Fənn: Ədəbiyyat

Mövzu: B.Vahabzadənin “İstiqlal” poemasının təhlili

Standartlar: 1.1.5; 1..2.1; 1.2.4; 3.1.

Dərsin məqsədi:

Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

Poemanın mövzusunu, ideya-məzmun xüsusiyyətlərini şərh edir.

Kiçik həcmli esse yazır.

 

İş forması: fərdi, qrup

İş üsulu: müzakirə, ifadəli oxu, təqdimat, Venn diaqramı

 

Resurslar: B.Vahabzadənini əsərləri, B.Vahabzadənin şəkli, M.Ə.Rəsulzadənin şəkli, audioyazı, videosüjet, iş vərəqləri, Azərbaycan xəritəsi.

Motivasiya:

Dərs Məhəmməd Əmin Rəsulzadənin xalqa müraciətindən bir hissəni səsləndirilməsi ilə başlanır:

https://www.youtube/com/watsh?v+Xrd-2Fu8Fug

 

Şagirdlərdən müraciətə münasibətləri soruşulur. Sonra onlar B.Vahabzadənin “İstiqlal” şeirini əzbər söyləyirlər.  Bəxtiyar Vahabzadə ilə bağlı videoçarx nümayiş etdirilir.

 

Sinfə sual ünvanlanır: Poemaya və videoçarxa əsasən B.Vahabzadənin şəxsiyyəti haqqında hansı fikirləri söyləmək mümkündür?

 

Cavablar dinlənilir. Sonra aşağıdakı suallarla şairin həyat və yaradıcılığı ümumi şəkildə yada salınır:

1.      B.Vahabzadə nə vaxt və harada anadan olub?

2.      O, ali təhsilini harada alıb?

3.      B.Vahabzadə hansı şairin yaradıcılığını araşdırıb?

4.      Şair ilk poemasını kimə həsr edib?

5.      Şairin ilk  şeiri nə vaxt çap olunub?

6.      B.Vahabzadə hansı poemaların müəllifidir?

7.      Azərbaycanın parçalanmasına həsr olunmuş “Gülüstan” poeması nə vaxt çap olunub?

8.      Gülüstan” poemasının davamı hesab oluna bilən “İstiqlal” poeması nə vaxt yazılıb?

9.      Poema hansı mövzuları əhatə edir?

 

Tədqiqat sualı:

Sual-cavab bitdikdən sonra sinfə belə bir sualla müraciət olunur:

Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb nədir?

Cavablar dinlənilir. Tədqiqat sualı formalaşdırılır:

Milli azadlıq mövzusunda yazılmış əsərlərdə başlıca olaraq, hansı problemlər ön plana çəkilir?

 

Tədqiqatın aparılması:

Tədqiqat aparmaq üçün şagirdlərə iş vərəqləri paylanılır. Qrup işlərinə görə meyarlar üzrə qiymət verilə bilər.

 

I qrup: “Şəhidlər”

1. “İstiqlal” poemasını Məhmət Akif Ərsoyun “İstiqlal marşı”  ilə müqayisə edin.

 

 

“İstiqlal” poeması

“İstiqlal marşı” şeiri

1.Mövzu

 

 

2.Problem

 

 

3.Vətənin və xalqın azadlığına münasibət

 

 

4.Azadlıq uğrunda şəhid olanlara münasibət

 

 

5.Xalqların milli azadlıq hərəkatına qənim kəsilənlərə münasibət

 

 

6.Vətənin gələcəyinə münasibət

 

 

7. İdeya

 

 

 

II qrup: “İstiqlal”

1.Şairin “qul millətlərə” münasibətini əsərdən seçilən misallarla aydınlaşdırın.

2.Poemada başlıca ideya nədir?

 

III qrup: “Millət”

1.Şimali Azərbaycanın azadlığa qovuşması şairdə hansı arzunun yaranmasına səbəb oldu?

2.Poema və roman janrlarını Venn diaqramından istifadə edərək müqayisə edin.

 

IV qrup: “Vətən”

1.Şairin fikrincə, “Gülüstan” müqaviləsi xalqımızın, dövlətimizin taleyində hansı rolu oynadı?

 

2.Bəndlərdə bədii təsvir və ifadə vasitələrini müəyyən edin:

…Köksünə dağ üstdən dağ çəkilən xalq

Bir gün dağ çəkəcək dağın köksünə.

Məftil çəpərləri qıra bilən xalq

Bir il gec, bir il tez - qıracaq yenə.

Torpağı yoğurur vaxt özü qanla

Vaxt gəldi, bircə söz min dünya açar.

Artıq anlamışıq, ahla, amanla

Nə məftil əriyər, nə sərhəd uçar.

 

Qrup işlərinin təqdimatları dinlənilir. Onlara meyarlara uyğun qiymət verilir.

 

Tədqiqat sualının cavabı müəyyən olunur.

 

Yaradıcı iş olaraq şagirdlərə mövzuya uyğun bir neçə esse adı təklif olunur:

1.B.Vahabzadənin yaradıcılığında ana dilinə münasibət.

2.Azərbaycanın milli azadlığı uğrunda şəhid olanlarımız.

3. “İkiyə bölünmüş Vətən”in taleyini düşünən şairin düşüncələri.

 

Esse yazılarından bəziləri oxunub qiymətləndirilir.

 

Qiymətləndirmə meyarı

 

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Poemanın ideya-məzmununa uyğun ifadəli oxumaqda çətinlik çəkir.

Poemanı müəllimin köməyi ilə ifadəli oxuyur.

Poemanı əsasən ifadəli oxuyur.

Poemanı ifadəli oxuyur.

Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.

Poemada bədii təsvir və ifadə vasitələrini kömək əsasında müəyyənləşdirir.

Poemada bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.

Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

Poemanı janr baxımından romanla müqayisə etməkdə çətinlik çəkir.

Poemanı janr baxımından romanla müəllimin köməyi ilə müqayisə edir.

Poemanı janr baxımından romanla əsasən müqayisə edir.

Poemanı janr baxımından romanla müqayisə edir.

Essenin məzmununa uyğun üslub müəyyənləşdirməkdə çətinlik çəkir.

Essenin məzmununa uyğun üslubu suallar və kömək əsasında müəyyənləşdirir.

Essenin məzmununa uyğun əsasən müəyyənləşdirir.

Essenin məzmununa uyğun müəyyənləşdirir.

 

Sənubər KAZIMOVA,

Bakı şəhər 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi