· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31

 

 

Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı iki təhsil müəssisəsində olub

 

Samux rayonunda şahmat məktəbinin açılış mərasimi

 

Prezident İlham Əliyev martın 3-də Samux rayon mərkəzində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısını binanın önündə məktəblilər hərarətlə qarşıladılar. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 2007-ci ildə tikilib istifadəyə verilən bu məktəbdə təcrübəli müəllimlərin köməyi ilə 60-a yaxın uşaq qədim oyunun sirlərinə yiyələnəcəkdir.

Məktəbdə ulu öndərin və Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Dövlətimizin başçısı gənc şahmatçıların oyununu izlədi və onlara uğurlar arzuladı.

AzərTAc

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Xanlar şəhərindəki şəhid İbrahim Hüseynov adına məktəblə tanışlıq

AzərTAc-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Xanlar şəhərində şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə olmuşdur.

1965-ci ildə tikilmiş və qəza vəziyyətində olduğuna görə sökülərək Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmiş 3 mərtəbəli məktəb binası 800 şagird yerlikdir. 2007-ci ilin sentyabrında istifadəyə verilmiş məktəbdə 40 sinif otağı, kitabxana, kompüter otağı, yeməkxana, laboratoriya, idman salonu, mərkəzləşdirilmiş istilik sistemi var. 670 şagirdin təhsil aldığı məktəbdə 100 nəfər müəllim çalışır. Keçən il məktəbi bitirən 34 şagirddən 11-i ali məktəblərə daxil olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Samux rayonunun Əliuşağı kənd orta məktəbində və Kəlbəcər rayonunun 67 nömrəli məktəbində olub

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 3-də Mirzə Fətəli Axundov adına Əliuşağı kənd orta məktəbində olmuşdur.

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəbdə 200 şagird təhsil alır.

Təhsil Nazirliyinin kollegiyasında

İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri müzakirə olundu

  Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin  müvafiq şöbələri və struktur bölmələri rəhbərləri, monitorinq qrupu üzvləri və təkrar monitorinq aparılmış məktəblərin direktorları iştirak edirdilər.

Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlayıb müzakirə olunan məsələ barədə məlumat verdi. Nazir qeyd etdi ki, ümumtəhsil məktəblərinin İKT ilə təminatı hazırda dövlətin təhsil siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir.

Təhsil Nazirliyində Boloniya prosesinə dair seminar keçirildi

 

Seminarda həmin prosesə ilkin qoşulmuş Azərbaycan Dillər Universitetinin təcrübəsindən, kredit sisteminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlərdən söz açıldı

 

Martın 1-də Təhsil Nazirliyinin böyük akt zalında Boloniya prosesinə qoşulmaqla bağlı ölkəmizin ali təhsil sistemində görülmüş işlərə və mövcud problemlərin həlli yollarına həsr olunmuş seminar keçirildi.

Seminarda təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbələrinin və struktur bölmələrinin rəhbərləri, ali məktəb rektorları, prorektor və dekanlar, digər şəxslər iştirak edirdilər.

Sınaq imtahanının nəticələrinə dair mətbuat konfransı

Fevralın 29-da Təhsil Nazirliyində ikinci sınaq imtahanının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə konfransı açaraq media nümayəndələrini salamladı və sözü Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdirinin müavini Təranə Hacıyevaya verdi.

öncə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən danışan T.Hacıyeva qeyd etdi ki, şagird nailiyyətlərinin düzgün qiymətləndirilməsi təhsilin keyfiyyətinə təsir edən ən başlıca amillərdən biridir. Bu səbəbdən yeni qiymətləndirmə sistemi (məktəbdaxili, milli, beynəlxalq qiymətləndirmə) tətbiq olunur və məktəbdaxili qiymətləndirmənin əsas komponentlərindən biri də mərkəzləşdirilmiş üsulla keçirilən buraxılış imtahanıdır.

Bayramınız mübarək, əziz qadınlar!

"Cənnət anaların ayaqları altındadır"

Qadın dünyanın ən gözəl məxluqudur. Allah-taala onu bəşər anası kimi dünyaya bəxş etmişdir. Bütün varlıq anaya borcludur. Tanınmış mütəfəkkirlər, nəhəng şairlər, böyük sənətkarlar ananın əzəmətini vəsf edən gözəl əsərlər yaratmışlar. Məsələn, S.Vurğun anası Məhbub xanımın xatirəsinə yazdığı şeirdə obrazlı şəkildə görün nə gözəl demişdir:

Səni görmək üçün ölmək istərəm.

