Avropa Təhsil Fondu: “Təhsil sistemləri sağlamlıq və rifahın ən üstün prioritet olduğu tədris planlarını və proseslərini tərtib etməlidir”
Dünyanı bürümüş koronavirus pandemiyasının ilk dalğası 160 ölkədə 1,5 milyard təhsilalanı evdə təhsil almaq məcburiyyətində qoyub. Avropa Təhsil Fondu ( ETF) 29 tərəfdaş ölkədə təhsil müəssisələri tərəfindən koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərin monitorinqini keçirib. Bu analitik icmal həm təhsil prosesinin yolu və məkanı, həm də bütün bir nəslin əmək bazarına inteqrasiyası və cəmiyyətin rifahı naminə uğurla işləmək bacarığı üzərində uzunmüddətli təsir göstərə biləcək bəzi sosial dəyişiklik nümunələrini müəyyən etməyə imkan verib. Sənəddə COVID-19 pandemiyasından sonra davamlı sosial-iqtisadi inkişafda əsas rol oynayan aşağıdakı beş meyil müəyyən edilib:
Sağlamlıq və rifahın ən üstün prioritet olduğu tədris planları
Hesabatda qeyd olunur ki, kiçikyaşlı təhsilalanlar və yeniyetmələr üçün pandemiya onlayn öyrənməkdən daha çox məna kəsb edə bilər. Ən gənc milleniallar - z və alfa nəsli üçün bu aylar dünyaya baxış və ünsiyyət qurma tərzini müəyyənləşdirir. Onlar ünsiyyət qurma, öyrənmə üçün daxili motivasiya, potensial karyera və həyat yolunun inkişafı haqqında müxtəlif bilikləri mənimsəyirlər.
ETF-nin sosial-iqtisadi hesabatında bildirilir ki, əmək bazarına daxil olmaqda çətinliklə üzləşən gənc məzunlar və iş axtaranlar üçün dondurulmuş təcrübə proqramları, şagird və gənc məzunlara digər formalarda dəstək verildiyi üçün indi daha da yüksəkdir. Eyni zamanda, tələbin zəifləməsi və daha ehtiyatlı işəgötürmə strategiyaları orta müddətdə məşğulluq imkanlarını məhdudlaşdıra bilər. “ Bir Zoom söhbətindən digərinə keçərkən gəncləri narahat edən qeyri-müəyyənlik və stres, yeni bilik və bacarıqların əldə edilməsinə və sosial inteqrasiyaya kömək etmir”.
Hesabatda qeyd olunur ki, Türkiyə COVID-19 pandemiyası zamanı açıq bir şəkildə böhranı idarə etmə strategiyasının bir hissəsi olaraq fiziki və zehni sağlamlığa üstünlük verən ölkələrdən biridir. Ölkədə məsafədən təhsil alan maksimum uşaq (eşitmə qüsurlu uşaqlar daxil olmaqla) sayına çatmaq üçün milli rəqəmsal təhsil platforması EBA və Türk Radio və Televiziya Təşkilatının (TRT) mənbələrindən istifadə edilib. Əlavə olaraq tələbələr, valideynlər üçün bir dəstək xətti, psixoloji və sosial rəhbərlik tətbiqi və veb brauzer də istifadəyə verilib. Bu təlimatda məktəblərin bağlanması zamanı uşaqların, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər haqqında daha ətraflı məlumat verilib və stresin bu şəraitdə necə ümumi bir şərt olduğu vurğulanıb.
Gənclərin təhsil və müvafiq bacarıqlara sahib olmaq hüququ vardır
Rifah insanlar üçün getdikcə daha vacib bir prioritet halına gəlir, az məskunlaşan bölgələrdə həyata marağının artması və COVID-19 pandemiyası sonrasında evdə işləmək üçün yeni imkanlar yaranır. Şirkətlər davamlı təcrübələrə doğru irəlilədikcə gənclər üçün iş imkanları artır. Bu məsələnin arxa tərəfi ondan ibarətdir ki, təhsil strukturları bəlkə də fərqli zaman zonalarında geniş bir coğrafi bölgünün logistik problemlərini davam etdirməli olacaqlar.
