Pandemiyadan necə çıxmalı? | |
Dünyanı bürümüş koronavirus pandemiyasının ilk dalğası 160 ölkədə 1,5 milyard təhsilalanı evdə təhsil almaq məcburiyyətində qoyub. Avropa Təhsil Fondu ( ETF) 29 tərəfdaş ölkədə təhsil müəssisələri tərəfindən koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərin monitorinqini keçirib. Bu analitik icmal həm təhsil prosesinin yolu və məkanı, həm də bütün bir nəslin əmək bazarına inteqrasiyası və cəmiyyətin rifahı naminə uğurla işləmək bacarığı üzərində uzunmüddətli təsir göstərə biləcək bəzi sosial dəyişiklik nümunələrini müəyyən etməyə imkan verib. Sənəddə COVID-19 pandemiyasından sonra davamlı sosial-iqtisadi inkişafda əsas rol oynayan aşağıdakı beş meyil müəyyən edilib:
Sağlamlıq və rifahın ən üstün prioritet olduğu tədris planları
Hesabatda qeyd olunur ki, kiçikyaşlı təhsilalanlar və yeniyetmələr üçün pandemiya onlayn öyrənməkdən daha çox məna kəsb edə bilər. Ən gənc milleniallar - z və alfa nəsli üçün bu aylar dünyaya baxış və ünsiyyət qurma tərzini müəyyənləşdirir. Onlar ünsiyyət qurma, öyrənmə üçün daxili motivasiya, potensial karyera və həyat yolunun inkişafı haqqında müxtəlif bilikləri mənimsəyirlər.
Hesabatda qeyd olunur ki, Türkiyə COVID-19 pandemiyası zamanı açıq bir şəkildə böhranı idarə etmə strategiyasının bir hissəsi olaraq fiziki və zehni sağlamlığa üstünlük verən ölkələrdən biridir. Ölkədə məsafədən təhsil alan maksimum uşaq (eşitmə qüsurlu uşaqlar daxil olmaqla) sayına çatmaq üçün milli rəqəmsal təhsil platforması EBA və Türk Radio və Televiziya Təşkilatının (TRT) mənbələrindən istifadə edilib. Əlavə olaraq tələbələr, valideynlər üçün bir dəstək xətti, psixoloji və sosial rəhbərlik tətbiqi və veb brauzer də istifadəyə verilib. Bu təlimatda məktəblərin bağlanması zamanı uşaqların, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər haqqında daha ətraflı məlumat verilib və stresin bu şəraitdə necə ümumi bir şərt olduğu vurğulanıb.
Gənclərin təhsil və müvafiq bacarıqlara sahib olmaq hüququ vardır
Rifah insanlar üçün getdikcə daha vacib bir prioritet halına gəlir, az məskunlaşan bölgələrdə həyata marağının artması və COVID-19 pandemiyası sonrasında evdə işləmək üçün yeni imkanlar yaranır. Şirkətlər davamlı təcrübələrə doğru irəlilədikcə gənclər üçün iş imkanları artır. Bu məsələnin arxa tərəfi ondan ibarətdir ki, təhsil strukturları bəlkə də fərqli zaman zonalarında geniş bir coğrafi bölgünün logistik problemlərini davam etdirməli olacaqlar.
Bu şərtlərdə köçürülə bilən, universal və kəsişən bacarıq məcburidir. Təhsil sistemləri 21-ci əsrin bacarıqlarını (elm və kompüter savadlılığı, yaradıcılıq, əməkdaşlıq, maraq, problem həll etmə) digər mövzularla bərabər səviyyədə qurmalıdır. Teleworking (uzaqdan çalışma) işlərinin böyüməsi ilə birlikdə müəyyən növ sosial və emosional zəkaya, qlobal, transmilli, uzaq komandaların iş birliyini təsirli edəcək qarşılıqlı fəaliyyətə ehtiyac var.
COVID-19 peyvəndi ilə iqtisadiyyatın bərpa olunacağı və əvvəlki qaydaya düşəcəyi fərziyyəsi bəlkə də həddən artıq sadə yanaşmadır. Bir çox dəyişənlər hələ müəyyənləşdirilmədiyindən, gənclər kimi həssas qrupların diqqətdən kənarda qalma riski yüksəkdir.
