Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Dekabr 2009 - ¹49

 

Təhsil naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əlaqələrə xüsusi önəm verdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Fransa ilə qarşılıqlı dostluğa və əməkdaşlığa əsaslanan siyasətinə diqqət çəkən Misir Mərdanov bu kursun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu baxımdan dövlət rəhbərinin dekabrın əvvəllərində Fransaya rəsmi səfərinin əhəmiyyətli olduğunu qeyd edib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildirib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı digər məsələlərlə yanaşı, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə də diqqət yetirildiyini nəzərə çatdırıb. Dövlət başçılarının görüşü zamanı Fransa Prezidentinin Azərbaycanda fransız məktəbinin açılması təşəbbüsü ilə çıxış etdiyini, bu barədə ümumi fikir mübadiləsi aparıldığını söyləyən səfir deyib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplomatik korpuslarının təmsilçilərinin övladlarının təhsil almaları üçün belə bir məktəbə ehtiyac duyulur. Sonra səfir Qabriel Keller 2010-cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunmasını arzuladıqlarını nəzərə çatdırıb.

İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması məsələlərinə toxunan səfir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin əsasən kənd təsərrüfatı, memarlıq, aeronavtika, ekologiya ixtisasları üzrə Fransanın nüfuzlu ali məktəblərində təhsil almalarına maraq göstərdiklərini qeyd edib.

Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafına yetirdikləri diqqətə görə səfirə təşəkkür edən təhsil naziri Misir Mərdanov respublikamızda bir sıra ölkələrin dövlət və qeyri-dövlət tədris ocaqlarının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Misir Mərdanov Təhsil Nazirliyinin əməkdaşları ilə Fransanın Azərbaycandakı səfirliyinin təmsilçilərinin məsləhətləşmələr aparmaları, irəli sürülən ideyanın gerçəkləşdirilməsi üçün hüquqi əsasların hazırlanması, qaldırılan məsələnin hərtərəfli müzakirə edilməsi və Bakıda fransız məktəbinin açılması üçün mümkün olan variantlar haqqında fikirlərini bildirib.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Fransanın ali məktəblərinə indiyə qədər 58 tələbənin göndərildiyini vurğulayan təhsil naziri gələcəkdə bu göstəricinin daha da artacağına, Fransanın digər nüfuzlu universitetlərində də azərbaycanlı tələbələrin təhsil almasının mümkünlüyünə diqqət çəkib. Təhsil Nazirliyi ilə Fransanın KNOUS təşkilatı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən nazir ölkələrimizin təhsil sahəsindəki əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
18 Dekabr 2009 - ¹49
Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.M.Fərzəliyevə "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.Ş.Mehdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsi məsələsi müzakirə olundu
 
Təhsil Nazirliyində müşavirə
 
Təhsil naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb
 
Dövlət Proqramının icrası ilə bağlı beynəlxalq konfrans
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi  konfransı keçirilib
 
Dünyanın ən nüfuzlu universitetləri sırasına çıxmağı hədəfə almış ali məktəb
 
Azərbaycan jurnalistikasının canlı korifeyi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov