· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"İnformatika-1" dərslik komplekti  İKT müsabiqəsinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalibi oldu

ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi müsabiqə başa çatmışdır.

Yeni kurikulum əsasında "Bakı" nəşriyyatı tərəfindən hazırlanmış 1-ci siniflər üçün "İnformatika" dərsliyi və İNFO-KO multimedia tədris vəsaiti (İnternet versiyası: www.pixart.ws/infoko) müsabiqənin qalibi olmuşdur. Müəllifləri İsmayıl Sadıqov, Naidə İsayeva və Fatma Hacıyeva olan bu komplekt məktəblərdə artıq çox böyük uğurla istifadə edilir.

Qalibin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçirilmişdir. 1-ci mərhələdə iki aya yaxın müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında ictimai səsvermə keçirilmişdir. Digər rəqiblərindən üstünlük qazanmış komplekt 2-ci mərhələyə keçmişdir.

2-ci mərhələdə isə finala çıxmış nominantlar arasından qalib İKT sahəsində respublikanın ən nüfuzlu professor, alim və mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunmuşdur. Bu mərhələdə də üstünlük qazanmış dərslik komplekti və İNFO-KO diski münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi elan edilmişdir.

"İnformatika-1" dərslik komplekti və İNFO-KO multimedia diski müasir İKT-nin cəmiyyətə çatdırılması, İKT-nin respublikada inkişafı və müasir İKT-nin cəmiyyətdə populyarlaşdırılması işində Təhsil Nazirliyinin respublika ictimaiyyətinə verdiyi böyük töhfədir.

Mükafatın rəsmi təqdimetmə mərasimi 16 may 2009-cu il tarixdə ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təşkil olunmuş tədbirdə keçiriləcəkdir.

Biz "Bakı" nəşriyyatını, onun müəllif və yaradıcı kollektivini təbrik edir və onlara yeni uğurlar diləyirik.

 

 

Zamanın dühası

Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının növbəti, 123-cü məşğələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə  həsr olunmuş respublika elmi konfransı şəklində keçirildi.

 

"Heydər Əliyev siyasi kursu: böyük siyasət və dinamik inkişaf" mövzusunda respublika elmi konfransını giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq Heydər Əliyev ideyalarının, irsinin öyrənilməsinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışdı. Millət vəkili XX əsrin görkəmli siyasi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın müstəqillik qazanması və dinamik inkişafı uğrunda möhtəşəm fəaliyyətindən, dövlət müstəqilliyinin və ölkədaxili siyasi sabitliyin qorunmasındakı, xarici siyasi-iqtisadi əlaqələrin qurulmasındakı misilsiz xidmətlərindən söz açdı. Natiq ulu öndərin azərbaycançılıq ideologiyasının və siyasi kursunun ölkə başçısı, dünyada tanınmış gənc siyasi lider İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini vurğuladı.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev "Heydər Əliyev və milli mənəvi dəyərlərin inkişaf dialektikası" mövzusunda məruzə edərək unikal siyasi təfəkkürə, sarsılmaz milli məfkurəyə malik Heydər Əliyevin Azərbaycanın mənəvi dəyərlərinin qorunub saxlanılmasındakı, milli tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafındakı, gənclərdə milli mənəvi şüurun formalaşmasındakı əvəzsiz rolundan danışdı.

Məruzələrdə ulu öndər Heydər Əliyevin milli müstəqilliyin əldə olunmasındakı tarixi liderlik missiyasından, yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri ilə bir sırada sürətlə inkişaf etməsindən bəhs edildi.

Konfransda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd və kitab sərgisi də nümayiş etdirildi. 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat

şöbəsinin müdiri

 

 

 

Müsabiqənin qalibləri mükafatlandırıldı

46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində DYP ilə birgə mayın 8-də keçirilən "Yol hərəkəti qaydaları və mən" adlı müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmişdi.

10 nominasiyada 100-ə yaxın şagirdin iştirak etdiyi rəsm müsabiqəsində DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin öz vətəninə, xalqına, dövlətçiliyə, xüsusilə təhsilə göstərdiyi misilsiz xidmətlərindən danışdı.

Bu siyasi kursun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Müsabiqənin keçirilməsinin vacibliyinə toxunan R.Zeynalov tədbirin maraqlı təşkil olunmasında əməyi olanlara minnətdarlığını bildir.

Sonda rəsm müsabiqəsinin bütün iştirakçıları və qalibləri müvafiq olaraq diplom və hədiyyələrlə mükafatlandırıldı.

Qaliblər bu il Qazaxıstanda keçiriləcək "Gənc imspektorlar" rəsm müsabiqəsində Azərbaycanı təmsil edəcəklər.

 

Fazil İDRİSOĞLU