|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda uşaqlar üçün bayram tədbiri
Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram tədbiri keçirilmişdir. Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdiyi mərasimdə balacalar istedad və bacarıqlarını nümayiş etdirmişlər. Heydər Əliyev Fondu tərəfindən mərasim iştirakçıları üçün bayram süfrəsi açılmış, 200 nəfər uşağa hədiyyələr təqdim edilmişdir.
AzərTAc |