|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Əmrlər, sərəncamlar
2007-2008-ci dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının aparılması haqqında 2007-2008-ci dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının səmərəli təşkili, aparılması və yekunlaşdırılması məqsədilə ƏMR EDİRƏM:
1. Bakı, Gəncə, Sumqayıt,
Mingəçevir, Əli Bayramlı şəhərlərinin,
Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının,
həmçinin həmin şəhər və rayonların
ərazisində fəaliyyət göstərən məcburi
köçkün rayonlarının, bu bölgələrdəki peşə
liseylərinin, habelə ali təhsil müəssisələrinin
nəzdindəki ümumtəhsil məktəblərinin və
bilavasitə Təhsil Nazirliyi tabeliyindəki lisey və
gimnaziyaların XI (XII) sinif şagirdlərinin buraxılış
imtahanları cavab kartı tətbiq edilməklə və
nəticələri nazirlikdə yoxlanılmaqla test sualları
əsasında mərkəzləşdirilmiş qaydada aparılsın. 2. Respublikanın digər rayonlarındakı
ümumtəhsil məktəblərinin XI (XII) sinif şagirdlərinin
buraxılış imtahanları indiyədək mövcud olan
ümumi qaydalar üzrə test sualları əsasında
mərkəzləşdirilmiş formada keçirilsin. 3. Respublikanın şəhər
və rayonlarındakı bütün ümumtəhsil
məktəblərinin IX siniflərində yazılı
imtahanlar Təhsil Nazirliyinin müəyyən etdiyi mövzu
və tapşırıqlar, şifahi imtahanlar isə
məktəb tərəfindən hazırlanıb pedaqoji
şurada təsdiq edilmiş imtahan biletləri
əsasında keçirilsin. 4. Buraxılış imtahanları aşağıdakı
fənlər üzrə aparılsın: 4.1. IX siniflərdə -ana dili, cəbr (yazılı), Azərbaycan tarixi,
coğrafiya, xarici dil (şifahi). 4.2. XI (XII) siniflərdə -ana
dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya,
coğrafiya, xarici dil. 5. Təlim gürcü dilində olan
məktəblərdə XI (XII) sinif üçün test imtahan
sualları müvafiq rayon təhsil şöbələri
tərəfindən hazırlanıb təsdiq edilsin. İmtahan
materialları tərtib olunarkən 2000 və 2002-ci
illərdə Təhsil Nazirliyinin yerlərə göndərdiyi
"Orta məktəb kursu üzrə buraxılış
imtahanları üçün suallar" adlı
vəsaitlərdən istifadə edilsin. 6. Orta təhsil kursu üzrə buraxılış
imtahanları 3 astronomik saat vaxt verilməklə iyunun 6-da
saat 1000-da, əsas təhsil üzrə buraxılış
imtahanları 02-14 iyun tarixlərində keçirilsin. 7. Əsas təhsil pilləsində
ana dilindən yazılı imtahan 4 astronomik saat vaxt
verilməklə iyunun 2-də, cəbrdən yazılı
imtahan 3 astronomik saat vaxt verilməklə iyunun 14-də saat
1000-da keçirilsin. Şifahi imtahanlar müəyyən edilmiş
müddətdə imtahanlar arasında ən azı 3 gün
fasilə olmaqla məktəb tərəfindən müəyyən
edilmiş tarixlərdə keçirilsin. 8. Nəzərə alınsın ki: 8.1. IX və XI (XII) sinif şagirdləri bütün
fənlərdən müsbət illik qiymət aldıqları
halda imtahanlara buraxılırlar. 8.2. Bütün fənlər üzrə illik
qiymətlər dərs məşğələlərinin
sonuna ən azı 3 (üç) gün qalmış yarımillik
qiymətlər əsasında ədədi orta qiymət
prinsipi tətbiq edilməklə müvafiq fənn müəllimləri
tərəfindən çıxarılır
(məsələn, şagird müəyyən fəndən I
yarımil "3", II yarımil "2" qiymət almışsa,
illik qiymət (3+2): 2= 2,5 olmaqla "3", I yarımil
"5", II yarımil "4" almışsa, illik
qiymət (5+4): 2=
4,5 olmaqla
"5" çıxarılır və s.) 8.3. Yazı işi və sınaq test
yoxlamalarının qiymətlərinə müvafiq
fənlər üzrə yarımillik və illik
qiymətlər çıxarılarkən üstünlük verilir. 8.4. İxtisaslı fənn müəllimi
və tədris proqramının tələblərinə
uyğun maddi-tədris baza olmaması səbəbindən
şagirdlərin xarici dil, texnologiya (əmək hazırlığı),
fiziki tərbiyə (o cümlədən səhhətinin
vəziyyətinə görə azad olunanlar), rəsmxət
(o cümlədən səhhətinin vəziyyətinə görə
azad olunanlar), gənclərin çağırışaqədərki
hazırlığı (o cümlədən səhhətinin
vəziyyətinə görə azad olunanlar), təsviri
incəsənət, musiqi, informatika fənlərindən
biliyinin qiymətləndirilməməsi onların müvafiq
təhsil pilləsini bitirməsinə təsir etmir və
əsas təhsil haqqında şəhadətnamədə,
orta təhsil haqqında attestatda həmin fənlərin
qarşısında "öyrənilməmişdir"
qeydi edilir. 8.5. Bu və ya digər səbəbdən
məktəbi dəyişən VIII-IX və X-XI (XII) sinif
şagirdləri yeni gəldikləri məktəbdə
digər xarici dil tədris olunursa, özlərinin və
valideynlərinin arzusuna əsasən əvvəl öyrəndikləri
xarici dildən təhsil şöbəsinin (idarəsinin) müəyyən
etdiyi bu dil tədris olunan məktəblərdən
birində buraxılış imtahanı verə
bilərlər. 8.6. Şagird yeni gəldiyi
məktəbdə tədris olunan digər xarici dili müstəqil
öyrənmişsə, öz arzusuna görə bu dildən buraxılış
imtahanı verə bilər. 8.7. Dərs ilinin hər hansı bir yarımilində
məktəbə gəlmədiyi üçün biliyi
qiymətləndirilməyən IX
və XI (XII) sinif şagirdləri imtahanlara buraxılmırlar. 8.8. İllik
və ya imtahan qiyməti 1-3 fəndən
"qeyri-kafi" olan IX sinif şagirdləri payız
imtahanlarına saxlanılırlar. Payız imtahanları
sentyabrın 02-dən 12-dək olan müddətdə keçirilir.
Payız imtahanlarına gələ bilməyən şagirdlərin
məsələsinə təhsil şöbələrinin
(rayon, şəhər tabeliyi olmayan məktəblərin)
təqdimatı əsasında Təhsil Nazirliyində baxılıb
müvafiq qərar qəbul edilir. 8.9. Payıza
saxlanılan şagirdlər həm illik "qeyri-kafi"
qiymət aldıqları fəndən
(fənlərdən), habelə imtahana düşən
fənlərdən öz məktəblərində imtahan
verirlər. 8.10. Biliyi qiymətləndirilməyən,
illik və ya imtahan qiyməti 4 və daha çox fəndən
"qeyri-kafi" olan, həmçinin üzürsüz
səbəbdən imtahanların hamısında iştirak
etməyən IX sinif şagirdləri təkrar sinifdə saxlanılırlar. 8.11. Bir və daha çox fəndən illik
və ya imtahan qiyməti "qeyri-kafi" olan, habelə
üzürsüz səbəbdən imtahanda iştirak
etməyən XI sinif şagirdlərinə orta
məktəbdə oxumalarına dair müəyyən olunmuş
formada arayış verilir. Arayışda bütün
fənlər üzrə illik və imtahan qiymətləri yazılır. 8.12. Şagirdlərin payız imtahanlarına
və təkrar sinifdə saxlanması, imtahanlara buraxılmaması
məsələlərinin müzakirəsi zamanı onların
valideynlərinin pedaqoji şurada iştirakı mütləq
təmin olunur. Həmin məsələlərin müzakirəsində
