|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dövlət
müstəqilliyinin xalqımıza bəxş etdiyi
nemətlərdən biri də odur ki, biz artıq
təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına,
ənənələrinə uyğun qururuq. Doğrudur,
bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə
başa çata bilməyəcəkdir. Bu gün təhsil
sahəsində çalışan bütün vətəndaşlara,
müəllimlərə, təhsil müəssisələrinin
rəhbərlərinə müraciət edərək xahiş
edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin
müstəqil Azərbaycanın prinsipləri əsasında
qurulmasına nail olsunlar.
Heydər ƏLİYEV
|
Baş nazir Türkiyə Yüksək öyrətim Kurulunun nümayəndələri ilə görüşüb Nazirlər Kabinetinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın
13-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə Türkiyənin Yüksək öyrətim Kurulunun sədri,
professor Yusif özcanın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür. Qonaqlara respublikamızda təhsil quruculuğu
sahəsində həyata keçirilən islahatlar barədə
ətraflı məlumat verilmişdir. Görüşdə ölkələrimizin təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyi xüsusi vurğulanmış, tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Türkiyə Prezidenti Abdullah Gül Bakıda Anadolu Türk Liseyinin yeni binasının açılış mərasimində iştirak edib Azərbaycanda səfərdə olan Türkiyə
Cümhuriyyətinin Prezidenti Abdullah Gül noyabrın 14-də Bakıda
"Azərsun Holdinq"in dəstəyi ilə inşa olunmuş
Anadolu Türk Liseyinin yeni binasının açılış
mərasimində iştirak etmişdir. Təntənəli şəkildə qarşılanan
Abdullah Gül açılışı bildirən rəmzi lenti
kəsmişdir. Türkiyə Prezidenti yeni təhsil ocağında
yaradılmış şəraitlə maraqlanmış, sinif
otaqlarını gəzərək şagirdlərlə söhbət
etmiş, onlara dərslərində uğurlar arzulamışdır.
Mərasimdə Azərbaycan və Türkiyənin hökumət rəsmiləri iştirak etmişlər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi YUNESKO səviyyəsində qeyd olundu Xəbər
verdiyimiz kimi, noyabrın 10-da Parisdə YUNESKO-nun
iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
YUNESKO səviyyəsində keçirilən yubiley
mərasimində Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva çıxış etmişdir.
-Cənab Baş direktor! Xanımlar və cənablar! Hörmətli qonaqlar! Mən sizin hamınızı salamlayır, dəvətimizi qəbul edib, bu axşam bizimlə olduğunuza görə minnətdarlığımı bildirirəm. |
Noyabrın
18-də Təhsil Nazirliyində YUNİSEF-in
Azərbaycandakı nümayəndəliyinin yeni
rəhbəri cənab Məhəmməd Bendriss Alami
ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşü
giriş sözü ilə açaraq qonağı yeni
vəzifəyə təyin olunması münasibətilə
təbrik edib və ona gələcək
fəaliyyətində uğurlar arzulayıb. Sonra nazir ölkəmizdə öz missiyasını uğurla yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb. |
Dövlət Proqramının icrasına həsr olunmuş konfrans Noyabrın
19-da "Palace" otelində "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində
"2009-cu ildə qarşıda duran
vəzifələr" mövzusunda konfrans keçirildi. Konfransı təhsil naziri Misir Mərdanov açaraq ilk öncə hamını salamladı. Keçirilən tədbirin hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir ölkə başçısı cənab İlham Əliyevin 29 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı" (2006-2015-ci illər)"ndan irəli gələn əsas vəzifələrdən söz açdı. |
Bakının
iki məktəbində kurrikulumla bağlı sorğularımız
nə göstərdi? İki ildən çoxdur ki, Təhsil Nazirliyinin tabeliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Bu müddət ərzində nazirliyin və idarənin səyləri nəticəsində xeyli iş görülüb. Bunlar artıq özünü ciddi şəkildə göstərir. Bütün sahələrdə uğurlar aydın hiss olunsa da, bəzi məktəblərdə nöqsanlar hələ də qalmaqdadır. Qəzetimizin ötən saylarında kurrikulumlarla bağlı dərc olunan reyd yazılarında onların bir qisminə toxunmuşduq. Növbəti reydimizdə də elə məqsədimiz iki aydan bəri tətbiq olunan yeni kurrikulumlarla bağlı idi. öyrənmək istəyirdik ki, yeniliyin izahı istiqamətində aparılmış maarifləndirmə işlərindən məktəb rəhbərləri, müəllimlər nə dərəcədə faydalana bilmişlər? |