Ədəbiyyatdan dərs nümunəsi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Fənn: Ədəbiyyat Mövzu: B.Vahabzadənin “İstiqlal” poemasının təhlili Standartlar: 1.1.5; 1..2.1; 1.2.4; 3.1. Dərsin məqsədi: Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. Poemanın mövzusunu, ideya-məzmun xüsusiyyətlərini şərh edir. Kiçik həcmli esse yazır.
İş forması: fərdi, qrup İş üsulu: müzakirə, ifadəli oxu, təqdimat, Venn diaqramı
Resurslar: B.Vahabzadənini əsərləri, B.Vahabzadənin şəkli, M.Ə.Rəsulzadənin şəkli, audioyazı, videosüjet, iş vərəqləri, Azərbaycan xəritəsi. Motivasiya: Dərs Məhəmməd Əmin Rəsulzadənin xalqa müraciətindən bir hissəni səsləndirilməsi ilə başlanır: https://www.youtube/com/watsh?v+Xrd-2Fu8Fug
Şagirdlərdən müraciətə münasibətləri soruşulur. Sonra onlar B.Vahabzadənin “İstiqlal” şeirini əzbər söyləyirlər. Bəxtiyar Vahabzadə ilə bağlı videoçarx nümayiş etdirilir.
Sinfə sual ünvanlanır: Poemaya və videoçarxa əsasən B.Vahabzadənin şəxsiyyəti haqqında hansı fikirləri söyləmək mümkündür?
Cavablar dinlənilir. Sonra aşağıdakı suallarla şairin həyat və yaradıcılığı ümumi şəkildə yada salınır: 1. B.Vahabzadə nə vaxt və harada anadan olub? 2. O, ali təhsilini harada alıb? 3. B.Vahabzadə hansı şairin yaradıcılığını araşdırıb? 4. Şair ilk poemasını kimə həsr edib? 5. Şairin ilk şeiri nə vaxt çap olunub? 6. B.Vahabzadə hansı poemaların müəllifidir? 7. Azərbaycanın parçalanmasına həsr olunmuş “Gülüstan” poeması nə vaxt çap olunub? 8. Gülüstan” poemasının davamı hesab oluna bilən “İstiqlal” poeması nə vaxt yazılıb? 9. Poema hansı mövzuları əhatə edir?
Tədqiqat sualı: Sual-cavab bitdikdən sonra sinfə belə bir sualla müraciət olunur: Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb nədir? Cavablar dinlənilir. Tədqiqat sualı formalaşdırılır: Milli azadlıq mövzusunda yazılmış əsərlərdə başlıca olaraq, hansı problemlər ön plana çəkilir?
Tədqiqatın aparılması: Tədqiqat aparmaq üçün şagirdlərə iş vərəqləri paylanılır. Qrup işlərinə görə meyarlar üzrə qiymət verilə bilər.
I qrup: “Şəhidlər” 1. “İstiqlal” poemasını Məhmət Akif Ərsoyun “İstiqlal marşı” ilə müqayisə edin.
II qrup: “İstiqlal” 1.Şairin “qul millətlərə” münasibətini əsərdən seçilən misallarla aydınlaşdırın. 2.Poemada başlıca ideya nədir?
III qrup: “Millət” 1.Şimali Azərbaycanın azadlığa qovuşması şairdə hansı arzunun yaranmasına səbəb oldu? 2.Poema və roman janrlarını Venn diaqramından istifadə edərək müqayisə edin.
IV qrup: “Vətən” 1.Şairin fikrincə, “Gülüstan” müqaviləsi xalqımızın, dövlətimizin taleyində hansı rolu oynadı?
2.Bəndlərdə bədii təsvir və ifadə vasitələrini müəyyən edin: …Köksünə dağ üstdən dağ çəkilən xalq Bir gün dağ çəkəcək dağın köksünə. Məftil çəpərləri qıra bilən xalq Bir il gec, bir il tez - qıracaq yenə. Torpağı yoğurur vaxt özü qanla Vaxt gəldi, bircə söz min dünya açar. Artıq anlamışıq, ahla, amanla Nə məftil əriyər, nə sərhəd uçar.
Qrup işlərinin təqdimatları dinlənilir. Onlara meyarlara uyğun qiymət verilir.
Tədqiqat sualının cavabı müəyyən olunur.
Yaradıcı iş olaraq şagirdlərə mövzuya uyğun bir neçə esse adı təklif olunur: 1.B.Vahabzadənin yaradıcılığında ana dilinə münasibət. 2.Azərbaycanın milli azadlığı uğrunda şəhid olanlarımız. 3. “İkiyə bölünmüş Vətən”in taleyini düşünən şairin düşüncələri.
Esse yazılarından bəziləri oxunub qiymətləndirilir.
Qiymətləndirmə meyarı
Sənubər KAZIMOVA, Bakı şəhər 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi |
|||||||||||||||||||||||||||||||||||||||||||||
16.11.2018 | 17:17 | |||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|