|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
M.A.Əliyevanın Heydər Əliyev mükafatı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının
ictimai-siyasi və mədəni həyatında
səmərəli fəaliyyətinə görə Mehriban
Arif qızı Əliyeva Heydər Əliyev mükafatı
ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 may 2009-cu il
|
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Mayın
10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 86-cı ildönümüdür.
Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər
Əliyevi tanıyanlar və sevənlər altıncı ildir
bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
ümummilli liderin ad günü
ərəfəsində olduğu kimi, mayın 10-da da
səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri,
ölkəmizin müxtəlif rayon və şəhərlərindən
Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının
qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər
Heydər Əliyevin məzarı önünə əklillər,
təzə-tər güllər qoyur, onun əziz xatirəsini
dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar. Xalqımızın xilaskar oğlunun doğum
günündə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı, ailə üzvləri, ulu öndərin
doğmaları, yaxınları onun məzarını
ziyarət etmək üçün Fəxri xiyabana gəldilər. Prezident İlham Əliyev ümummilli lider
Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun
ruhu qarşısında baş əydi.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan
Prezidenti İlham Əliyev bayramda iştirak edib Mayın 10-da Azərbaycan xalqının ümummilli
lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümü ilə
əlaqədar Bakıda, ulu öndərin adını daşıyan
sarayın qarşısındakı parkda möhtəşəm
gül bayramı təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və qızları gül bayramında olmuşlar.
Dövlətimizin başçısına
məlumat verildi ki, səhər tezdən başlayaraq
paytaxt sakinləri Bakı Şəhər İcra
Hakimiyyətinin təşkilatçılığı ilə
xarici ölkələrdən gətirilmiş gül-çiçəklə
bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın
81 ölkəsindən gətirilmiş 1,5 milyondan çox müxtəlif
güllərdən istifadə olunmuşdur. |
Mayın 8-də "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş respublika inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu. |
ölkəmizin 52 bölgəsində milli qiymətləndirmənin tədqiqat mərhələsi keçiriləcək 12 may 2009-cu il tarixindən başlayaraq ölkəmizin
52 bölgəsində milli qiymətləndirmənin
tədqiqat mərhələsi keçirilir. 2009-cu il
mayın 28-dək yekunlaşdırılması
nəzərdə tutulan bu tədqiqat , hər birində 30
şagird olmaqla, ölkənin seçilmiş 216 ibtidai, əsas
və orta məktəblərinin IV və XI
siniflərində aparılacaq. Şagirdlərin bilik
və bacarıqları
ana dili və riyaziyyat fənləri üzrə yoxlanılacaq. Milli qiymətləndirmədə yalnız
şagirdin bilik səviyyəsi deyil, həmçinin ona
təsir edən amillər öyrənildiyindən şagirdlər,
məktəb direktorları, valideynlər və müəllimlər
üçün anket sorğuları da hazırlanıb. 2009-cu il mayın 12-dən Bakı şəhərinin, Abşeron və
Qobustan rayonlarının seçilmiş
məktəblərində milli qiymətləndirmə
tədqiqatları başlanıb. |
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin iclas zalında 147 nömrəli
texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik
Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyi münasibətilə
tədbir keçirilmişdir. Təhsil
Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbirdə tanınmış ziyalılar, millət
vəkilləri, paytaxtın bir sıra
məktəblərinin rəhbərləri, habelə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları iştirak edirdilər. Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açaraq əsası görkəmli alim Azad Mirzəcanzadə tərəfindən qoyulan liseyin gördüyü işlərdən, onun bu səviyyəyə çatmasında Azad müəllimin zəhmətindən söz açdı. |
Görkəmli alimin yubileyi qeyd edildi Mayın
