|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
…Bu gün Azərbaycanda formalaşan güclü mətbuat
bir neçə ildən sonra keyfiyyətcə daha da yüksək
səviyyəyə çatacaqdır. Prezident kimi mən öz
fəaliyyətimdə bu prinsipləri rəhbər tuturam. …Bu gün mətbuat, eyni zamanda təbliğat funksiyasını daşıyır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan uzun müddət informasiya blokadasında idi və bizim əleyhimizə dünyanın ən güclü lobbilərindən biri - erməni lobbisi mütəmadi qaydada işləyir və bizim gördüyümüz bütün işlərə ləkə vurmaq istəyir, onda mətbuatın təbliğat funksiyası daha da güclənməlidir. İlham
ƏLİYEV
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının iclası keçirilib Nazirlər
Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki,
iyulun 17-də Baş nazir Artur Rasizadənin sədrliyi
ilə Azərbaycan elmində islahatların aparılması
ilə bağlı Dövlət Komissiyasının iclası
keçirilmişdir. İclasda
Azərbaycan elmində islahatların aparılması
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 10 aprel tarixli sərəncamından irəli
gələn vəzifələr müzakirə olunmuş,
2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin
inkişafı üzrə Milli Strategiyanın və həmin
strategiyanın həyata keçirilməsi üzrə Dövlət
Proqramı layihəsinin hazırlanması işinin gedişinə
dair komissiya sədrinin müavini, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun
məlumatı dinlənilmişdir. Müzakirələrdə
çıxış edən komissiya üzvləri hazırlanan
sənədlərin əsas istiqamətlərini məqbul
sayaraq, onların daha da təkmilləşdirilməsinə
dair bir sıra təkliflər irəli sürmüşlər. Sonda
komissiyanın işçi qrupuna tapşırılmışdır
ki, elmin inkişafına dair Milli Strategiyanın və onun
həyata keçirilməsi üzrə Dövlət Proqramının
layihəsi üzərində işləri bir ay müddətində
başa çatdıraraq Dövlət Komissiyasına təqdim
etsin. AzərTAc
|
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 17
aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nın icrası ilə bağlı nazirliyin
Fəaliyyət Planına (2.4 və 7.4-cü bəndlər)
əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya
fənləri üzrə aşkara çıxarılmış
istedadlı şagirdlər arasından ən istedadlılarını
müəyyənləşdirmək məqsədilə
2008-ci ilin mayında Bakı şəhərində alim
və mütəxəssislərin iştirakı ilə
təkrar seçim aparılmışdır. Seçim prosesində riyaziyyat fənnindən
260 (VIII-IX siniflər - 158, X sinif - 102), fizikadan 126 (VIII-IX
siniflər - 62, X sinif - 64), kimyadan 138 (VIII-IX siniflər -
68, X sinif - 70), biologiyadan 155 (VIII-IX siniflər 83, X sinif -
72) nəfər iştirak etmişdir. Şagirdlərə riyaziyyat, fizika, kimya fənlərinin hər birindən 50, biologiya fənnindən 75 xüsusi hazırlanmış test təşkil olunmuş, nəticələr 100 ballıq sistemlə qiymətləndirilmişdir. |
Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırıldı Qəzetimizin əməkdaşı da
mükafat alanlar sırasındadır Təhsil
Nazirliyi iyulun 18-də 22 iyul - Milli Mətbuat Gününə
həsr olunmuş mərasim keçirdi. Mərasimə ölkənin
tanınmış jurnalistləri və media qurumlarının
nümayəndələri dəvət edilmişdilər. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq media mənsublarını peşə bayramları münasibətilə təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı. Nazir hazırda təhsil sahəsində aparılan islahatların, Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılandığını bildirdi. |
İngilis dili müəllimlərinin daha bir qrupuna sertifikatlar təqdim olundu Xəbər verdiyimiz kimi, Təhsil
Nazirliyinin Böyük Britaniyanın "British Council" təşkilatı
ilə birlikdə reallaşdırdığı "İngilis
dilinin intensiv tədrisi layihəsi" çərçivəsində
paytaxtın bir sıra təhsil ocaqlarında çalışan
ingilis dili müəllimləri üçün təlim - seminarları
keçirilmişdir. İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin, metodik ustalığının artırılması, onların müasir təlim texnologiyaları ilə, xüsusən də dilin intensiv öyrədilməsini təmin edən metodlar, üsul və vasitələrlə tanış edilməsi məqsədi daşıyan seminarda Bakının layihə iştirakçısı olan 7 ümumtəhsil məktəbinin (7, 23, 27 nömrəli məktəblər, "İntellekt" liseyi, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, "Ankara məktəbi" məktəb-liseyi və Beynəlxalq Təhsil Kompleksi) 60-a yaxın müəllimi iştirak etmişdir. |