"Qlobal Tələbə Mübadiləsi Proqramı" (UGRAD)
çərçivəsində ölkəmizdə keçirilən müsabiqənin
qalibi olan 10 nəfər avqustun 11-də Amerika
Birləşmiş Ştatlarına getmişdir.
Onlar ABŞ universitetlərində müxtəlif ixtisaslar
(mühasibat, kənd təsərrüfatı, biologiya, biznes,
kompüter elmi, iqtisadiyyat, mühəndislik,
turizmin idarəedilməsi və s.) üzrə 1 il
müddətində təhsil alacaqlar.
Müsabiqəni ABŞ Beynəlxalq Tədqiqatlar və
Mübadilələr Şurası (İREX) qeyd edilən ölkənin
Dövlət Departamentinin maliyyə dəstəyi ilə
ölkəmizin ali təhsil müəssisələrinin I, II və
III kurs tələbələri üçün keçirmişdir.
AzərTAc |