|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəblilərin ulu öndərə sonsuz məhəbbətləri rəsm əsərlərində Mayın 14-də Tofiq İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının
"Uşaq dünyası" qalereyasında ulu öndərin
anadan olmasının 86-cı ildönümü ilə
əlaqədar "Heydər Əliyev və müstəqil
Azərbaycan" mövzusunda rəsm
əsərlərindən ibarət sərginin açılışı
oldu. Müsabiqəyə 3 yaş qrupundan 400-ə yaxın
əl işi təqdim olunmuşdur. Sərginin açılış
lentini kəsən təhsil nazirinin müavini Elmar Qasımov
ümummilli liderin həyat və fəaliyyətindən danışaraq
bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü respublikamızın hər yerində yüksək
səviyyədə böyük iftixarla keçirilir. çünki ölkəmizin
iqtisadi və elmi qüdrətinin yüksəldilməsində, dövlətçiliyimizin
qorunub saxlanması və dünya ölkələri
tərəfindən tanınmasında Heydər Əliyevin
müstəsna xidməti olmuşdur. Ulu öndərin layiqli davamçısı
Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam
etdirir. Nazir müavini qeyd etdi ki, məktəblilər bu müsabiqədə
fəal iştirak edərək ulu öndərə olan
məhəbbət hisslərini rəsm
əsərlərində əks etdirməyə çalışmışlar.
Gənc rəssamların əl işlərindən
məmnun qalan Elmar Qasımov təşkilatçılara
minnətdarlığını bildirdi. Sonra Dövlət
Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar
İttifaqının katibi Səlhab Məmmədov və Uşaq-Gənclər
Yaradıcılıq Sarayının direktoru Bədayə
Ramazanova çıxış edərək sərginin
əhəmiyyətindən danışdılar. Sonda rəsm müsabiqəsində qalib
gələn 18 şagirdə Təhsil Nazirliyinin diplom
və hədiyyələri təqdim olundu. Fazil İDRİSOĞLU |