məktəbin rəhbərliyi ilə valideynlər arasında
mübahisə doğuran hallar yaranarsa, məsələyə
rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin) şurasında baxılıb müvafiq
qərar qəbul edilir. 8.13. ötən
dərs ilində: 8.13.1. İllik "qeyri-kafi" qiymət
aldıqları üçün imtahanlara buraxılmayan XI (XII) sinif
şagirdləri növbəti il bütün imtahanları
verirlər. Əgər şagird imtahana düşməyən
fəndən (fənlərdən) illik "qeyri-kafi"
qiymət almışsa, əvvəlcə oxuduğu
məktəbdə həmin fəndən
(fənlərdən) imtahan verir. Bu fənn (fənlər)
üzrə imtahandan müsbət qiymət aldığı
halda, o, müəyyən edilmiş mərkəzdə bütün
buraxılış imtahanlarını verir. Əgər şagird sayından asılı
olmayaraq imtahana düşən fənlərdən illik
"qeyri-kafi" qiymət almışsa, bu halda yenə
də müəyyən olunmuş mərkəzdə bütün
imtahanları verir. 8.13.2. İmtahanlarda "qeyri-kafi"
qiymət alan XI (XII) sinif şagirdləri növbəti il
həmin fəndən (fənlərdən) müəyyən
olunmuş mərkəzlərdə imtahan verirlər. 8.13.3. İmtahanlara buraxıldığı
halda, imtahanlarda iştirak etməyən XI (XII) sinif şagirdləri
növbəti il müəyyən olunmuş mərkəzdə bütün
imtahanları verirlər. Həmin şagirdlərə orta təhsil
haqqında attestat oxuduqları məktəb
tərəfindən verilir. 8.14. üzürlü səbəblərdən
imtahanda iştirak edə bilməyən XI (XII) sinif şagirdlərinin
məsələsinə təhsil şöbələrinin,
rayon (şəhər) tabeliyi olmayan məktəblərin
təqdimatı əsasında fərdi qaydada Təhsil
Nazirliyində baxılır. Araşdırmanın
nəticəsinə görə imtahanda üzürlü
səbəbdən iştirak etməməsi təsdiq olunan
şagirdlər (o cümlədən imtahan zamanı
xəstələnən şagirdlər) iyunun 25-dək Bakı
şəhərində müəyyən edilmiş
məktəbdə imtahan verirlər. 8.15. üzürlü səbəbdən imtahanların
birində, bir neçəsində və ya hamısında iştirak
etməyən IX sinif şagirdlərinin
məsələsinə fərdi qaydada müvafiq rayon (şəhər)
təhsil şöbəsinin şurasında (bilavasitə
Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil
məktəblərinin, peşə liseylərinin, ali
təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil
məktəblərinin, habelə digər nazirliklərin
tabeliyindəki məktəblərin IX sinif şagirdlərinin
məsələsinə bu müəssisələrin pedaqoji
şurasında) baxılıb, onların iyunun 25-dək
imtahan verib-verməmələri barədə qərar
qəbul edilir. İmtahanda (imtahanlarda) üzürlü
səbəbdən iştirak etməməsi təsdiq
edilən şagirdlər öz məktəblərində
imtahan verirlər. 8.16. Şagirdlərin buraxılış
imtahanlarından azad edilməsinə əsas verən
xəstəliklər Təhsil və Səhiyyə
nazirliklərinin birgə əmri ilə təsdiq olunmuş
siyahıda müəyyənləşdirilir. 8.17. Bütün fənlərdən müsbət
illik qiymətləri olan IX və XI (XII) sinif şagirdləri
səhhətinin vəziyyətinə görə müvafiq
surətdə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin və Naxçıvan MR Təhsil Nazirliyinin əmri
ilə buraxılış imtahanlarından azad oluna
bilərlər. Bununla əlaqədar mayın 20-dək
rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər)
tabeliyi olmayan məktəblər tərəfindən
nazirliklərə təqdim edilən göndəriş
məktubuna aşağıdakı sənədlər
əlavə olunur: 8.17.1. Məktəb direktorunun imzası
və məktəbin möhürü ilə təsdiq olunmuş
pedaqoji şuranın qərarının surəti, buraxılış
sinfi üzrə bütün fənlərdən illik
qiymətlərin cədvəli. 8.17.2.Həkim-nəzarət komissiyası
sədrinin imzası və möhürü ilə təsdiq olunmuş
arayış. 8.18.Səhiyyə müəssisəsində
(xəstəxana, sanatoriya) müalicə olunmaqla yanaşı,
mövcud proqramlar üzrə dərs məşğələləri
keçən IX, XI (XII) sinif şagirdləri oxuduqları
məktəbin şagird kontingentindən azad edilmir və
onlara yarımillik (illik) qiymətlər çıxarılarkən
həmin səhiyyə müəssisəsində aldığı
qiymətlər əsas götürülür. Belə şagirdlərə
şəhadətnamə və ya attestat oxuduqları
məktəb tərəfindən verilir. 8.19. Fənn olimpiadalarının respublika
turunda birinci yeri tutmuş şagirdlər, həmçinin
imtahanlar dövründə məktəblilərin dünya fənn
olimpiadalarında və digər beynəlxalq
səviyyəli idman və bilik yarışlarında iştirak
edən şagirdlər Təhsil Nazirliyinin əmri ilə
imtahanlardan azad edilirlər. 8.20. Beynəlxalq idman yarışlarına
göndəriləcək şagirdlərin imtahanlardan azad
olunması üçün Gənclər və İdman Nazirliyi
imtahanların başlanmasına ən azı 10 gün qalmış
yarışın keçirildiyi yer və müddət, iştirakçı
şagirdlərin adı, soyadı, atasının adı,
oxuduğu məktəb və sinif göstərilməklə
Təhsil Nazirliyinə rəsmi məktubla müraciət
etməlidir. 8.21. İmtahanlardan azad edilmiş şagirdlərin
təhsil sənədlərinə illik qiymətləri yazılır. 8.22. Evdə fərdi təhsilə cəlb
olunmuş IX və XI sinif şagirdlərinin buraxılış
imtahanlarından azad edilməsi məsələsinə
Təhsil Nazirliyi tərəfindən aprelin 15-dən gec
olmayaraq yerlərdə fərdi qaydada baxılıb müvafiq
qərar qəbul edilir. 8.23. Cavab kartı tətbiq edilməklə
imtahan verən XI (XII) sinif şagirdlərinin imtahan
fənləri üzrə yekun qiymətləri çıxarılarkən
aşağıdakılar əsas tutulur: 8.23.1. Bu
fənlərdən illik X (XI) və XI
(XII) sinif qiymətləri. 8.23.2. Sınaq
test yoxlamalarının
qiymətləri. 8.23.3. İmtahan
qiymətləri. 8.24. Yekun qiymət çıxarılarkən
şagirdin sınaq test yoxlamasında (yoxlamalarında) iştirak
etməməsi "0"-la qiymətləndirilir. 8.25. Cavab kartı tətbiq
edilməməklə imtahan verən XI (XII) sinif şagirdlərinin
imtahan fənləri üzrə yekun qiymətləri X (XI), XI
(XII) siniflər üzrə illik və imtahan qiymətləri
əsasında çıxarılır. 8.26. Əsas və orta təhsil üzrə ana
dilindən, orta təhsil üzrə riyaziyyatdan keçirilən
imtahanların nəticələri əsasında şagirdlərə
müvafiq olaraq təlim dili və ədəbiyyatdan, cəbr
və analizin başlanğıcı və
həndəsə fənlərindən ayrı-ayrı
yekun qiymət çıxarılır. 8.27. İmtahan aparılan
fənlərdən başqa digər fənlərdən
əsas təhsil haqqında şəhadətnaməyə
və orta təhsil haqqında attestata yekun olaraq illik
qiymətlər yazılır. 8.28. IX sinif şagirdlərinin imtahan
fənləri üzrə qiymətləri rəsmi imtahan
protokolunda, XI (XII) sinif şagirdlərinin qiymətləri
isə (X (XI), XI (XII) siniflər üzrə illik
qiymətlər, test sınaq yoxlamalarının
