Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefonlar: 496-34-82; 496-37-61; faks:
496-37-61; e-mail ünvanı:
qaynar-xett@edu.gov.az) cari ilin noyabrında 27
müraciət daxil olub. Qeyd edək ki, müraciətlərin
əksəriyyəti (17-si) sorğu, məlumat və anonim
xarakterlidir. Müraciətlərin 18-i Bakı şəhərinin
ümumtəhsil məktəblərindən daxil olub. Sorğular
əsasən olimpiadaların keçirilməsi, imtahanlara
hazırlıq, uşaq bağçaları, müəllimlərin işə
qəbulu ilə bağlıdır. Şikayətlər isə daha çox
məktəblərin istilik sistemi ilə təchizatı
barədədir.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
daxil olan bütün müraciətlər araşdırılıb,
müvafiq tədbirlər görülüb və müraciət
müəlliflərinə cavab verilib. Eyni zamanda noyabr
ayında "Qaynar xətt" xidmətinə daxil olan
çoxsaylı sorğular nazirliyin əməkdaşları
tərəfindən cavablandırılıb.
ötən ay ərzində "Qaynar xətt" xidmətinə 151
nömrəli orta məktəbdə məktəbli formasının
məcburi şəkildə satılması ilə bağlı iki anonim
şikayət daxil olub. Şikayət edən valideynin
kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə
araşdırma aparılıb və şikayətin doğru olduğu
aydınlaşdırılıb. Bununla bağlı məktəbin
direktoruna Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət
verilib. |