· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində görüş

Fevralın 27-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Cümhuriyyəti Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, vitse-prezidenti Fəxrəddin Sadıkoğlu və həmin ölkənin Azərbaycandakı səfiri Zəki Qazıoğlu ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib, eləcə də Azərbaycanla Kipr arasında mövcud olan əlaqələrdən söz açıb.            

Rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında nazirə məlumat verən Suat Günsel təhsil sahəsində əməkdaşlığın inkişafı, müntəzəm əlaqələrin qurulması və müəllim-tələbə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib. Qonaq Yaxın Doğu Universitetində 17 min tələbənin təhsil aldığını və 1500 müəllimin çalışdığını diqqətə çatdıraraq bildirib ki, bu təhsil müəssisəsi müasir standartlara cavab verən elektron kitabxanasına görə dünya universitetləri arasında ilk onluqdadır.

Suat Günsel Azərbaycan Universiteti ilə Yaxın Doğu Universitetinin imzaladığı Memoranduma əsasən görüləcək işlər barədə də nazirə məlumat verib. Eyni zamanda əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin vacib şərtlərdən biri olduğunu bildirib.

Təhsil naziri Misir Mərdanov bu təklifi yüksək dəyərləndirdiyini və ölkəmizin təhsil işçilərindən ibarət nümayəndə heyətinin Şimali Kipr Cümhuriyyətinə səfər etməsini dəstəklədiyini vurğulayıb.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ölkələrarası təhsil əlaqələrinin qurulmasının müvafiq istiqamətləri müzakirə olunub.