|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2008-ci ildə Azərbaycanın görkəmli
filosof alimi, SSRİ Dövlət mükafatı laureatı,
akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının
100 ili tamam olur. Azərbaycan Elmlər Akademiyasının
ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə
ictimai və humanitar elmlərin, xüsusilə
fəlsəfənin inkişafında müstəsna rolu vardır.
Milli mədəniyyətimizin böyük nümayəndələrinin
fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın
fəlsəfi fikir tarixinin başlıca təkamül
mərhələlərini müəyyənləşdirmişdir.
O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi
fikrin öyrənilməsinə istiqamət verərək bu
sahədə yeni tədqiqatların vüsət almasına
əlverişli zəmin hazırlamışdır.
Azərbaycan elmi-fəlsəfi fikrinin daha da inkişaf
etdirilməsində təqdirəlayiq xidmətlər göstərən
akademik Heydər Hüseynovun 100 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul
2008-ci il Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2008-ci ilin noyabr ayında görkəmli
Azərbaycan rəssamı, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları
laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu
Salahovun anadan olmasının 80 ili tamam olur. Tahir Salahov parlaq ənənələrə
malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli
nümayəndələrindəndir. Onun mövzu və janr
zənginliyi, bədii forma əlvanlığı və
estetik kamilliyi ilə seçilən rəsm əsərləri
milli sənət xəzinəmizin qızıl fonduna daxil
olmuşdur. Yaratdığı tablolardan ibarət
sərgilər rəssama ölkəmizin hüdudlarından
uzaqlarda da şöhrət qazandırmışdır.
Sənətkarın dünyanın mötəbər
muzeylərində və qalereyalarında, şəxsi
kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan
mədəniyyətinin geniş təbliğində mühüm
əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji
fəaliyyəti və təşkilatçılıq bacarığı
ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə
və milli rəssamlığın inkişafına sanballı
töhfələr vermişdir. Azərbaycan incəsənətinin inkişafında
və təbliğində təqdirəlayiq
xidmətlər göstərən Tahir Salahovun 80 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Rəssamlar İttifaqının təklifləri
nəzərə alınmaqla, Tahir Salahovun 80 illik
yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul
2008-ci il
|