UTECA-nın 3 tələbəsinə Polşa və İspaniyada təhsil almaları üçün qrant ayrılıb

Azərbaycan Texnologiya Universiteti (UTECA ) Polşanın Silesiya Texnologiya və İspaniyanın Jaen universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.
 

Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə Polşa və İspaniyada bir semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.
 

Proqrama universitetin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin II və III kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.

 



21.11.2022 | 14:45