· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28

 

 

"Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır.

 

Heydər ƏLİYEV

 

 

"Azərbaycan müəllimi" qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti

 

 

 

Məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək məlumat və resurs mərkəzi yaradılacaq

Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək məlumat və resurs mərkəzi yaradılacaq. Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təşkil edilir.

 Dövlət Proqramına əsasən məlumat və resurs mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. 

 

  

 

Bu il qəzetimizin 75 yaşı tamam olur

Bu il "Azərbaycan müəllimi" qəzetinin 75 yaşı tamam olur. 75 il bundan əvvəl nəşrə başlayan "Azərbaycan müəllimi" fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçmiş, təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanmışdır.

"Azərbaycan müəllimi" qəzeti 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" adı ilə nəşrə başlamışdır. 1938-1941-ci illərdə "Müəllim qəzeti" adı ilə çıxmış, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək isə nəşri dayandırılmışdır. Müharibədən sonra - 1946-cı ilin aprelindən isə bu mətbu orqanı "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlamışdır.

Qəzeti sevdirən, onu uzunömürlü edən nədir?! Qeyd etməliyik ki, "Azərbaycan müəllimi" ziyalı qəzetidir. Onun oxucuları əsasən təhsil işçiləri, müəllimlər və tərbiyəçilərdir. "Azərbaycan müəllimi" də düz 75 ildir ki, yüzminlərlə təhsil işçisi və elm adamının, valideyn və şagirdlərin qəlbinə işıq saçır.

Respublikamızda təhsil islahatının həyata keçirilməsində, maarifin inkişafında, milli təhsilimizin nailiyyətlərində "Azərbaycan müəllimi"nin rolu böyükdür. Heç təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev qəzetin 60-illik yubileyinə, Azərbaycan Prezidenti İlham Əliyev isə qəzetin 70-illik yubileyinə təbrik məktubu göndərmişlər.

Təhsil Nazirliyində görüş

Fevralın 3-də təhsil naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab Jun Yeonq Choinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib.

Sualların 20 faizinə cavab verə bilən şagirdlər imtahandan müvəffəq qiymət alacaqlar

Xəbər verdiyimiz kimi, bu il ölkə üzrə bütün orta məktəblərin və peşə liseylərinin şagirdləri buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada test üsulu ilə verəcəklər.

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə fevral-aprel aylarında bir yoxlama imtahanı keçiriləcək. Əvvəlcə peşə liseylərində, sonra bölgələr üzrə ümumtəhsil məktəblərində mərhələlərlə bazar günləri keçirilməsi planlaşdırılan yoxlama imtahanlarına fevralın 22-də start veriləcək. Həmin gün peşə liseylərinin şagirdləri biliklərini sınayacaqlar.

NDU-da Gənclər günü qeyd olundu

 Naxçıvan Dövlət Univesitetində 2 Fevral Gənclər günü münasibəti ilə konfrans keçirildi. Konfransı universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, filologiya elmləri namizədi Hüseyn Həşimli açaraq ölkədə Gənclər gününün hər il mütəşəkkil şəkildə qeyd olunduğunu söylədi. Natiq ölkəmizdə əhalinin 65 faizini gənclərin təşkil etdiyini, Azərbaycan gəncliyinin yüksək mənəviyyata və müasir dünyagörüşünə, milli mentalitetimizdən irəli gələn bir çox dəyərlərə malik olduğunu vurğuladı, gənclərə göstərilən hərtərəfli dövlət qayğısından və yüksək etimaddan bəhs etdi.