|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının
Sabunçu, Nizami və Nərimanov rayonlarında Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Uşaq
evləri və internat məktəblərinin inkişafı
proqramı çərçivəsində Bakının Sabunçu,
Nizami və Nərimanov rayonlarında bir neçə obyektin açılışında
iştirak etmişdir. Fondun prezidenti əvvəlcə Maştağa
qəsəbəsindəki "Təbəssüm" uşaq
sanatoriyasına gəldi. Mehriban xanım Əliyeva
sanatoriyanın açılışını bildirən
rəmzi qırmızı lenti kəsdi, foyedə ümummilli
lider Heydər Əliyevin büstü önünə gül
dəstəsi qoydu. "Sanatoriyamızın dünəni və bu
günü" stendi ilə tanış olan Mehriban xanıma
məlumat verildi ki, əsaslı yenidənqurmadan sonra
istifadəyə verilən uşaq sanatoriyasının
binası 1936-cı ildə inşa olunmuşdu. 1989-cu
ildə yeni binaya köçürülsə də, son illərdə
hər 3 korpusda əsaslı təmirə və
yenidənqurmaya ehtiyac var idi. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə 2007-ci ildə sanatoriyada başlanan
təmir və yenidənqurma işləri artıq başa
çatdırılmış, bütün korpuslar, o cümlədən
kabinetlər, müalicə otaqları müasir üslubda əsaslı
təmir olunmuş, qapı və pəncərələr,
döşəmə, dam örtüyü, sanitariya qovşaqları
təzələnmiş, müasir tipli qazanxana tikilib
istifadəyə verilmiş, 110 kvt gücündə generator quraşdırılmışdır.
Həyətyanı sahədə yaşıllaşdırma
və abadlıq işləri aparılmış,
istirahət üçün kölgəliklər quraşdırılmış,
uşaqların əylənməsi üçün attraksionlar qoyulmuşdur.
Hazırda sanatoriyada müalicə bədən
tərbiyəsi, idman, musiqi salonları, manipulyasiya,
fizioterapiya, ordinator, elektrokardioqram və masaj otaqları,
laboratoriya, yaradıcılıq studiyası
fəaliyyət göstərir. 225
çarpayılıq tibb ocağı qastroenteroloji və
pulmonoloji profillidir. Sanatoriya poliklinikalardan göndərişlə
yaş yarımdan 7 yaşınadək uşaqları
qəbul edir. Həmin göndəriş əsasında uşaqlar
burada 2 ay pulsuz müalicə olunur və sağlamlıqlarını
bərpa edirlər. Hazırda sanatoriyada 56 uşaq müalicəsini
davam etdirir, onlara 8 həkim, 45 tibb bacısı, 14
tərbiyəçi-müəllim xidmət göstərir. Heydər Əliyev Fondunun prezidenti idman zalında
balacaların bədən tərbiyəsi ilə məşğul
olduqlarını müşahidə etdi. Sanatoriyadakı uşaqlar ölkənin birinci
xanımını onlara məxsus səmimiyyətlə qarşıladılar.
Balacaların əhatəsində olan
Mehriban xanım onlarla şirin söhbət etdi. Yaradıcılıq studiyasında uşaqların
ifasında mahnıya maraqla qulaq asan Heydər Əliyev
Fondunun prezidenti onlara tezliklə sağalmağı,
Vətənimizin layiqli övladları kimi böyüməyi arzuladı.
ölkənin birinci xanımı uşaqların
yataq otaqlarına da baxdı. Sanatoriyada gözəl
yeməkxana və geniş mətbəx də tikilmişdir.
Azərbaycanın birinci xanımı uşaq
sanatoriyasında yaradılmış şəraitdən
məmnun qaldı. Bu müəssisənin uğurla
fəaliyyət göstərəcəyinə əminliyini
bildirdi. *** Sonra Nizami rayonundakı 1 nömrəli uşaq
evinə gələn Mehriban xanım Əliyeva ulu öndər
Heydər Əliyevin foyedəki büstü önünə gül
dəstəsi qoydu, burada görülmüş işlərlə
tanış oldu. Uşaqların asudə vaxtını
səmərəli təşkil etmək məqsədi
ilə binada əlavə mərtəbə tikilmişdir.
