· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

 

 

Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.

 

Heydər ƏLİYEV

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda uşaqlar üçün bayram tədbiri

 

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram tədbiri keçirilmişdir.

Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdiyi mərasimdə balacalar istedad və bacarıqlarını nümayiş etdirmişlər.

Heydər Əliyev Fondu tərəfindən mərasim iştirakçıları üçün bayram süfrəsi açılmış, 200 nəfər uşağa hədiyyələr təqdim edilmişdir.

 

AzərTAc

 

 

Məktəblərə elektron lövhə verilir

 

Təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqini genişləndirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri elektron lövhə ilə təmin olunur. Artıq 22 məktəbə elektron lövhə verilib. Elektron lövhədən istifadə qaydalarını öyrənmək üçün müəllimlər xüsusi kurslara cəlb olunublar.

 

 

 

 

 

Orta ümumtəhsil məktəblərində buraxılış imtahanları başlandı

 

İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

23 minədək şagirdin iştirak etdiyi imtahanlarda davamiyyət 90 faiz təşkil edib. Həmin rayonlar üzrə keçirilən imtahanda ötən dərs ilində qeyri-kafi qiymət almış şagirdlər də iştirak ediblər.

İyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

Bütün bölgələr üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra nəticələr və yekun attestat qiymətləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.

 

  

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, son məqalələrdə daha çox ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlər barədə mülahizələrimizi bildirmişdik. Biz heç vaxt təhsil sistemində, o cümlədən ali təhsil sahəsində mövcud olan problemləri ictimaiyyətdən gizləməmişik və gələcəkdə də bu barədə açıq mövqeyimizi bildirməyi düzgün yol hesab edirik. Bununla yanaşı, mübaliğəsiz demək olar ki, son 10 ildə təhsil sistemində baş verən dəyişikliklər, aparılan uğurlu islahatlar, əldə olunan çoxsaylı nailiyyətlər təhsil tariximizin tamamilə yeni və həlledici inkişaf mərhələsini təşkil etmişdir və beynəlxalq ekspertlərin də diqqət mərkəzindədir.

Təhsil naziri üç Asiya ölkəsində səfərdə olub

 

Səfər zamanı Malayziya, Sinqapur və Yaponiya ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

 

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti bu il mayın 20-dən iyunun 1-dək Malayziya, Sinqapur və Yaponiyada rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə təhsil nazirinin müavini E.Qasımov, nazirliyin şöbə müdiri və Beynəlxalq əlaqələr şöbəsinin bir əməkdaşı daxil idi. Səfər Malayziyanın ali təhsil nazirinin dəvəti və Azərbaycanın Yaponiyadakı səfirliyinin bu ölkənin Təhsil, Mədəniyyət və İdman Nazirliyi ilə razılaşdırılmış proqramı çərçivəsində həyata keçirilmişdir.

Təhsil Nazirliyində görüş

 

İyunun 2-də təhsil naziri Misir Mərdanov Bolqarıstan Respublikası Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov, Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov və səfirliyin digər əməkdaşları ilə görüşüb.

öncə qonaqları səmimi salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında mövcud olan ikitərəfli əlaqələrdən söz açıb.

Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov öz ölkəsinin təhsil sistemi, onun strukturu və rəhbərlik etdiyi təhsil müəssisəsi barədə geniş məlumat verib. Qonaq həmçinin Bolqarıstandan kənarda təhsil alan gənclər, orta məktəblərin mövcud vəziyyəti və ümumilikdə təhsil sahəsi üzrə görülən işlərdən də bəhs edib.

Nazir də öz növbəsində ölkəmizin ali və orta təhsil sistemi, aparılan islahatlar, dərsliklərlə təminat, yeni tikilən məktəblər haqqında danışıb, müvafiq statistikanı qonağın diqqətinə çatdırıb.

