|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Prezident İlham Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Mayın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü
münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq
Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
AzərTAc
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun
Boloniya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf
meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın
ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil
almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması
məqsədi ilə qərara alıram:
1. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramı" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il
V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı
direktoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli, 75
nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq
qərara alıram:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun İcraçı direktoru təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası
üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli, 75
nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.3-cü bəndinə uyğun olaraq
qərara alıram:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə
Şurasının üzvləri təyin edilsinlər:
dövlət orqanlarından:
kütləvi informasiya vasitələrindən:
jurnalist təşkilatlarından:
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il
|