Azərbaycan Texnologiya Universiteti (UTECA ) Polşanın Silesiya Texnologiya və İspaniyanın Jaen universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.
Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə Polşa və İspaniyada bir semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.
Proqrama universitetin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin II və III kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.