Bundan başqa, əsaslı təmir işləri aparılmış,
yeni avadanlıq alınmış, istilik sistemi
istifadəyə verilmişdir. Yeni inşa olunmuş
mərtəbədə kompüter, tikiş, toxuculuq,
rəssamlıq otaqları, yaradıcılıq studiyası
fəaliyyət göstərir. Studiyada Mehriban xanıma uşaqların
toxuduğu xalça hədiyyə olundu.
Hədiyyələrə görə təşəkkürünü
bildirən Mehriban xanım uşaqlara yeni yaradıcılıq
uğurları arzuladı. Həyətdə aparılmış yaşıllaşdırma
və abadlıq işləri ilə tanış olan
Mehriban xanım Heydər Əliyev Fondunun hədiyyəsi
olan "Hyundai" markalı avtobusun açarlarını uşaq
evinin direktoruna təqdim etdi, uşaqlarla xatirə şəkli
çəkdirdi. Sonra Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaq evlərində tərbiyə almış,
yaşı 18-dən yuxarı olan qızlar üçün inşa
edilmiş 50 mənzillik, 100 nəfərlik yaşayış
binasının açılışı oldu. Mehriban xanım
Əliyeva rəmzi qırmızı lenti kəsdikdən
sonra binadakı otaqlarda yaradılmış şəraitlə
tanış oldu. Bildirildi ki, bu binanın istifadəyə
verilməsi çoxdan bəri ictimai narahatlığa
səbəb olan ciddi bir problemin həllinə yönəlmişdir.
Əvvəllər uşaq evlərini tərk edən qızlar
taleyin hökmünə buraxıldığından onların
sonrakı həyatını izləmək bir çox hallarda mümkün
deyildi. Yeni yaşayış binası bu problemin
həllinə xidmət edəcəkdir. Gənclərin
təhlükəsizliyi də unudulmamış, burada müşahidə
kameraları qoyulmuşdur. Binadakı bütün mənzillər müvafiq
mebel, televizor, paltaryuyan maşın və digər məişət
avadanlığı ilə təmin olunmuşdur. *** Fondun prezidenti həmin gün Nərimanov
rayonundakı 38 nömrəli musiqi məktəbinin açılışında
da iştirak etdi. Rəmzi qırmızı lenti
kəsdikdən sonra Mehriban xanım Əliyevaya məlumat
verildi ki, 30 ilə yaxındır bu məktəbdə kor
və zəif görən uşaqlar fortepiano, kamança, nağara
və xanəndəlik kurslarında təhsil alırlar. 2008-ci ilin avqust ayında musiqi
məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı təmir işlərinə başlanmış,
bir neçə yeni sinif otağı inşa olunmuş, istilik,
qaz, su və işıq sistemləri təzələnmişdir.
Musiqi məktəbi Fond tərəfindən yeni musiqi
alətləri və avadanlıqla təmin olunmuşdur.
Hazırda 14 sinif otağı olan musiqi
məktəbində 50 müəllim 200-dək uşağa
musiqi sənətinin incəliklərini öyrədir. Mehriban xanım bildirdi ki, Heydər Əliyev
Fondu bu qəbildən olan uşaqlar üçün
nəzərdə tutulan layihələrə xüsusi
diqqət yetirir. "Kor və zəif görən uşaqların
İKT-yə çıxışının təmin olunması
layihəsi"ni həyata keçirir. Həmin layihə çərçivəsində
Gəncədə xüsusi məktəb tikiləcəkdir.
İndi Azərbaycan uşaqlarının ən müasir
texnologiyalara yiyələnmələri üçün dünyanın
hər yerindən avadanlıq gətirilir. Məktəbin nağaraçalanlar qrupunun ifasında
milli ritmləri, fortepiano sinfində uşaqların
səsləndirdikləri musiqi parçalarını maraqla
dinləyən Mehriban xanım buradakı uşaqların xüsusi
istedada malik olduğunu bildirdi və beynəlxalq
festivallarda onların iştirakının təmin
edilməsi üçün müvafiq tövsiyələrini verdi. Məktəbin şagirdləri göstərilən
qayğı və diqqətə görə Mehriban xanıma
minnətdarlıqlarını bildirdilər. AzərTAc
|