Qarışıq təlim gələcəkdir
Gələcəyin rəqəmsal və onlayn öyrənmə ilə bağlı olduğunu söyləmək fikri cəlbedici olsa da, ETF-nin məktəblərdəki sosial şagirdlərdən aldığı saysız-hesabsız rəylər gələcəyin qarışıq tədris formaları ilə bağlı olacağını göstərir. Qarışıq öyrənmə çox ehtiyac duyulan ömürboyu öyrənmə üçün ən əlverişli kontekstdir. İqtisadi şərtlər, xüsusən də pandemiyanın təsiri ilə daim dəyişir və modul kurslara marağın artdığını görürük. COVID-19 böhranına cavab tədbirinin əsas hissəsini ömürboyu təhsilə keçid və öyrənmənin hamı üçün əlçatan olması təşkil edir.
Nəyi ölçmək, yaxşılaşdırmaq olar
Təhsilalanlar yalnız məsafədən əməkdaşlıq, layihə tapşırıqları və onlayn qarşılıqlı əlaqə vasitəsilə təlimdən sonra onları gözləyən proseslərə hazırlaşa bilərlər.
Avropa Komissiyası məktəblərin rəqəmsal istifadəsini qiymətləndirməyə kömək edən onlayn özünü qiymətləndirmə vasitəsi olan SELFIE ilə cavab verib. SELFIE ETF, Avropa Peşə Təhsili İnkişaf Mərkəzi (Cedefop) və UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu ilə ortaq şəkildə hazırlanıb. 14 ölkədə 650 təhsil müəssisəsində 67000 istifadəçinin iştirakı ilə 2017-ci ildə sınaq rejimində tətbiq olunan platformadan artıq 670 min insan istifadə edir, bu, özündə 57 ölkədən 7300 təhsil müəssisəsini birləşdirir. SELFIE anketlərinə cavab verməklə təhsil müəssisələri özlərinin rəqəmsal imkanlarının vəziyyətini qiymətləndirə bilərlər. SELFIE üzvü olan məktəblər özlərini əks etdirmə yolu ilə bütün maraqlı tərəflərin fikirlərini dinləyərək inkişaf edə bilərlər.
Təhsilin keyfiyyətinin yüksəldilməsinin açarı
Hesabatda qeyd olunur ki, qarşıya qoyulmuş məqsədlərdən heç biri bütün maraqlı tərəflərin - təhsil nümayəndələrindən əmək nazirliklərinə, işəgötürənlərə və QHT-lərə qədər genişmiqyaslı əməkdaşlığı olmadan əldə edilə bilməz. Genişmiqyaslı dövlət-özəl tərəfdaşlıq güclü iş yeri, öyrənmə platformaları yarada bilər. Xüsusilə peşə təhsili üçün iş yerində öyrənmə vacibdir. Bu seçimin məsafədən təhsil kontekstində sabit olması üçün bütün şagirdlərin yeni təşkilat formaları ilə yanaşı genişləndirilmiş və virtual reallıq həllərinə də çıxışı olmalıdır.
Əməkdaşlıq həm də tələbələrin lazımi cihazları, rabitə və evdə öyrənmək üçün uyğun bir mühit təmin etməsini tələb edir. Nəticə etibarilə, ETF yerlərdə müəyyənləşdirilmiş ehtiyaclara əsaslanaraq dövlət qurumları arasında resurs paylaşma layihələrinə ehtiyac olduğunu da vurğulayır.
ETF pandemiya ilə mübarizədə hökumətlərin, vətəndaş cəmiyyətinin, işəgötürənlərin, eyni zamanda, valideynlərin və şagirdlərin təhsil prosesinə verdiyi dəstəyi böyük töhfə kimi qeyd edir.
Avropa Təhsil Fondunun hesabatında Azərbaycanda teledərslərin uğurlu tətbiqi qeyd olunur
#LearningConnects:
Oruc MUSTAFAYEV |
|
06.11.2020 | 15:12 | |
|
|
|