|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İnternet şəbəkəsində keçən yeniyetməlik dövrü Valideynlər
bu zaman nə etməlidirlər?
Yeniyetmələrin çoxu İnternet şəbəkəsinin
daimi istifadəçisidir. Bu isə yeniyetmənin ikili
həyat yaşaması deməkdir. Onlar öz problemlərini
xəyallarında, "tərki-dünyalıqda" axtardıqları
dostları ilə həll etmək istəyirlər. Ancaq
adi həyatda soyuqqanlıqla öz neytrallıqlarını
saxlamağa səy göstərirlər. özlərini itirmiş
bu yeniyetmələrin düşüncəsində hansı
hisslərin olduğunu bilmək, anlamaq olduqca çətindir. Ailədə həmişə çox
sevilən, müdafiə olunan uşaq birdən-birə
dəyişir, öz yaxınları ilə az-az görüşmək
və münasibət saxlamaq istəyir. Valideynləri
təəccüblənir: Görəsən, uşaq niyə
belə qaradinməz olub? Niyə bizimlə danışmaq
və fikirlərini bölüşmək istəmir? Cavab çox
sadədir. O, özünü atılmış hesab edir, onu başa
düşən yoxdur və buna
görə də qaradinməz olur. Köhnə üsullarla bunları
öyrənmək istəyən valideynlər isə
vəziyyəti daha da gərginləşdirirlər. Keçid
yaş dövrü - yeniyetməlik
dövrü təkcə üşaqlar üçün deyil, həm
də valideynlər üçün stresdir. Hər iki tərəf
yeni rolda çıxış etməyi öyrənir və
hərəkətlərini ölçüb-biçir. Bir göz qırpımında avtoritar
valideyndən uşaq üçün yaxın dosta çevrilmək mümkün
deyil. Uşaq inanmayan adama birdən-birə ürəyindəki
müqəddəs hissləri necə açıb söyləsin.
Bəs uşağın etibarını necə qazanmalı?
Necə onun əsl dostuna çevrilmək olar? Atalar
və analar üçün nəzərdə tutulmuş çoxlu
sayda saytlar var ki, orada uşağı tərbiyə
etməyin, onunla davranmağın yolları göstərilir.
Gözüyumulu şəkildə həmin
məsləhətlərə qulaq asmaq, əməl
etmək özü də sadəlövhlük olardı. Axı
həmin məsləhətlər orta statistik uşaqlar
üçündür və burada sizin oğlunuzun və ya qızınızın
şəxsi keyfiyyətləri, ümumiyyətlə,
nəzərə alınmayıb. öz uşağınızın
xasiyyətini nəzərə alaraq ona qarşı münasibətinizi,
davranışınızı dəyişin və o, bunun
süni, yalan olduğunu hiss etməsin. Uşaq özünə qapılır və inanır
ki, həyatda onu başa düşən yoxdur. Əgər siz
onunla aranızda olan söhbəti təhlil etsəniz, ona
dediyiniz sözlər yəqin ki, yadınıza düşər.
Siz onu inandırmağa çalışmısınız ki,
sənin düşündüyün fikirlər
həyatda boş və mənasız bir şeydir. Siz
bununla da uşağı özünüzdən uzaqlaşdırmısınız.
öz problemlərini bölüşmək, başqaları
tərəfindən başa düşülmək keçid yaş dövründə
hər bir yeniyetmənin ən böyük arzusu, istəyidir. Gündəlik
qayğılarla, problemlərlə yüklənmiş,
məqsədləri uşaqları geyindirmək və
yedirtmək olan valideynlər isə uşağın
mənəvi tərbiyəsi ilə məşğul olmağı
unudurlar. Uşağı kitablarla, televizor və kompüterlə
təkbətək qoyan valideynlər səhvən elə
hesab edirlər ki , məişət komfortu bütün
problemləri həll edəcək. Buna görə də uşaqlar
evdə tapa bilmədikləri isti münasibətləri
axtarmaq üçün həqiqi dostlarının yanına gedir
və ya şəbəkədə kiminləsə münasibət
qurmaq, əlaqə yaratmaq istəyirlər. Bu cür
tərbiyə görən virtual məqsədli uşaqların
sayı isə günbəgün artır. Məqsədli, virtual
münasibətin əsl münasibətdən fərqi ondadır
ki, İnternetə hamının özünün seçdiyi müəyyən
bir maskası - iç üzü, siması var. Bu maska arxasında
gizlənən yeniyetmə özünün mənfi emosiyalarını,
ağır təəssüratlarının başqa virtuala -
yeniyetmənin üstünə tökür.
