· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

 

Ucarlı uşaqların töhfəsi

 

Ucar rayonunda 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlarda 1225 uşaq tərbiyə olunur.

Artıq ikinci ildir ki, rayonun məktəbəqədər yaşlı uşaqları may və iyun aylarındakı bayramları rayon miqyasında keçirdikləri böyük tədbirlərlə qeyd edirlər. Həmin münasibətlə bu günlərdə keçirilən konsertdə 2009-2010-cu dərs ilində məktəb təliminə hazırlanan beşyaşlılar arasında təşkil olunmuş "İstedadlara baxış" zamanı fərqlənən uşaqlardan bir qrupu iştirak edirdi. "Uşaq ili" çərçivəsində keçirilən konsert bir növ körpələrin dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin onlara qayğısına cavabı idi. Tədbirin keçirildiyi rayon mədəniyyət evi və onun böyük səhnəsi xüsusi zövqlə bəzədilmiş, foyedə məktəbəqədər müəssisə tərbiyəçilərinin əl işlərindən ibarət sərgi açılmışdı. Eyni zamanda sərgidə Qaradağlı kənd körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda tərbiyə olunan Ləman Abışovanın rəsm sərgisi təşkil olunmuşdu. Balaca rəssam  tədbir günü canlı olaraq çəkdiyi rəsmlərlə tamaşaçıları heyrətə salmışdı. O, 4 fevral 2009-cu ildə məktəbəqədər müəssisələrin rayon üzrə keçirilən rəsm müsabiqəsinin qalibi olmuşdur.

Körpə fidanlar konserti Azərbaycan Respublikasının Dövlət himni ilə açdılar. Sonra onlar bir-birindən maraqlı konsert nömrələri nümayiş etdirdilər. Budur, aparıcı dövlət bayrağımızın zala gətirildiyini elan edir. Tamaşaçılar gurultulu alqışlarla Toğrulun əlində qürurla tutduğu üçrəngli bayrağı ayaq üstə alqışlayırlar.

Şəhər 4 nömrəli bağçanın uşaqları Səidə, Dünya, Nazilə, Fatimə, Murad, Cavidan və Məhəmməd böyük həvəslə hazırladıqları maraqlı "Olveys", "Million roz" mahnılarını, "Prezidentimiz", "Yaşa Azərbaycan", "üçrəngli bayrağımız", şəhər 3 nömrəli uşaq bağçasının uşaqları Fatimə, Faiq və digərlərinin ifasında "Gözəl Vətən", "Canlı Azərbaycan" mahnıları, "Yallı", "Qaraçı" rəqsi və b. rəqslər tamaşaçıları valeh etmişdi.

Qaradağlı kənd uşaq bağçasının uşaqları Arzu, Vüsal, Leyla, Jalə, Samir və Röyalənin nümayiş etdirdikləri "Heydər Əliyev" kompozisiyası, "Qonşular" səhnəciyi, Lək kənd 2 nömrəli uşaq bağçasının uşaqları Rəqsanə və Kazımın "Qocalara hörmət edin" səhnəciyi tamaşaçıların böyük marağına səbəb oldu.

 

Şəfiqə ƏHMƏDOVA,

Ucar Rayon Təhsil

Şöbəsinin metodisti