|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil ocağında valideyn-müəllim münasibətləri müzakirə edildi Martın
3-də T.İsmayılov adına "İntellekt"
liseyində valideyn-müəllim münasibətlərinə
həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil
Nazirliyinin şöbə müdiri Arif Muradov, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru
Təranə Şərifova və paytaxtın bir sıra
məktəblərinin direktorları iştirak
edirdilər. öncə "dəyirmi masa" iştirakçıları
təhsil müəssisəsini gəzərək burada şagird
və müəllimlər üçün yaradılmış şəraitlə
tanış oldular. İKT avadanlıqları ilə
təmin olunmuş fənn kabinetlərinə,
laboratoriyalara baş çəkən qonaqlar burada aparılan
tədris prosesini izlədilər. Sonra müəllimlərin, şagird və
valideynlərin iştirakı ilə "dəyirmi
masa" öz işinə başladı. "İntellekt"
liseyinin direktoru Ceyran Kuliyeva rəhbərlik
etdiyi liseydə "Valideyn-müəllim münasibətlərinin
təşkili" mövzusunda təqdimat etdi. Təqdimatda
liseydə valideyn-müəllim münasibətlərinin
qurulması mexanizmindən, məktəb büdcəsinin
formalaşdırılması və şəffaflığı
ilə bağlı görülən işlərdən, liseyin
rəhbərliyi ilə şagird, valideyn arasında bağlanılan
müqavilədən, bu müqavilədə liseyin
rəhbərliyinin, həmçinin valideynlərin hansı
funksiyaların icrasını öhdələrinə götürmələrindən,
liseyə qəbul üzrə müsabiqələrdə
valideynlərin iştirakının təmin olunmasından,
sinif rəhbərləri, fənn müəllimlərinin
təyinatı zamanı valideyn və yuxarı sinif şagirdləri
arasında keçirilən rəy sorğusunun
nəticələrinin nəzərə alınmasından,
hər ayın sonunda şagirdlərin ay ərzində müxtəlif
fənlər üzrə nailiyyətlərinin yazılı
şəkildə valideynlərə çatdırılmasından,
liseyin gələcək perspektivlərində
valideynlərin rəy və təkliflərinin
nəzərə alınmasından, onların
sinifdənxaric və məktəbdənkənar
tədbirlərə yaxından cəlb olunmasından
və digər məsələlərdən söz açıldı,təhsilin
keyfiyyəti ilə bağlı valideynlər arasında
keçirilən rəy sorğusunun nəticələri
açıqlandı. Ceyran xanım bildirdi ki, liseyin müəllimləri
valideynlərlə daim
əlaqə saxlayır, valideynlər
təhsil müəssisəsində aparılan təlim
və tərbiyə prosesində yaxından iştirak
edirlər. Valideyn-muəllim əməkdaşlığını
daha da genişləndirmək, fəallığını
artırmaq məqsədilə liseydə Valideyn-Müəllim
Assosiasiyasının təşkil olunması qərara alınıb.
Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə Şərifova
rəhbərlik etdiyi qurumun məqsəd və məramından
söz açdı. Qeyd etdi ki, valideynlər uşaqlarının
təlim- tərbiyə prosesində , qərarların
qəbulunda, məktəbin ictimai həyatında fəal iştirak
etməlidirlər.Məktəblər
də artıq ailə ilə birgə əməkdaşlıq
etmək məqsədilə əhəmiyyətli
işlər həyata keçirir, bir çox təhsil müəssisələrində
Valideyn-Müəllim Assosiasiyası yaranıb. Təhsil naziri Misir Mərdanov çıxış
edərək son illər ölkəmizin
bütün sahələrində olduğu kimi,
təhsildə də mühüm işlərin aparıldığını,
yeniliklərin tətbiq edildiyini söylədi. Nazir qeyd etdi
ki, ölkə başçısı cənab İlham Əliyevin
diqqət və qayğısı
nəticəsində Azərbaycan təhsili inkişaf edir.
Bu gün təhsil müəssisələrimizdə əlverişli
təlim mühiti yaranıb. Təlim-tərbiyə
prosesində valideynlərin rolundan söz açan təhsil naziri,
onların övladlarının oxuduqları təhsil müəssisələri
ilə əlaqələrinin vacibliyini "dəyirmi
masa" iştirakçılarının nəzərinə
çatdırdı. Nazir bildirdi ki, bu gün valideyn öz övladının
daha yüksək bilik almasını istəyirsə, onunla
evdə məşğul olmaqla
yanaşı, təhsil aldığı məktəbin
rəhbərliyi, müəllimləri ilə
əlaqə saxlamalıdır.
İmkan tapdıqca uşaqlarının
dərslərində iştirak etməli, onların hazırlıq
səviyyələri ilə mütəmadi olaraq maraqlanmalıdır. Dünyanın bir
çox ölkələrində məktəb-valideyn
əməkdaşlığının mövcudluğundan danışan
nazir Misir Mərdanov bunun əhəmiyyətli bir iş
olduğunu dedi. Nazir valideynlərin məktəblə
əlaqələrinin səmərəliliyinin artırılmasında
direktor və müəllimlərin rolunu xüsusi qeyd
edərək, bununla bağlı tədbir iştirakçılarına
öz tövsiyələrini verdi. Təhsil naziri
məktəb-valideyn-şagird münasibətlərinin
tənzimlənməsində bir sıra məqamlara aydınlıq
gətirərək fikir və mülahizələrini söylədi. Geniş fikir mübadiləsi şəraitində
keçən tədbirdə həmçinin liseyin valideynləri
və müəllimləri də çıxış
etdilər. "Dəyirmi masa"dan sonra iştirakçılar
idman zalında liseyin beşinci
sinifləri arasında
keçirilən "Şən startlar" yarışına
baxdılar. Yarışın qaliblərinə təhsil
naziri Misir Mərdanov, gənclər və idman nazirinin müavini
İntiqam Babayev və Pekin Yay Olimpiya Oyunlarının qızıl
medalçısı Elnur Məmmədli
kubok və medalları təqdim etdilər. Samirə HüSEYNQIZI |