· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

 

Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olub

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Fevralın 27-də Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olmuşdur.  

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  mərasimdə iştirak etmişlər.

MDU-nun filialının açılışında RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti də iştirak edirdi.

Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə sərəncam Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il yanvarın 15-də imzalanmışdır.

 

Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fondu bir qrup azərbaycanlı tələbəni D.İ.Mendeleyev təqaüdünə layiq görüb

Bakı Slavyan Universitetində Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" Fondu tərəfindən təsis olunmuş D.İ.Mendeleyev təqaüdünün təqdim edilməsi mərasimi keçirilmişdir.

Təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etmişlər.

Mərasimin əvvəlində Bakı Slavyan Universiteti tələbələrinin ifasında beynəlxalq tələbələr himni səslənmişdir.

 

 

Birinci Respublika Muğam müsabiqəsi başladı

Martın 5-də Azərbaycan Dövlət Kukla Teatrında I Respublika Muğam müsabiqəsinin 1-ci turu keçirildi. Tədbirdə ölkənin nüfuzlu muğam ustalarından ibarət münsiflər heyəti və qonaqlar iştirak edirdi. Muğam müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqə iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin ölkəmizdə və xaricdə apardığı uğurlu siyasətindən, bütün sahələrdə olduğu kimi, incəsənət və mədəniyyətinə göstərilən dövlət qayğısından söz açdı. 

 

  

 

Heydər Əliyev Fondu son iki ildə 

Fond yarandığı gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan edib

 

Xalqımızın böyük oğlu, həyat amalı varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan və bu istiqamətdə uzun illər titanik fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizlə, xalqımızla bağlı böyük arzuları vardı. O istəyirdi ki, Azərbaycan tezliklə dünya ölkələri arasında öncül mövqelərə çıxsın, ölkəmizin iqtisadi qüdrəti artsın, xalqımızın maddi rifah halı yüksəlsin, milli dəyərlərimiz qorunsun və nəsildən-nəslə ötürülsün. 

Təhsil Nazirliyində müşavirə

  

Fevralın 28-də Təhsil Nazirliyində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə keçiriləcək yoxlama imtahanı ilə bağlı müşavirə oldu. İclasda nazir müavinləri, nazirliyin mərkəzi aparatının və struktur bölmələrinin rəhbərləri, yuxarıda adıçəkilən ərazilərin ümumtəhsil məktəblərinin direktorları və imtahan rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məlumat verdi ki, ertəsi gün keçiriləcək yoxlama imtahanında 36089 şagird iştirak edəcək.

"İnnovativ müəllimlər" müsabiqəsi başa çatdı

"Mikrosoft Azərbaycan" şirkətinin Təhsil Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlindən keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsi başa çatıb. Bu münasibətlə fevralın 28-də paytaxtın "Park İnn" otelində yekun mərasimi keçirildi. Mərasimdə təhsil naziri cənab Misir Mərdanov, müsabiqəyə dəstək vermiş Mədəd humanitar təşkilatı və HP şirkətinin nümayəndələri, bəzi ümumtəhsil məktəblərinin direktorları iştirak edirdilər.

Təhsil ocağında valideyn-müəllim münasibətləri müzakirə edildi

Martın 3-də T.İsmayılov adına "İntellekt" liseyində valideyn-müəllim münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edirdilər.

Pedaqoji universitetdə Elmi Şuranın iclası keçirildi

Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov zala toplaşanları salamlayaraq bu iclasın bir qədər qeyri-adi - daha geniş tərkibdə keçirildiyini dedi və dəvəti qəbul etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi.

İclasın gündəliyi səsə qoyularaq şura üzvləri tərəfindən qəbul edildi. Professor Yusif Məmmədov gündəlikdəki I məsələ - "ölkə rəhbərliyinin ali məktəblər qarşısında qoyduğu vəzifələr haqqında" məruzə ilə çıxış etdi, daha sonra son illər ADPU-da müxtəlif sahələrdə aparılan islahatlardan söz açdı, görülən işlər və bunun nəticəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verdi və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırdı. 

Hamıya nur paylayan insanla yarım saatlıq söhbət

Biri gün bayramdır. Hamımızın, istisnasız olaraq, sevdiyimiz qadınların bayramı. Əslində hər gün onlar üçün bayram olmalıdır. Lakin bəşəriyyətin zərif cinsi saydığımız, ana, bacı, ömür-gün yoldaşı kimi sevdiyimiz, pərəstiş etdiyimiz qadınları, ayaqları altında olan cənnəti qazanmaq üçün özümüzü fəda etməyə hazır olduğumuz anaları hələlik bu mərtəbəyə qaldıra bilməmişik. Hələlik ilin bir gününü onların şərəfinə bayram edirik və bu bayram günündə də çalışırıq ki, ilboyu demədiyimiz, deyə bilmədiyimiz xoş sözləri onlara deyək. Bayram ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinə də bu niyyətlə getmişdim. 

British Council-in Azərbaycanda yeni layihəsi - 15

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!