Bu da təbiidir, çünki Məhəmməd peyğəmbərimiz demişdir: "Cənnət anaların ayaqları altındadır". Bütün tarix boyu Azərbaycan qadını şərəfli ana adını daşımaqdan əlavə, qəhrəmanlıq göstərmiş, qəhrəman adını şərəflə yaşamışdır. Tomrisdən tutmuş ta bu günün qəhrəman analarından olan Salatın Əsgərovaya qədər bütün qəhrəman qadınlarımızın siyahısını tutsaq, bəlkə də bir kitab olar.

Elmi-nəzəri konfrans

Musiqi Kolleci 110 illik yubiley qarşısında

Bu günlərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 110 illik yubileyinə həsr olunan elmi-nəzəri konfrans keçirildi. Təhsil ocağının akt zalında təşkil olunmuş  tədbiri kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Gülzar Hətəmzadə giriş sözü ilə açdı. Qarşıdan Musiqi Kollecinin 110 illik yubileyinin gəldiyini deyərək, bütövlükdə bunun  musiqi ictimaiyyəti üçün əlamətdar bir hadisə olduğunu bildirdi.

 

 Qeyd etdi ki, uzunillik tarixi olan kollec fəaliyyətə başladığı ilk gündən hazırkı vaxta qədər özünəməxsus ənənələrini  layiqincə qoruyub saxlamaqdadır. G.Hətəmzadə təhsil ocağında çoxlu sayda tanınmış bəstəkar, musiqişünas və müğənninin yetişdiyini deyərək onların kollecin fəxri olduqlarını xüsusi vurğuladı. Kollecin keçdiyi şərəfli yoldan  ətraflı danışan Gülzar xanım  yubileyə təhsil ocağının müəllim və tələbə heyətinin ciddi hazırlaşdıqlarını bildirərək, bununla bağlı görülən işlərdən danışdı.

Dünya təhsilinə inteqrasiya

Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi

Bu gün Azərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.

Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də  Fransanın Paris şəhərində Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri  "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır.

İnternet şəbəkəsində keçən yeniyetməlik dövrü

Valideynlər bu zaman nə etməlidirlər?

Yeniyetmələrin çoxu İnternet şəbəkəsinin daimi istifadəçisidir. Bu isə yeniyetmənin ikili həyat yaşaması deməkdir. Onlar öz problemlərini xəyallarında, "tərki-dünyalıqda" axtardıqları dostları ilə həll etmək istəyirlər. Ancaq adi həyatda soyuqqanlıqla öz neytrallıqlarını saxlamağa səy göstərirlər. özlərini itirmiş bu yeniyetmələrin düşüncəsində hansı hisslərin olduğunu bilmək, anlamaq olduqca çətindir.

 

Ailədə həmişə çox sevilən, müdafiə olunan uşaq birdən-birə dəyişir, öz yaxınları ilə az-az görüşmək və münasibət saxlamaq istəyir. Valideynləri təəccüblənir: Görəsən, uşaq niyə belə qaradinməz olub? Niyə bizimlə danışmaq və fikirlərini bölüşmək istəmir? Cavab çox sadədir. O, özünü atılmış hesab edir, onu başa düşən yoxdur və  buna görə də qaradinməz olur. Köhnə üsullarla bunları öyrənmək istəyən valideynlər isə vəziyyəti daha da gərginləşdirirlər.

Yetirməsi Avropanın ən güclü gənc cüdoçusu olan idman məktəbi

Uşaqlar  idmanı çox sevir və böyüyəndə güclü idmançı olmağı arzulayırlar. Onların arasında özlərinə kumir seçdikləri məşhur idmançılara oxşamaq istəyənlər də çoxdur. Lakin idmanda tanınmaq, yüksək uğurlar qazanmaq, beynəlxalq turnirlərdə iştirak etmək, olimpiya zirvəsinə yüksəlmək üçün təkcə idmana məhəbbət azdır. Onunla müntəzəm məşğul olmaq, özünü, necə deyərlər, idmana həsr etmək gərəkdir. Paytaxtımızın uşaq, yeniyetmə və gənc sakinləri arasında bu yolu seçənlərin bir hissəsi  şəhərin 8-ci Kilometr yaşayış massivində yerləşən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinə üz tuturlar. çünki burada, həqiqətən, körpə qəlblərdə məskən salmış yaxşı idmançı olmaq arzularını gerçəkləşdirmək üçün hər cür şərait var.

 Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 1967-ci ildən fəaliyyət göstərir.