərək sistemi bu məqsədə uyğunlaşdırmalıyıq.
 

Ümid edirik ki, vaxt gələndə təhsilin məqsədini yenidən müəyyənləşdirəcək və sistemin bu məqsədə uyğun fəaliyyət göstərməsi təmin ediləcək. Bu müzakirənin gecikdiyini düşünmək olar, amma süni intellekt bu məsələnin gündəmə gətirilməsi üçün bir imkan yarada bilər və bu, müəllimlər, şagirdlər və cəmiyyət üçün faydalı olacaq.

 

MƏNBƏ: https://www.eschoolnews.com/digital-learning/2024/08/14/7-ways-ai-will-make-a-positive-impact-on-classroom-teaching/

 

Nərmin İSKƏNDƏRZADƏ