|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Nazirliyin fəaliyyət planı müsbət qiymətləndirildi Fevralın 21-də Avropa Şurası
və USAİD-lə birgə təşkil edilən
"Azərbaycanın Korrupsiyaya qarşı mübarizə
strategiyasına dəstək (AZPAC)" layihəsinin
təqdimatı keçirilib. Tədbirdə Avropa Şurasının
uzunmüddətli məsləhətçisi Kventin Rid
"AZPAC" layihəsi və onun iş planını
təqdim edib, milli strategiyanın həyata keçirilməsi
ilə əlaqədar ayrı-ayrı qurumların işini
dəyərləndirib. Eyni zamanda Kventin Rid Korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiyanın icrası
istiqamətində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin fəaliyyət planını da müsbət
qiymətləndirib. Lerikin Piran kəndində məktəb binasının təməli qoyulub Lerik rayonunun Piran kəndində 320 şagird
yerlik ikimərtəbəli məktəb binasının
təməli qoyulub. Heydər Əliyev Fondunun vəsaiti
ilə tikintisinə
başlanılan yeni tədris müəssisəsində idman
və akt zalları, yeməkxana, kitabxana, həkim və
kompüter otaqları, fənn kabinetləri olacaq. Təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Miri Qənbərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak ediblər. Müəllim və şagirdlər, kənd sakinləri 40 il əvvəl uyğunlaşdırılmış binada yerləşən orta məktəb üçün yeni binanın inşasına, regionlarda təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
|