Bu şərtlərdə köçürülə bilən, universal və kəsişən bacarıq məcburidir. Təhsil sistemləri 21-ci əsrin bacarıqlarını (elm və kompüter savadlılığı, yaradıcılıq, əməkdaşlıq, maraq, problem həll etmə) digər mövzularla bərabər səviyyədə qurmalıdır. Teleworking (uzaqdan çalışma) işlərinin böyüməsi ilə birlikdə müəyyən növ sosial və emosional zəkaya, qlobal, transmilli, uzaq komandaların iş birliyini təsirli edəcək qarşılıqlı fəaliyyətə ehtiyac var.
COVID-19 peyvəndi ilə iqtisadiyyatın bərpa olunacağı və əvvəlki qaydaya düşəcəyi fərziyyəsi bəlkə də həddən artıq sadə yanaşmadır. Bir çox dəyişənlər hələ müəyyənləşdirilmədiyindən, gənclər kimi həssas qrupların diqqətdən kənarda qalma riski yüksəkdir.
Qarışıq təlim gələcəkdir
Gələcəyin rəqəmsal və onlayn öyrənmə ilə bağlı olduğunu söyləmək fikri cəlbedici olsa da, ETF-nin məktəblərdəki sosial şagirdlərdən aldığı saysız-hesabsız rəylər gələcəyin qarışıq tədris formaları ilə bağlı olacağını göstərir. Qarışıq öyrənmə çox ehtiyac duyulan ömürboyu öyrənmə üçün ən əlverişli kontekstdir. İqtisadi şərtlər, xüsusən də pandemiyanın təsiri ilə daim dəyişir və modul kurslara marağın artdığını görürük. COVID-19 böhranına cavab tədbirinin əsas hissəsini ömürboyu təhsilə keçid və öyrənmənin hamı üçün əlçatan olması təşkil edir.
Nəyi ölçmək, yaxşılaşdırmaq olar
Təhsilalanlar yalnız məsafədən əməkdaşlıq, layihə tapşırıqları və onlayn qarşılıqlı əlaqə vasitəsilə təlimdən sonra onları gözləyən proseslərə hazırlaşa bilərlər.
Avropa Komissiyası məktəblərin rəqəmsal istifadəsini qiymətləndirməyə kömək edən onlayn özünü qiymətləndirmə vasitəsi olan SELFIE ilə cavab verib. SELFIE ETF, Avropa Peşə Təhsili İnkişaf Mərkəzi (Cedefop) və UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu ilə ortaq şəkildə hazırlanıb. 14 ölkədə 650 təhsil müəssisəsində 67000 istifadəçinin iştirakı ilə 2017-ci ildə sınaq rejimində tətbiq olunan platformadan artıq 670 min insan istifadə edir, bu, özündə 57 ölkədən 7300 təhsil müəssisəsini birləşdirir. SELFIE anketlərinə cavab verməklə təhsil müəssisələri özlərinin rəqəmsal imkanlarının vəziyyətini qiymətləndirə bilərlər. SELFIE üzvü olan məktəblər özlərini əks etdirmə yolu ilə bütün maraqlı tərəflərin fikirlərini dinləyərək inkişaf edə bilərlər.
Təhsilin keyfiyyətinin yüksəldilməsinin açarı
Hesabatda qeyd olunur ki, qarşıya qoyulmuş məqsədlərdən heç biri bütün maraqlı tərəflərin - təhsil nümayəndələrindən əmək nazirliklərinə, işəgötürənlərə və QHT-lərə qədər genişmiqyaslı əməkdaşlığı olmadan əldə edilə bilməz. Genişmiqyaslı dövlət-özəl tərəfdaşlıq güclü iş yeri, öyrənmə platformaları yarada bilər. Xüsusilə peşə təhsili üçün iş yerində öyrənmə vacibdir. Bu seçimin məsafədən təhsil kontekstində sabit olması üçün bütün şagirdlərin yeni təşkilat formaları ilə yanaşı genişləndirilmiş və virtual reallıq həllərinə də çıxışı olmalıdır.