qiymətləri, imtahan qiymətləri və yekun
qiymətlər) "Orta təhsil kursu üzrə şagird
nailiyyətlərinin yekun qiymətləndirmə
protokolu"nda qeydə alınır. 8.29. Şagirdləri cavab kartı tətbiq
edilməklə orta təhsil kursu üzrə buraxılış
imtahanı verən ümumtəhsil
məktəblərində müvafiq protokollar həmin
məktəbin rəhbərliyi tərəfindən hər
birinin imtahan fənlərindən qiymətləri göstərilməklə
tərtib edilən şagirdlərin adlı siyahısı
əsasında doldurulur. Şagirdlərin adlı siyahısı
Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. 8.30. Şagirdləri cavab kartı tətbiq
edilməməklə orta təhsil kursu üzrə buraxılış
imtahanları verən ümumtəhsil
məktəblərində müvafiq protokollar həmin
məktəbin rəhbərliyi tərəfindən hər
birinin imtahan fənlərindən qiymətləri göstərilməklə
tərtib edilən şagirdlərin adlı siyahısı
əsasında doldurulur. Şagirdlərin adlı siyahısı
nazirliyin nümayəndəsinin imzası, müvafiq təhsil
şöbəsi müdirinin imzası və möhürü ilə
təsdiq olunur. 8.31. İmtahan protokolları mövcud qayda üzrə
hər bir məktəbin direktoru, təlim-tərbiyə işləri
üzrə direktor müavini, müvafiq fənn müəllimləri
tərəfindən imzalanır və məktəbin möhürü
ilə təsdiq olunur. Hər bir məktəb üzrə
imtahan protokolu 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi
Təhsil Nazirliyinə təqdim olunmaqla digər nüsxələri
məktəbdə və təhsil şöbəsində
saxlanılır. 8.32. Əsas və orta təhsil kursu üzrə
buraxılış imtahanlarını müvəffəqiyyətlə
vermiş şagirdlərə müvafiq təhsil
sənədləri müəyyən edilmiş qaydalar
əsasında oxuduqları məktəb
tərəfindən verilir. 8.33. Gündüz ümumtəhsil
məktəblərinin nəzdindəki axşam
sinifləri və ya qiyabi qrupların məzunlarına
verilən təhsil sənədində məktəbin adından
sonra mötərizədə uyğun olaraq "axşam
sinfi" və ya "qiyabi qrup" sözləri yazılır. 8.34. ötən dərs ilində biliyi
qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan
XI (XII) sinif şagirdləri, habelə müxtəlif
səbəblərdən əsas və ya orta təhsil
pilləsini vaxtında başa vura bilməyən və hazırda
buraxılış imtahanı verərək müvafiq
təhsil sənədi almaq istəyən şəxslər: 8.34.1. Hər il aprelin 1-dən 20-dək
rayon (şəhər) təhsil şöbələrinə
ərizə ilə müraciət edirlər. Həmin şəxslər
ilk mərhələdə mayın 15-dək musiqi və
nəğmə, təsviri incəsənət,
əmək hazırlığı, fiziki tərbiyə,
rəsmxət, gənclərin çağırışaqədərki
hazırlığı, informatika fənləri istisna
olmaqla, müvafiq tədris planlarındakı digər
fənlərdən imtahan verirlər. İmtahanlar
təhsil şöbələrinin əmrilə təşkil
edilmiş sədr və 3 nəfər üzvdən ibarət
komissiya tərəfindən test sualları əsasında
əvvəlcədən müəyyən olunmuş
məktəbdə keçirilir. İmtahanların
nəticələri protokollaşdırılır,
komissiyanın sədri və üzvləri
tərəfindən imzalanaraq təhsil şöbəsi
müdirinin imzası və möhürü ilə təsdiq edilir. 8.34.2. İmtahanlarda bütün
fənlərdən müsbət qiymət almış şagirdlərin
adlı siyahısı təhsil pilləsi üzrə hər
birinin imtahan verdiyi fənlər və aldığı
qiymətlər göstərilməklə təhsil şöbəsinin
göndəriş məktubu ilə mayın 20-dək
Təhsil Nazirliyinə təqdim olunur. 8.34.3. Bu şəxslərin əsas və
ya orta təhsil kursu üzrə imtahan verəcəyi
məktəb (imtahan mərkəzləri) Təhsil Nazirliyi
tərəfindən müəyyən edilir və bu
barədə imtahanlara ən azı 5 gün qalmış müvafiq
təhsil şöbəsinə məlumat çatdırılır. 8.34.4. Buraxılış
imtahanlarından müsbət qiymət aldıqları halda,
həmin şəxslərə əsas təhsil haqqında
şəhadətnamə və ya orta təhsil haqqında
attestat ərazi üzrə təhsil şöbəsinin müəyyən
etdiyi məktəb tərəfindən verilir. Şəhadətnamə
və ya attestata təhsil sənədini verən
məktəbin direktoru, təlim-tərbiyə işləri
üzrə direktor müavini və ilk mərhələdə
imtahanları keçirən komissiyanın 3 nəfər üzvü
imza edirlər. Sənəd həmin məktəbin möhürü
ilə təsdiq olunur. 8.34.5. Şəhadətnamə və ya
attestata ilk və sonrakı mərhələdə keçirilən
imtahan qiymətləri yazılır, təhsil
sənədlərində "bitirmişdir" sözündən
əvvəl "eksternat yolu ilə" sözləri
əlavə olunur. Bu əmrin 8.34.1-ci bəndində göstərilən
fənlərdən imtahan verilmədiyi üçün təhsil
sənədlərində həmin fənlərin qarşısında
xətt çəkilir. 8.34.6. Orta təhsil üzrə imtahanlara yalnız
əsas təhsil pilləsini başa vurub şəhadətnamə
almış şəxslər buraxılırlar. 9. Buraxılış
imtahanları ilə əlaqədar bu əmrdə
nəzərdə tutulmayan digər məsələlər
Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə
təsdiq olunmuş "ümumtəhsil
məktəblərində imtahanlar, şagirdlərin
sinifdən-sinfə keçirilməsi və buraxılışı
haqqında Təlimat"a uyğun tənzimlənir. 10. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi şöbəsi (T.Hacıyeva)
Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı),
Təhsil Problemləri İnstitutu (A.Mehrabov) ilə
birlikdə IX siniflərdə yazılı imtahanlar üçün
mövzu və tapşırıqların, XI (XII) siniflər
üçün müəyyən edilmiş variantlarda testlərin,
habelə imtahanların aparılması üçün digər
materialların (zərflər, protokollar, siyahılar və
s.) hazırlanmasını, çapını və
yerlərə çatdırılmasını təmin etsin. 11. Şəhərlər üzrə ümumi
təhsil və məktəbəqədər
tərbiyə şöbəsi (A.Muradov) sağlamlıq
imkanları məhdud uşaqların təhsil aldıqları
təlim-tərbiyə müəssisələrinin buraxılış
sinifləri üçün müvafiq imtahan materiallarının hazırlanmasını
təmin etsin. 12. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri, rayon (şəhər)
tabeliyi olmayan ümumi təhsil müəssisələrinin
direktorları bu əmrin məzmununu bütün pedaqoji
kollektivlərə çatdırsınlar, valideynlər arasında
geniş izahat işi aparsınlar, buraxılış
imtahanlarına hazırlıqla əlaqədar zəruri
tədbirləri vaxtında həyata keçirsinlər,
təhsil sənədlərinin alınması, doldurulması
və məzunlara verilməsini iyunun 25-dək başa çatdırsınlar. 13. Əmrin surəti məlumat üçün
Müdafiə, Ədliyyə, Gənclər və İdman
nazirliklərinə göndərilsin. 14. Əmrin çoxaldılıb
yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev)
tapşırılsın. 15. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin. 16. Əmrin icrasına nəzarəti
