Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız
məlumata görə, paytaxtın ümumtəhsil
məktəblərində hazırda 180-dək vakant müəllim
yeri mövcuddur.
Gənclərin çağırışaqədərki hazırlığı
rəhbərlərinə, informatika və fiziki tərbiyə
müəllimlərinə daha çox ehtiyac duyulduğundan
vakant yerlərin böyük qismi bu fənlər üzrədir.
Mövcud vakant yerlər əsasən paytaxtın Xəzər,
Sabunçu və Qaradağ rayonlarında yerləşən
ümumtəhsil məktəblərindədir.
Məlumat üçün bildirək ki, müvafiq elanın
verilməsi və müsabiqənin təşkili üçün vakant
yerlər haqqında məlumat Təhsil Nazirliyinə
təqdim olunmuşdur.
2010-2011-ci tədris ilində Bakı şəhərinin
ümumtəhsil məktəblərindəki vakant yerlər
haqqında məlumat yaxın günlərdə mətbuatda dərc
olunacaq və Təhsil Nazirliyinin İnternet
saytında yerləşdiriləcəkdir.
Y.ƏLİYEV |