· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
        2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
 

 

Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Əməkdar müəllim"

 

Abbasov Camal Rəşid oğlu

Abdullayev Səmədağa Mirhəmzə oğlu

Abdullayeva Aynur Qəşəm qızı

Abdullayeva Nərminə Şeyx qızı

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxarestdəki Lulia Haşdeu adına Milli Kollecdə olub

 

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Buxarestdəki Lulia Haşdeu adına Milli Kollecdə olmuşdur.

Məktəbin kollektivi, Təhsil Nazirliyinin, Buxarestin ikinci sektoru meriyasının nümayəndələri binanın qarşısında Mehriban xanımı səmimiyyətlə qarşıladılar.

Məktəbli qızlar Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim etdilər. Şagirdlər Azərbaycanın və Rumıniyanın dövlət himnlərini oxudular.

Heydər Əliyev Fondunun prezidenti məktəblilərlə xatirə şəkli çəkdirdi.

Sonra Mehriban xanım Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə təşkil edilmiş kompüter otağına baxdı.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Lulia Haşdeu adına Milli Kollecə 30 kompüter dəsti və bir proyektor hədiyyə etmişdir. Kompüterlərin hamısının İnternetə çıxışı vardır. Kompüter otağı Azərbaycana aid əyani vəsaitlə təmin edilmişdir.

Məktəbin kollektivini kompüter otağının istifadəyə verilməsi münasibətilə təbrik edən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Mehriban xanım dedi ki, Fondun dəstəyi ilə Azərbaycanda 300-dən çox məktəb binası tikilmişdir. Lulia Haşdeu adına Milli Kollecdə yaradılmış kompüter otağı Heydər Əliyev Fondunun beynəlxalq sahədə fəaliyyətinin daha bir göstəricisidir.

 

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

"Proyekt Harmoni" təşkilatının layihə çərçivəsində həyata keçirdiyi ən mühüm işlərdən biri də Təhsil portalının yaradılmasıdır. Azərbaycanda belə təhsil portallarının olmadığı bir dövrdə bu, çox əhəmiyyətli bir addım idi. Ən əhəmiyyətlisi odur ki, bu portal məhz müəllimlər tərəfindən resurslarla təmin edilir.

Məlumdur ki, hər bir pilot layihə beynəlxalq təşkilatların dəstəyi və maliyyə yardımı ilə müəyyən müddət ərzində həyata keçirilir, sonra isə Təhsil Nazirliyi, təhsili idarəetmə orqanları və məktəblər bu layihələrin davamlılığını təmin etməlidirlər.

 

Bakı Avropa Liseyinin şagirdlərinə 100 noutbuk verildi

 

Sentyabrın 25-də Bakı Avropa Liseyində "İntel" korporasiyasının və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirildi. Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi mərasimdə noutbuklar liseyin 5-6-cı sinif şagirdlərinə verildi. Layihəyə əsasən şagirdlər noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə bilərlər.

Təhsil naziri Misir Mərdanov layihənin Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyəti olduğunu vurğuladı. Qeyd etdi ki, azyaşlı məktəblilərə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə səmərəli təhsil almalarına yaxından kömək edəcəkdir.

Təşkilatın beşillik fəaliyyəti yüksək qiymətləndirildi

 

Sentyabrın 25-də "Landmark" otelində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin 5-illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları salamladı və dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.

Belə bir tədbirdə böyük məmnuniyyət hissi ilə iştirak etdiyini deyən təhsil naziri, ilk növbədə, mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik etdi, onlara öz işlərində yeni-yeni uğurlar arzuladı.

Daha iki günərzi qayğı mərkəzi açıldı

 

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı"nın Tədbirlər Planına və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə aldıqları internat məktəbləri və uşaq evlərinin  nəzdində risk qrupuna daxil olan və xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün reabilitasiya-inkişafyönümlü günərzi xidmətlərin yaradılması nəzərdə tutulmuşdur.

Son vaxtlaradək iki belə alternativ müəssisə fəaliyyət göstərirdi. Bunlar "Uşaqların xilası" təşkilatı tərəfindən Təhsil Nazirliyinin tabeliyinə verilmiş Mingəçevir şəhər "Uşaq və Ailələrə Dəstək Mərkəzi" və bu ilin yanvarında Bakı şəhərindəki 2 nömrəli uşaq evinin nəzdində açılmış "Günərzi İnkişaf Mərkəzi" idi.

İki ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığı yüksək səviyyədədir

 

Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söyləyən nazir Misir Mərdanov bu görüşün hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə dair simpozium

 

Sentyabrın 30-da Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr  edilmiş simpoziumun açılış mərasimi oldu.  Mərasimdə BSU-nun professor-müəllim heyəti, müxtəlif ölkələrin səfirliklərinin, ayrı-ayrı nazirliklərin nümayəndələri və  KİV əməkdaşları iştirak  edirdilər.

Amerikalı müəllim azərbaycanlı tələbələrin səviyyəsindən razıdır

 

Fasiləsiz təhsilin bütün pillələri üzrə müəllim və tərbiyəçilərin, rəhbər pedaqoji kadrların ixtisasının artırılması, nəzəri-metodik səviyyəsinin yüksəldilməsi və yenidənhazırlanması sahəsində kifayət qədər işlər görmüş Azərbaycan Müəllimlər İnstitutunda son illər dünyanın inkişaf etmiş ölkələrinin institutları ilə qurulan səmərəli əlaqələr, əməkdaşlığın inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

Azərbaycan Müəllimlər İnstitutu Amerika, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrin Azərbaycandakı səfirliklərinin xətti ilə institutda işləyən müəllimlərin ixtisasının artırılmasına, təkmilləşdirilməsinə yönəlmiş staj kurslar və treninqlər təşkil etmişdir.

Dünya universitetləri

 

London İmperial Kolleci

 

London İmperial Kolleci (Imperial College London) Böyük Britaniyada Cənubi Kunsinqtonda yerləşir və London Universitetindən 2007-ci ildə ayrılıb. öz 100-illik yubileyində kollec müstəqil universitet statusu qazanıb. "The times" qəzetinin hər il keçirdiyi reytinqə əsasən 2008-ci ildə London İmperial Kolleci 200 universitet sırasında 6-cı yerdə qərarlaşıb.  1907-ci il iyulun 8-də VII Edvard tərəfindən təqdim edilmiş Kral nizamnaməsinin rəsmi şəkildə imzalanması ilə yaradılan İmperial Kollecin Tibb Məktəbinin tərkibinə bir neçə ildən sonra St Meris Hospital Tibb Məktəbi, Milli ürək və Ağciyər İnstitutu, çerinq Kross və Vestminster Tibb Məktəbi daxil olub. 1997-ci ildə Britaniya təbabətində on illər boyu əsas gücə malik olan Kral Tibb Aspirantura Məktəbi (RPMS) İmperial Kollecin Tibb Məktəbinə, 2000-ci ildə isə Vey Kolleci, Vey və London Kənd Təsərrüfatı Universiteti kolleclə birləşdirilib.

Dərsə yaradıcı yanaşmağa imkan verən dərslik komplekti

 

2-ci sinif "Təsviri incəsənət" dərslik komplekti  haqqında qeydlər

 

Təsviri incəsənət  fənn kurikulumu

 

Təhsil islahatının mühüm hissəsi olan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)n tətbiqi Azərbaycanda təhsilin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edir.

Kurikulum şagirdin hansı mərhələdə hansı akademik bilik və praktik bacarıqlara yiyələnməsini dəqiq müəyyən edir: şagird həyatda tətbiq edə biləcəyi ən sadə bacarıqlara yiyələnməlidir.

Kurikulumda dəqiq qeyd olunur ki, şagird məktəbi bitirərkən nələri bilməli və bacarmalıdır. Müəllim isə, ilk növbədə, tədris nəticəsi olaraq şagirdin əldə etdiyi nailiyyətləri müəyyən etməyi və onları qiymətləndirməyi bacarmalıdır.

Kurikulum bu və ya digər informasiyanı uşağın hansı yaş dövründə qavraya biləcəyini nəzərə alır.

Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans  keçirilib

 

Naxçıvan Dövlət Universitetində "Kəhriz sistemləri - memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının Naxçıvandakı konsullarının və digər rəsmilərin də iştirak etdikləri konfrans İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə birgə təşkil olunmuşdu.

Konfransı giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda keçirilən ilk beynəlxalq konfransın Avropadan Böyük İpək Yolu boyunca çinə, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər müxtəlif  ölkələrdə mövcud olan kəhriz sisteminin quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun öyrənilməsi baxımından əhəmiyyətindən danışmışdır.