Əməkdaşlıq həm də tələbələrin lazımi cihazları, rabitə və evdə öyrənmək üçün uyğun bir mühit təmin etməsini tələb edir. Nəticə etibarilə, ETF yerlərdə müəyyənləşdirilmiş ehtiyaclara əsaslanaraq dövlət qurumları arasında resurs paylaşma layihələrinə ehtiyac olduğunu da vurğulayır.
ETF pandemiya ilə mübarizədə hökumətlərin, vətəndaş cəmiyyətinin, işəgötürənlərin, eyni zamanda, valideynlərin və şagirdlərin təhsil prosesinə verdiyi dəstəyi böyük töhfə kimi qeyd edir.
Avropa Təhsil Fondunun hesabatında Azərbaycanda teledərslərin uğurlu tətbiqi qeyd olunur
- * Dövlət televiziyasında 11 mart tarixindən etibarən ümumtəhsil və 30 martdan isə peşə məktəbləri üçün yayımlanan, yüksək ixtisaslı müəllimlər tərəfindən bir çox fənləri əhatə edən teledərslər uğurlu sayılır.
- * 2016-cı ilin dekabrında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Milli Yol Xəritəsinin qəbul edilməsi rəqəmsal tədris strategiyaları üçün zəmin yaratmağa kömək edib.
- * 2008-ci ildə qurulan AzEDUNET İKT-nin inkişafına və böhran dövründə təhsil ehtiyaclarına səmərəli reaksiya verilməsinə kömək edən bir sıra aparıcı aktyorlardan biridir. AzEDUNET ölkədəki tələbələrin 85%-ni və müəllimlərin 75%-ni əhatə edən 2500-dən çox təhsil müəssisəsini birləşdirir.
- * 2018-ci ilin aprelində qəbul edilmiş yeni “Peşə təhsili haqqında” Qanun və rəqəmsal infrastrukturun yaxşılaşdırılması üçün bu sahəyə 10 milyon avro dəyərində vəsaitin ayrılması COVID-19 böhranı zamanı onlayn təhsilə uğurlu keçid yolunu açıb.
- * Təhsil Nazirliyinin Microsoft ilə birgə təklif etdiyi “Virtual məktəb” layihəsinin aprel ayının əvvəlində həyata keçirilməsinə başlanması pandemiyaya qarşı mübarizənin əsas tədbirlərindən biridir. Qeydiyyatdan keçən şagirdlər müvafiq sinfə göndərilir və burada həftəlik televiziya dərslərində tədris olunan mövzularla bağlı ev tapşırığı təklif olunur.
#LearningConnects:
- * Azərbaycan şanslı idi, çünki valideynlər təhsildə mühüm rol oynayırlar. Çoxları uşaqlarının onlayn təhsilini izləmək üçün müəllimlərlə əməkdaşlıq edir. “Mədəniyyət” telekanalında və digər platformalarda istifadəyə verilən onlayn kurslara elektrik texnikası, tikinti, mexanika, avtomobil texnikası və İKT daxil olmaqla səkkiz ixtisas üzrə 26 dərs daxildir.
- * 7-15 dəqiqəlik dərs video nəzəriyyə və praktika arasında tədrisi bölüşdürməyə çalışır, əşyaların necə işlədiyini və necə göründüyünü göstərir. Bu, çətindir, çünki tələbələrin videoları izlədiyinə heç kim əmin deyil. Valideynlər şagirdlərin video üzərində işləmələrini və ya dərsləri istifadə etdikləri platformalara yükləmələrini təmin etməlidirlər.
- * Onlayn kurslar sürətli düzəlişdir və ehtimal ki, mövcud formada davamlı deyil. Biz pandemik vəziyyətin nə qədər davam edəcəyini bilmirik, amma indiyə qədər bu, praktik olaraq həyata keçirilən yeganə qərardır.
Oruc MUSTAFAYEV