O şəxsə ki, o, monitorun o biri başında mövqe
tutub. Əgər qarşı tərəfdəki də
yeniyetmədirsə, bu yaxşıdır. Bəs münasibət
saxladığın, əlaqə yaratdığın adam
yaşlıdırsa və bu münasibət adi münasibət
deyilsə, onda necə olsun? Belə vəziyyətdə uşağın
təhlükəsizliyini necə təmin etmək olar? Bizim
sizə verdiyimiz dostluq barədə
məsləhətlərdən biri burada sizin köməyinizə
çatacaq. öz uşağınıza yaxın dost olun və
onun hansı saytlarla işləməsi, hansı
musiqiyə qulaq asması, necə adamlarla əlaqə
saxlaması ilə maraqlanın. Onun əsas məşğuliyyəti
barədə nə qədər çox məlumatınız
olsa, bir o qədər rahat olarsınız. Heç kəs sizi
məcbur etmir ki, onun qulaq asdığı musiqini
dinləyəsiniz, sevdiyi müğənnini
taturovka edəsiniz. Hər şey ölçüsündə,
həddində olmalıdır. Əgər siz onun
dinlədiyi musiqini sevmirsinizsə, özünüzü elə göstərin
ki, siz də o musiqini sevirsiniz. Bu elə İnternetə
də aiddir. Siz də, sizi təmsil edən şəxsdə
çalışın ki, sayt məsələsində də
yeniyetmələrlə ümumi dil tapasınız. Əgər
sizin kompüterlə işləmək bacarığınız
yoxdursa, kompüteri necə açmağın, sayta necə daxil
olmağın əsas prinsiplərini sizə öyrətməyi
uşağınızdan xahiş edin. Bu minvalla, sözlü-söhbətli,
xoş bir axşam qismətiniz olacaq. Sizin aranızda baş
verən dialoq qarşılıqlı münasibətlərinizə
xoş təsir göstərəcək. Uşağınız
isə hər şeydən əvvəl sizə
nəyisə öyrətdiyi ilə fəxr edəcək. Ancaq unutmayın ki, hələ gənc olsa
da, sizin uşağınız artıq şəxsiyyət
kimi formalaşıb və onun öz şəxsi həyatı
var. Əgər uşaq sizinlə "əməkdaşlıq"
etməkdən imtina edirsə, onu məcbur etməyəin,
bir az gözləyin. Ola bilsin, bir müddət ötsün və siz övladınızı
inandıra biləsiniz. Əgər siz evdə və şəbəkədə
dostluq əlaqələri qura bilmisinizsə, onda uşağınızın
hansı forumları oxuduğuna diqqətlə baxın.
Kəşfiyyatçılıq etməyin, sadəcə olaraq
bu mövzuda onunla danışın. Əgər o sizə inanırsa,
onda hər şeyi ona deyin: Uşağın xoşladığı
İnternet saytında terrorizmə, ekstremizmə çağırışlara
səsləyən heç nə olmamalıdır. Başqa
cür olsa, həyəcan təbili çalmağa dəyər.
Burada da söhbətdən yaxşı üsul fikirləşə
bilməzsən. İnternetdə
təbliğatın necə olduğunu uşağa
başa salın. Bu cür məlumatlar böyüklər üçün
nəzərdə tutulan qaydalarda çoxdur. Yadda saxlayın ki,
siz təbliğata nə qədər tez başlasanız,
əks təbliğatçıların sizin oğlunuzu və
ya qızınızı inandırmaq şansı o
qədər az olacaq. Siz də, övladınız da
bilməmisiniz ki, şəbəkə məkanı siz
istədiyiniz kimi təhlükəsiz deyil. Necə
deyərlər, kim xəbərdardırsa, o, silahlıdır. Rusiyanın www.content-filterinq.ru saytının materialları əsasında hazırlanıb |