Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir.
 
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
E.Əmrullayev çıxışında cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən də bəhs edib:
 
"Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışımız olacaq. Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir".