· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

 

 

     Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

 

Heydər ƏLİYEV

 

"Təhsil haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb

 

"Təhsil haqqında" qanun layihəsi iyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclasında üçüncü oxunuşda müzakirə olunmuşdur.

Komitənin sədri Şəmsəddin Hacıyev demişdir ki, müzakirələrdə Təhsil, Ədliyyə, Müdafiə, Səhiyyə, Xarici İşlər nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Komitə sədrinin sözlərinə görə, "Təhsil haqqında" qanun layihəsinin parlamentdə ikinci oxunuşda müzakirəsindən sonra işçi qrupuna təhsil, səhiyyə, ədliyyə, maliyyə və digər bir sıra əlaqədar qurumlardan çoxsaylı rəy və təkliflər daxil olmuşdur.

 

 

 

Məktəb rəhbərləri və şagirdlərin nəzərinə!

 

Orta təhsil kursu üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər iyunun 21-dək Təhsil Nazirliyinin rəsmi İnternet saytında (www.edu.gov.az) yerləşdiriləcək və yerlərə göndəriləcək. Apelyasiya komissiyası iyunun 22-dən 30-dək fəaliyyət göstərəcək. 

 

 

 

 

 

 

Milli Qurtuluş Günü təhsil müəssisələrində qeyd olundu

 

15 İyun Milli Qurtuluş Günü, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan Dövlət Universitetində də təntənəli şəkildə qeyd edildi.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Qurtuluş Gününü Azərbaycan xalqının milli müqəddəratında həlledici tarixi dönüş məqamı kimi qiymətləndirdi. ümummilli lider Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışı nəticəsində Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdiyini, ölkədə siyasi stabillik yaratmaqla Azərbaycanın gələcək inkişaf strategiyasını və qətiyyətli siyasi mövqeyini müəyyənləşdirdiyini qeyd etdi. Millət vəkili gənclərə ulu öndər  Heydər  Əliyevin  siyasi  irsini  və  azərbaycançılıq  ideologiyasını  dərindən  mənimsəməyi, müdrik siyasətin bugünkü uğurlarından layiqincə  bəhrələnməyi tövsiyə etdi.

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, ötən məqalədə özəl ali təhsil müəssisələrinin yaranması mərhələləri, bu sahədə çətinliklər, onların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar, o cümlədən 1999-2003-cü illərdə özəl ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində mövcud olan problemlər barədə fikirlərimi bildirmişdim. Vəziyyətin təhlili göstərir ki, son 5 ildə bu sahədə müəyyən müsbət meyillər müşahidə olunsa da, fəaliyyət hələ də ürəkaçan deyildir. Faktları nəzərdən keçirək. Belə ki, özəl ali təhsil müəssisələrinə qəbul planı 2004-cü ildə 1751 nəfər, 2005-ci ildə 294 nəfər, 2006-cı ildə 437 nəfər, 2007-ci ildə 680 nəfər, 2008-ci ildə 299 nəfər kəsirlə yerinə yetirilmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilib

 

İyunun 13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

MDU-nun professoru, kimya elmləri doktoru Sergey Karlov demişdir ki, "Açıq qapı günü"ndə öz gələcək peşələri, qəbul imtahanları barədə abituriyentlərin və onların valideynlərinin çoxlu yeni və maraqlı məlumatlar əldə etmək imkanı artır. Ali məktəbin rəhbərliyi və müəllimlər, öz növbələrində, gələcək tələbələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Doğrudan da, "Açıq qapı günü"ndə bu universitetə 2009-cu ilin qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış olmaq və ali məktəbin filologiya, kimya, tətbiqi riyaziyyat və psixologiya fakültələrində bakalavrlar hazırlanması barədə ətraflı məlumat almaq üçün abituriyentlərə və onların valideynlərinə lazımi imkan yaradılmışdır.

Filologiya fakültəsi iki - rus və roman-alman filologiyası (ingilis, fransız, italyan və ispan dillərində) bölmələrindən ibarətdir.

Dövlət Proqramının birinci ili başa çatdı

 

 İyunun 12-də "Gülüstan" sarayında ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın illik iş fəaliyyətinə həsr olunmuş "Müasir tədris texnologiyaları" mövzusunda konfrans keçirildi.

Konfransda Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri və ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edirdi. Tədbirdə öncə təhsilin keyfiyyətinin artırılmasında müasir tədris texnologiyalarından bir vasitə kimi istifadə olunmasının əhəmiyyətindən bəhs edən film nümayiş etdirildi.

Təhsil Nazirliyində görüş

 

 İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yaradılması üzrə keçirdiyi görüşlər barədə məlumat verib.

Sonra nazir qarşılıqlı əlaqələrin qurulması istiqamətlərindən danışıb, Bakı şəhərindəki bir və ya iki məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili, peşə təhsili üzrə əməkdaşlığın yaradılması məsələlərinə toxunub. Nazir həmçinin qonağa ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən və qarşıda duran işlər haqqında məlumat verib.

Yeniləşən Bakı Məktəbəqədər Pedaqoji Texnikumu

 

Yenilikçi təşəbbüslərin müəllifi yeni rəhbərlikdir

ölkəmizin orta ixtisas təhsili sistemində özünəməxsus yeri və rolu olan Bakı Məktəbəqədər Pedaqoji Texnikumu məktəbəqədər təhsil pilləsi üçün kiçik mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindəndir. Texnikumun məzunları həm paytaxtımızın, həm də bölgələrin əksər körpələr evi-uşaq bağçalarında, orta məktəblərin ibtidai siniflərində müvəffəqiyyətlə çalışır, öz nəzəri və praktik hazırlıqları, peşəkarlıqları ilə seçilərək işlədikləri kollektivlərin, valideynlərin hörmət və rəğbətini qazanırlar.

İkinci sırada qalmış birinci dərəcəli məsələ

 

yaxud məktəbdə keçirilən tərbiyəvi tədbirlər şagirdə nə verir

 

Şəxsiyyətin formalaşmasında tərbiyə təhsil-təlimdən heç də az rol oynamır. İstər klassik pedaqogikada, istərsə də müasir pedaqoji nəzəriyyələrdə və məktəb təcrübəsində şəxsiyyətin yetişməsində tərbiyənin aparıcı rolu haqqında kifayət qədər nəzəri fikirlər və təcrübə nümunələri vardır. Təhsil, onun əsasını təşkil edən elmi biliklərin böyüməkdə olan nəslə ötürülməsi başlıca olaraq təlim prosesində həyata keçirilir.

Təhsillənmə, biliklərə yiyələnmə insanın əqlini, təfəkkürünü inkişaf etdirir, dunyagörüşünü genişləndirir. Biliklər vasitəsi ilə insan dünyanı dərk edir, əmək fəaliyyəti üçün müəyyən peşəyə yiyələnir, dünyada sürətlə gedən inkişafla ayaqlaşmağa çalışır və s.

Naxçıvanda ilk kulinariya sərgisi

 

Naxçıvan Dövlət Universitetində təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə I kurs magistrantı Səyyarə Sadıxovanın kulinariya incəsənəti sərgisi təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə açan NDU-nun magistratura bölməsinin dekanı, tarix elmləri namizədi Elbrus İsayev magistrlərin elmin, təhsilin müxtəlif sahələrində qazandıqları uğurlardan, beynəlxalq elmi konfranslarda, sərgi və yarışlarda Azərbaycanı layiqincə təmsil etmələrindən danışdı.

 

Azərbaycan dilini öyrənənlər üçün dərs vəsaiti

 

Son zamanlar Azərbaycanda  yüksək templə inkişaf, Avropaya inteqrasiya ölkəmizin mədəniyyətinə, tarixinə, iqtisadiyyatına, dilinə olan marağı xeyli artırmışdır. ölkəmizlə, buradakı insanlarla təmasda olmaq, ünsiyyətə girmək, hər hansı bir işbirliyi qurmaq istəyən xarici ölkə vətəndaşları, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayanlar, hər şeydən əvvəl, bu xalqın dilini öyrənməyə böyük əhəmiyyət verirlər. Azərbaycan çoxmillətli ölkədir və burada müxtəlif xalqların nümayəndələri yaşayırlar. Respublikamızın Konstitusiyasına əsasən dövlət dili Azərbaycan dili hesab edilir. Belə olduğu halda, milliyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşları bu dili bilməli və bu dildə sərbəst ünsiyyət qurmağı bacarmalıdırlar.

Ucarlı uşaqların töhfəsi

 

Ucar rayonunda 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlarda 1225 uşaq tərbiyə olunur.

Artıq ikinci ildir ki, rayonun məktəbəqədər yaşlı uşaqları may və iyun aylarındakı bayramları rayon miqyasında keçirdikləri böyük tədbirlərlə qeyd edirlər. Həmin münasibətlə bu günlərdə keçirilən konsertdə 2009-2010-cu dərs ilində məktəb təliminə hazırlanan beşyaşlılar arasında təşkil olunmuş "İstedadlara baxış" zamanı fərqlənən uşaqlardan bir qrupu iştirak edirdi. "Uşaq ili" çərçivəsində keçirilən konsert bir növ körpələrin dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin onlara qayğısına cavabı idi.