Yeni üz tanıma sistemi personal seçir

Bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu prosesdə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha məşhurdur.  Belə ki, “HireVue”  tərəfindən  hazırlanan  sistem  namizədin  üzünü,  səs  tonunu,  danışığını  təhlil,  sonra  namizədləri  bir-biri  ilə  müqayisə  edir.

 

www.hightech.fm saytının verdiyi məlumata görə, “HireVue” şirkətinin qiymətləndirməsi artıq bir çox sahələrdə geniş yayılıb, buna görə də bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yollarını öyrədirlər. Sistem “Hilton”, “Unilever” və “Goldman Sachs” da daxil olmaqla 100-dən çox işəgötürən tərəfindən istifadə olunur.

 

“Bu texnologiyanın köməyi ilə üzün hərəkəti, səs tonu, davranış tərzinə görə şirkət üçün uyğun bir işçini seçə biləcəklərinə inanırlar, ancaq bu, çox narahatedici bir haldır”, - deyə Nyu-Yorkda “Al Now Institute”-in həmtəsisçisi Meredit Uittaker  söyləyib.

 

Samirə KƏRİMOVA

 



23.11.2019 | 10:35