· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Yeni məktəblərimiz

 

 

İmişli şəhəri Gənclik yaşayış massivində yerləşən 8 nömrəli orta məktəbin binası 2008-ci ildə istifadəyə verilib. Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş 360 şagird yerlik ikimərtəbəli təhsil ocağında 25 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və tibb otağı vardır. Məktəb müasir tələblərə cavab verən istilik sistemi və inventarlarla təmin olunub. Məktəbin geniş ərazisində abadlıq işləri aparılıb, idman meydançası fəaliyyət göstərir.

 

Fazil İDRİSOĞLU

 

 

 

 

Orta məktəblərdə "son zəng"

 

Bakıdakı  9  nömrəli orta məktəbdə də "son zəng"lə əlaqədar mərasim hazırlanmışdı. Məzunları, birinciləri və onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edən məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağının bu il 120 məzununun olduğunu, onlardan ikisinin artıq xarici ölkələrin universitetlərinə qəbul olduğunu dedi və  məzunlara gələcək müstəqil həyatlarında uğurlar arzuladı. Müəllimlər və tədbirdə iştirak edən qonaqlar da onbirinciləri  təbrik edərək, onlara xalqımıza, dövlətimizə layiq vətənpərvər şəxsiyyət kimi formalaşmağı arzuladılar. Birincilər əllərindəki gül və hədiyyələrlə onbirinciləri təbrik edib şeirlər söylədilər.

***

157 nömrəli məktəbdə tədbiri giriş sözü ilə açan təhsil ocağının  direktoru Gülayə Səttarova məzunları və birinciləri təbrik edərək onlara gələcək həyatlarında  uğurlar arzuladı və yüksək göstəricilərlə ali məktəblərə qəbul olacaqlarına ümid etdiyini birdirdi. Tədbirə gələn qonaqlar da məzunları və  birinciləri təbrik edərək, onlara xoş sözlər dedilər. Tədbir unudulmaz xatirələrlə yadda qaldı.

***

"Son zəng" günü Bakıdakı 299 nömrəli  məktəb-liseyin həyətində də böyük canlanma var idi.  Bu məktəbin məzunları da həmin gün həmyaşıdları kimi sevinc içində idilər. Tədbiri giriş sözü ilə açan  təhsil ocağının direktoru Solmaz Kazımova məzunları və birinciləri təbrik edərək, təhsilə göstərilən dövlət qayğısından və qazanılmış nailiyyətlərdən danışdı. çıxış edən qonaqlar da məzunları təbirik edərək, onlara Azərbaycanın adını harada olmalarına baxmayaraq, həmişə uca tutmağı tövsiyə etdilər.

Məzunlar müəllimləri və gələn qonaqlarla birlikdə  bir-birindən maraqlı rəqslər ifa edib şeirlər, mahnılar söylədilər, şənləndilər.

Həmin gün "son zəng" Bakının 5, 111,144, 246,267, 292 nömrəli məktəblərində də təntənə ilə qeyd edildi.

***

Hər bir təhsil müəssisəsində olduğu kimi, Bakının Nəsimi rayonundakı 54 nömrəli orta məktəbdə də "son zəng" yüksək səviyyədə təşkil edilmişdi.

Tədbiri açıq elan edən 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova bildirdi ki, bir sıra uğurlarla "Ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmaq uğrunda mübarizəyə qoşulan 54 nömrəli məktəb istedadlı şagirdləri, öz işinin peşəkarı olan müəllimləri, müxtəlif sahələrdə çalışan məzunları ilə fəxr edir. Son 3 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələri 54 nömrəli məktəbin məzunlarının göstəricilərinin artdığını söyləməyə əsas verir.

Müəllimlər adından çıxış edən Təranə Seyidova və Firuzə Qasımova məzunları təbrik etdilər, onlara xoş arzularını çatdırdılar. Simvolik açar direktora təqdim edildi. Sonda məzunlar son zəngin sədaları altında şənləndilər.

 

Rəşad ZİYADOV,

Fazil İDRİSOĞLU