|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adı verildi AzərTAc-ın
xüsusi müxbirləri xəbər verirlər ki, fevralın
21-də M.V.Lomonosov adına Moskva Dövlət
Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə
dünya şöhrətli bu tədris müəssisəsinin
fəxri professoru adı verilməsi münasibətilə
universitetin Elmi Şurasının təntənəli iclası
olmuşdur. MDU-nun rektoru, akademik Viktor Sadovniçi
Azərbaycan dövlətinin başçısını, onun xanımı
Mehriban Əliyevanı və qızını - Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanı universitetin əsas giriş
qapısının yanında səmimiyyətlə qarşıladı.
Elmi Şuranın iclasının iştirakçıları
salona daxil olan Azərbaycan Prezidentini hərarətlə
qarşıladılar. |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fevralın
26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya
rəsmi səfəri çərçivəsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Varşavada eşitmə və danışma
qabiliyyətindən məhrum olanlar üçün beynəlxalq
mərkəzlə tanış olmuşdur. Azərbaycanın birinci xanımına
beynəlxalq mərkəz, burada yaradılan şərait,
eşitmə və danışma qabiliyyətini itirən
uşaqlarla bağlı görülən işlər, həyata
keçirilən layihələr barədə məlumat verildi.
Mərkəzin konfrans zalında burada görülən
işlər barədə videomaterial nümayiş etdirildi.
|
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir
"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi Qaydaları 1. ümumi müddəalar 1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli
sərəncamına uyğun olaraq, "Ən yaxşı
müəllim" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi
qaydalarını müəyyən edir. |
Fevralın 27-də təhsil naziri Misir
Mərdanov Şimali Kipr Cümhuriyyəti Yaxın Doğu
Universitetinin qurucu rektoru Suat Günsel, vitse-prezidenti
Fəxrəddin Sadıkoğlu və həmin ölkənin
Azərbaycandakı səfiri Zəki Qazıoğlu ilə
görüşüb. Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onları Azərbaycanda, xüsusilə Təhsil
Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd
edib, eləcə də Azərbaycanla Kipr arasında mövcud
olan əlaqələrdən söz açıb. Rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında nazirə məlumat verən Suat Günsel təhsil sahəsində əməkdaşlığın inkişafı, müntəzəm əlaqələrin qurulması və müəllim-tələbə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib. |
"Təhsildə İKT: müəllimlər və texnologiyalar" Fevralın
28-də "EXCELSİOR" otelində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, "İntel"
şirkəti və "Mədəd" Humanitar Təşkilatı
İctimai Birliyi təhsil sistemində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi ilə bağlı seminar
keçirdilər. Pedaqoji, idarəetmə və texniki kadrların
hazırlanması məqsədilə "Təhsildə
İKT: müəllimlər və texnologiyalar" mövzusunda
təşkil olunmuş seminarda Təhsil Nazirliyinin müvafiq
şöbə və struktur bölmələrinin
rəhbərləri, bir sıra ictimai qurumların nümayəndələri,
bu sahədə qabaqcıl iş təcrübəsi ilə seçilən
məktəblərin direktorları və müəllimlər
iştirak edirdilər. |
Sınaq imtahanlarının nəticələri bu gün elan olunacaq Təhsil Nazirliyindən aldığımız
məlumata görə, fevralın 24-də mərkəzləşdirilmiş
qaydada keçirilmiş ikinci sınaq imtahanının
nəticələri bu gün açıqlanacaq. Nazirliyin Şagird nailiyyətlərinin
qiymətləndirilməsi şöbəsinin müdir müavini
Təranə Hacıyevanın bildirdiyinə görə,
ikinci sınaq imtahanında ümumiyyətlə 51727 onbirinci
sinif şagirdinin iştirak etməsi nəzərdə
tutulsa da, onlardan 1465-i imtahana gəlməyib. Bütün cavab kartları artıq oxunub və qiymətləndirmə aparılıb. Nəticələr bu gün Təhsil Nazirliyinin rəsmi İnternet saytında (www.edu.gov.az) yerləşdirilməklə bərabər, məktəblərə də çatdırılacaq. |
Onbirincilər
ikinci sınaq imtahanını verdilər
Fevralın 24-də ölkəmizin 20-dən çox şəhər və rayonunda yerləşən ümumtəhsil məktəblərinin onbirinci sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə ikinci yoxlama imtahanı keçirildi. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Bakıda və bölgələrdə 89 imtahan mərkəzi yaradılmışdı. Onlardan 53-ü paytaxtda, 10-u Sumqayıtda, 5-i Gəncədə, 4-ü Mingəçevirdə, 2-si Əli Bayramlıda, 4-ü Ucar rayonunda, 4-ü İsmayıllıda, 5-i İmişlidə, 2-si Abşeronda fəaliyyət göstərirdi. |
Məktəb
rəhbərləri valideynlərlə əlaqəni vacib
hesab edirlər Tədqiqatlar nəticəsində müəyyən
edilmişdir ki, müasir dövrdə məktəbin
fəaliyyətinin təşkili, idarə olunması,
problemlərinin həlli prosesinə valideynlərin daha
fəal cəlb olunması təhsilin və
tərbiyənin inkişafına müsbət təsir göstərə
bilər. Görəsən, məktəblərimizdə uşaqların
yaxşı təhsil almalarında,
təlim-tərbiyəsində valideynin köməyindən
necə istifadə olunur? Bakıdakı 47 nömrəli orta ümumtəhsil
məktəbinin direktoru Aytən Bağırova dedi ki,
məktəbdə yaranan problemlərin həllində
valideynlər də kömək göstərirlər. Biz
valideynlərlə sıx əlaqə saxlayırıq.
Hər rübün sonunda valideynləri məktəbə
dəvət edir, övladlarının problemləri ilə bağlı
söhbətlər aparırıq. Siniflərin hər
birində valideyn komitəsi yaradılıb. Bununla
yanaşı, sinif rəhbərləri də həmişə
valideynlərlə sıx əlaqədədir. |