Təhsil Nazirliyində mətbuat konfansı

 

İyunun 2-də Təhsil Nazirliyində 2008-2009-cu dərs ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransı aparan təhsil naziri Misir Mərdanov media işçilərini salamlayaraq onlarla görüşməkdə məqsədinin başa çatmaqda olan dərs ilinin yekunları, orta ümumtəhsil məktəblərində keçirilən buraxılış, ali məktəblərdə semestr və dövlət imtahanları haqqında, eyni zamanda təhsil sahəsində görülmüş və görüləcək işlər barədə məlumat vermək olduğunu bildirdi.

Təhsil naziri öncə jurnalistlərin diqqətini ölkə Prezidentinin aprelin 22-də imzaladığı "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncama yönəldərək, qəbul olunmuş proqramın ali təhsilin inkişafında mühüm rol oynayacağını söylədi.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  22 may tarixli, 295 nömrəli sərəncamı ilə təsdiq edilmişdir 

 

2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı

 

I. üMUMİ ƏSASLAR

 

1.1. Giriş

 

Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan etmişdir.

Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu

 

İyunun 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 İyun - Uşaqları Beynəlxalq  Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə  təşkilatçılığı ilə bayram  tədbiri keçirildi.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ümummilli lider Heydər Əliyevin uşaqları çox sevdiyini, daim onların problemlərini önə çəkdiyini bildirdilər.

Spartakiadaya yekun vuruldu

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 27 fevral 2009-cu il tarixli birgə qərarına müvafiq olaraq mayın 1-dən 31-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının  86-cı ildönümünə həsr olunmuş Spartakiada  keçirilmişdir.

 

Spartakiadanın proqramına 6 idman növü, o cümlədən şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal daxil olmuşdur. Spartakiada yarışlarında 14 ali təhsil müəssisəsinin komandaları iştirak etmişdir.

Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamal rayonundakı şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Texniki Universitetinin idman zallarında keçirilmişdir.

Orta məktəblərdə "son zəng"

 

Bakıdakı  9  nömrəli orta məktəbdə də "son zəng"lə əlaqədar mərasim hazırlanmışdı. Məzunları, birinciləri və onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edən məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağının bu il 120 məzununun olduğunu, onlardan ikisinin artıq xarici ölkələrin universitetlərinə qəbul olduğunu dedi və  məzunlara gələcək müstəqil həyatlarında uğurlar arzuladı. Müəllimlər və tədbirdə iştirak edən qonaqlar da onbirinciləri  təbrik edərək, onlara xalqımıza, dövlətimizə layiq vətənpərvər şəxsiyyət kimi formalaşmağı arzuladılar. Birincilər əllərindəki gül və hədiyyələrlə onbirinciləri təbrik edib şeirlər söylədilər.

***

157 nömrəli məktəbdə tədbiri giriş sözü ilə açan təhsil ocağının  direktoru Gülayə Səttarova məzunları və birinciləri təbrik edərək onlara gələcək həyatlarında  uğurlar arzuladı və yüksək göstəricilərlə ali məktəblərə qəbul olacaqlarına ümid etdiyini birdirdi. Tədbirə gələn qonaqlar da məzunları və  birinciləri təbrik edərək, onlara xoş sözlər dedilər.

Uşaqların sevincindən valideynlərə də pay düşdü

 

Bakı şəhərinin Nərimanov rayonundakı 183 nömrəli körpələr evi-uşaq bağçası artıq neçə illərdir ki, paytaxtın nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır. Son illər ölkəmizdə təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilə diqqət və qayğının artması digər bağçalarda olduğu kimi, burada da,  sözün yaxşı mənasında, hiss olunmaqdadır.

2008-ci ildə bağça əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Təhsil Nazirliyi tərəfindən hazırlanmış məktəbəqədər yaşlı uşaqlar üçün əyani vəsaitlər toplusunun bağçaya verilməsi isə burada çalışan tərbiyəçilərin ürəyincədir.