|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib Xalqımızın böyük oğlu, müstəqil
Azərbaycanın memarı, bütün həyatını
vətəninin çiçəklənməsinə həsr etmiş
ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü münasibəti ilə təhsil ocaqlarında ümummilli
liderin əziz xatirəsinə həsr olunmuş maraqlı
və məzmunlu anım mərasimləri keçirildi.
Yaddaqalan tədbirlərdən birini Bakıdakı 204 nömrəli
məktəbin kollektivi mayın 8-də təşkil
etmişdi. Toplantını məktəbin direktoru Ziba
Rzayeva açaraq son günlər ölkəmizin hər yerində keçirilən
anım tədbirlərini böyük öndərə ümumxalq
məhəbbətinin təzahürü kimi
dəyərləndirdi. Z.Rzayeva azərbaycanlı olması
ilə həmişə fəxr edən ulu öndər
Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə
Azərbaycanın inkişafı, onun qüdrətinin artması,
dövlətçiliyimizin möhkəmlənməsi və s.
istiqamətlərdəki titanik fəaliyyətindən,
hər cür inkişafın təməlində dayanan
təhsilə diqqət və qayğısından,
hələ sovet dönəmində yüksək ixtisaslı
milli kadrların yetişdirilməsi sahəsindəki
xidmətlərindən söz açdı, onun müdrik siyasi
kursunun, vətənimizin daha da möhkəmlənməsi
və inkişaf etməsinə hesablanmış
fəaliyyətinin hazırda Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini diqqətə çatdırdı. Sonra məktəbin tarix müəllimi Sevil
Əhmədova ulu öndər Heydər Əliyevin həyat
yolundan, çoxistiqamətli siyasi və dövlətçilik
fəaliyyətindən xronoloji ardıcıllıqla söz açdı,
bu böyük insanı dahi rəhbər, fenomenal şəxsiyyət
kimi səciyyələndirdi. Məktəblilərin ulu öndər haqqında
söylədikləri səmimi sözlər, ümummilli liderin
elmə, təhsilə, müəllimə verdiyi yüksək
qiyməti ifadə edən fikirlərindən
gətirdikləri nümunələr, istedadlı şagirdlərin
ifa etdikləri şeirlər toplantı iştirakçıları
tərəfindən maraqla dinlənildi. Məktəbin X
"Q" sinif şagirdi Yusif Şahbazovun Heydər Əliyevə
həsr etdiyi "Milli liderimiz" şeirini isə onlar
alqışlarla qarşıladılar. Xətai Rayon İcra Hakimiyyətinin
təhsil, səhiyyə, mədəniyyət şöbəsinin
müdiri Qafur Rəhmanov toplantıda çıxış
edərək şagirdlər tərəfindən ümummilli
liderin şəxsiyyətinə və irsinə göstərilən
marağı xüsusi qeyd etdi. Böyük öndərin həyat
və fəaliyyətinin, əməllərinin, uca şəxsiyyətinin
gənclərə əsl örnək olduğunu vurğuladı,
onları bu örnəkdən nümunə götürməyə çağırdı. Toplantıda böyük öndərin anadan olmasının
86-cı ildönümü münasibəti ilə məktəbdə
keçirilən inşa, rəsm, divar qəzetləri, əl işləri
müsabiqələrinin və idman yarışlarının
qaliblərinə diplomlar təqdim olundu. *** Mayın
8-də Bakı şəhəri
Nəsimi rayonundakı 9 nömrəli orta
məktəbdə ulu öndər Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümünə həsr olunmuş
tədbir keçirilib. Dövlət himni səsləndikdən
sonra şagirdlərin əl ilə gülün çiçəklərindən
hazırladıqları üçrəngli bayraq, ölkəmizin
xəritəsi səhnəyə gətirildi. Təhsil ocağının rəhbəri
Zinyət Əhmədova çıxış edərək qeyd
etdi ki, anım günü respublikamızın bütün təhsil
ocaqlarında yüksək səviyyədə böyük rəğbətlə,
məhəbbətlə qeyd olunur. ölkəmizin inkişafında, müstəqilliyimizin
qorunub saxlanılmasında ümummilli liderimiz Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur.
Ulu öndər Heydər Əliyev təhsilə həmişə başqa
sahələrdən daha artıq diqqət və qayğı
göstərmişdir. Tədbirin sonunda ulu öndər Heydər
Əliyevlə bağlı film nümayiş olunub. *** Həmin gün Bakının 5, 157 və 267
nömrəli orta məktəblərində də ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü təntənə ilə qeyd edilib.
Şagirdlərin ifasında böyük tarixi şəxsiyyət
Heydər Əliyevə həsr olunmuş şeirlər
və mahnılar səsləndirilib.
Onlar ulu öndərə olan sonsuz və tükənməz
sevgilərini çəkdikləri rəsmlərlə də
nümayiş etdiriblər. *** Bakıdakı 28 nömrəli orta
məktəbin pedaqoji kollektivi ulu öndər Heydər
Əliyevin anadan olmasının
86-cı ildönümü münasibətilə
əqli cəhətdən qüsurlu olan uşaqların
oxuduqları 11 nömrəli xüsusi təhsil
məktəbində xeyriyyə tədbiri keçirib.
Tədbirin təşkilatçısı məktəbin
direktoru Gülarə Vəliyeva ölkəmizdə
əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların
oxumaları üçün yaradılan şəraitdən
və göstərilən dövlət qayğısından
söhbət açıb. Məktəbin
şagirdləri üçün şirniyyat süfrəsi açılıb
və konsert verilib. Tədbirin sonunda 11 nömrəli xüsusi
təhsil məktəbinin direktoru Sezar Qocayev və
burada təhsil alan şagirdlərin valideynləri
belə bir xeyirxah
tədbir üçün minnətdarlıqlarını
bildiriblər. "Azərbaycan müəllimi"
|