· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Samuxda yeni məktəb binası istifadəyə verilib

Samux rayonunun Sarıqamış kəndində 200 şagird yerlik məktəb binası istifadəyə verilib. Yeni təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa olunub.

ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildikdən sonra Sarıqamış kəndində məktəbin açılışı olub. Açılış mərasimində çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Polşa səfirliyinə ucqar kənddə müasir tipli təhsil ocağının inşasına görə minnətdarlıqlarını bildiriblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru A.Ələkbərov, Polşanın ölkəmizdəki səfiri K.Krayevski  və mərasim iştirakçıları məktəblə tanış olublar.

 

 

 Qarşıda duran vəzifələrdən söz açıldı

Fevralın 2-də Bakıdakı 265 nömrəli orta məktəbdə fəaliyyət göstərən Şagird parlament üzvlərinin təşəbbüsü ilə Gənclər günü qeyd olundu.  Tədbirdə Xətai Rayon YAP-ın Gənclər Təşkilatının nümayəndələri, müəllimlər, valideyn və şagirdlər iştirak edirdilər. Məktəbin direktoru Yeganə Qurbanova sözü  Şagird parlamenti üzvlərinə verdi. Şagird Parlament üzvlərindən Günel Qaracayeva, Cavidan Abduləzimov və Nurəli  Babazadə məktəbdə zəif oxuyan  şagirdlərlə iş, valideyn- müəllim əlaqələrinin genişlənməsi,  inkişaf etdirilməsi və gələcəkdə müxtəlif tədbirlərin keçirilməsi barədə fikirlərini bölüşdürdülər.

Sonra məktəblə müntəzəm əlaqə saxlayan valideynlərdən İradə Qaracayeva, Validə Hacıyeva, Xətai Rayon YAP-ın Gənclər Təşkilatının sədri Könül Abbasova və gənclər idarə heyətinin üzvü Nəzakət Ağamirzəyeva isə bugünkü gənclərimizin fəaliyyəti və onların qarşısında  duran vəzifələrdən danışdılar.

 

Şakir  CƏFƏROV