12-də Təhsil Nazirliyində respublikanın görkəmli
alimi, tanınmış pedaqoq, əməkdar müəllim,
"Şöhrət" ordenli, professor Yəhya Şəfi
oğlu Kərimovun anadan olmasının 82 illiyi münasibətilə
tədbir keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq respublikanın görkəmli pedaqoq alimi Yəhya Kərimovun Azərbaycan təhsilində özünəməxsus rolu və yerindən danışdı. Nazir qeyd etdi ki, Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Y.Kərimovun adı ilə bağlıdır. Görkəmli alimin çoxcəhətli elmi fəaliyyətində bu amil xüsusi əhəmiyyət kəsb edir. O, bu gün Azərbaycanın görkəmli alimləri sırasındadır. Pedaqoq alimin qələmindən çıxan "Əlifba" dərsliyi 45 il ərzində Azərbaycan xalqının balalarına xidmət etmişdir. |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış (Əvvəli qəzetimizin ötən
saylarında) Məlumdur ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil hesab edilir. Məhz ali təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, "biliklər cəmiyyəti"nin formalaşmasında da ən başlıca amil ali təhsildir. "Biliklər cəmiyyəti" elə bir cəmiyyətdir ki, onun əksər üzvləri yeni biliklər əldə edir, daha çox sayda insanlar isə bu biliklərdən faydalanır, istifadə edirlər. |
Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov 5-6 may 2009-cu il tarixində Yevlax və
Zaqatala rayonlarında olub. Nazir hər iki rayonda yeni
təhsil ocaqlarının açılış
mərasimlərində, səfər proqramı çərçivəsində
keçirilən bir sıra digər tədbirlərdə iştirak
edib. Mayın 5-də təhsil naziri Misir Mərdanov, ali
məktəb rəhbərləri, KİV nümayəndələri
və digər qonaqlar əvvəlcə Yevlax Rayon İcra
Hakimiyyətinin qarşısında ucaldılmış
ulu öndər Heydər Əliyevin abidəsi önünə gül
dəstələri qoydular. İlk öncə 8 nömrəli orta məktəbin açılışı oldu. Sonra rayonun Mərkəzi - Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev - müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda elmi- praktik konfrans keçirildi. |
Respublika fənn olimpiadalarının qalibləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri 1. 2009-cu il respublika fənn olimpiadalarının
qalibləri aşağıdakı qaydada müəyyənləşdirilsin: AZƏRBAYCAN
DILI VƏ ƏDƏBIYYAT FƏNNI üZRƏ I YER 1. Məhərrəmova
Kövsər Vəli qızı - Şirvan şəhəri
21 nömrəli orta məktəbin IX sinif şagirdi. 2. Mustafayeva Mehriban Kərəm qızı
- Naxçıvan şəhəri 705 nömrəli hərbi
hissə orta məktəbinin IX sinif şagirdi. 3. Əmrahlı İlahə Mürşüd qızı
- Tərtər şəhəri 1 nömrəli orta
məktəbin X sinif şagirdi. 4. Həsənzadə Süleyman Musa oğlu - Sumqayıt şəhəri "İstedad" liseyinin XI sinif şagirdi. |
Məktəblilərin ulu öndərə sonsuz məhəbbətləri rəsm əsərlərində Mayın 14-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında ulu öndərin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm əsərlərindən ibarət sərginin açılışı oldu. Müsabiqəyə 3 yaş qrupundan 400-ə yaxın əl işi təqdim olunmuşdur. Sərginin açılış lentini kəsən təhsil nazirinin müavini Elmar Qasımov ümummilli liderin həyat və fəaliyyətindən danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü respublikamızın hər yerində yüksək səviyyədə böyük iftixarla keçirilir. |
"İnformatika-1" dərslik komplekti İKT müsabiqəsinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalibi oldu ümumdünya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti Günü münasibətilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi müsabiqə
başa çatmışdır. Yeni kurikulum əsasında "Bakı"
nəşriyyatı tərəfindən hazırlanmış
1-ci siniflər üçün "İnformatika" dərsliyi
və İNFO-KO multimedia tədris vəsaiti (İnternet
versiyası: www.pixart.ws/infoko) müsabiqənin qalibi olmuşdur.
Müəllifləri İsmayıl Sadıqov, Naidə İsayeva
və Fatma Hacıyeva olan bu komplekt
məktəblərdə artıq çox böyük uğurla
istifadə edilir. Qalibin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçirilmişdir. |