öz üzərimdə saxlayıram. Təhsil naziri:
Misir MƏRDANOV
6 mart 2008-ci il 2008-ci
il fənn olimpiadalarının Respublika turunun keçirilməsi
haqqında Fənn olimpiadalarının Respublika turunun
mütəşəkkil keçirilməsi məqsədilə
ƏMR EDİRƏM: 1. Fənn olimpiadalarının
Respublika turu 16-18 mart 2008-ci il tarixlərdə Bakı
şəhərində keçirilsin. 2. Olimpiadaların Respublika turunun iştirakçıları
16 mart 2008-ci il tarixdə qəbul edilib aşağıdakı
müəssisələrdə yerləşdirilsinlər: - Azərbaycan dili və ədəbiyyat,
Azərbaycan tarixi fənləri üzrə S.C.Pişəvəri
adına humanitar fənlər gimnaziyasında - Nərimanov
rayonu, V.Xuluflu küçəsi 39, tel.: 567-22-17 - riyaziyyat, fizika və informatika
fənləri üzrə fizika-riyaziyyat və informatika
təmayüllü liseydə - Yasamal rayonu, S.Dadaşov küçəsi,
555-ci kvartal, tel.: 439-28-40 - kimya və biologiya fənləri üzrə
kimya-biologiya təmayüllü liseydə - Nizami rayonu, 8-ci
Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53,
tel.: 423-78-42 3. Olimpiadaların yekun turu
Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi,
riyaziyyat, kimya, biologiya fənlərindən iştirakçıların
yerləşdiyi müəssisələrdə, informatika
fənnindən isə BDU-da 17 mart 2008-ci il tarixdə keçirilsin. 4. Olimpiadaların bağlanışı
18 mart 2008-ci il tarixdə saat 14.00-da hər fənn üzrə
iştirakçıların yerləşdiyi müəssisələrdə
təşkil edilsin. 5. İqtisadiyyat şöbəsi
(H.Zeynalov, Ş.Əliyev) fənn olimpiadalarının
xərclər smetasını hazırlayıb
təsdiqə təqdim etsin. 6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin. 7. Əmrin icrasına nəzarət
nazir müavini İ.İsgəndərova həvalə olunsun. Təhsil naziri: Misir MƏRDANOV
5 mart 2008-ci il AZƏRBAYCAN
RESPUBLİKASI TƏHSİL NAZİRİNİN ƏMRİ Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli, 2271 N-li "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci il) təsdiq edilməsi barədə" sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə ƏMR EDİRƏM:
1. "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə Proqramın (2007-2012-ci il)
təsdiq edilməsi barədə" sərəncamının
icrası ilə bağlı Təhsil Nazirliyinin
tədbirlər planı təsdiq edilsin (əlavə
olunur). 2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin,
yerli təhsili idarəetmə orqanlarının və
təhsil müəssisələrinin rəhbərləri
sərəncamda nəzərdə tutulan birgə
tədbirlər planının icrasını təmin
etsinlər. 3. Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş
şöbəsi (A.İbrahimov) aidiyyəti dövlət qurumları
və qeyri-hökumət təşkilatları ilə
birgə sərəncamın icrasını təmin etsin. 4. ümumi şöbə (İ.Mirzəyev)
əmr və tədbirlər planını çoxaldaraq
yerlərə çatdırsın. 5. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmr və
tədbirlər planının "Azərbaycan müəllimi"
qəzetində, "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin
etsin. 6. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə olunsun. Təhsil naziri: Misir MƏRDANOV 4 mart 2008-ci il |