16 sentyabr tarixindən Qarabağ Universiteti tələbələrinin Xankəndiyə gəliş prosesi artıq başlayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, universitet nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.
 
Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.
 
Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə 22 sentyabr tarixinədək davam edəcək.