· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31

 

 

...Mən bu gün Azərbaycanın müəllim ordusuna hörmət və ehtiramımı bir daha bildirirəm və bəyan edirəm ki, cəmiyyətimizdə, Azərbaycan ziyalılarının içərisində müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər və xüsusi  qayğı ilə əhatə olunmalıdırlar. Mən ümidvaram ki, həm orta məktəblərdə, həm ali məktəblərdə müəllimlərimiz gələcəkdə də öz peşələrinə sadiq olacaqlar, öz biliklərini daha da təkmilləşdirəcəklər. Müəllimlərimizin səyləri nəticəsində bizim təhsil sistemi daha da təkmilləşəcək, bunların hamısı azad, müstəqil Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.

 Heydər ƏLİYEV

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin 85 illiyi tamam olur.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.

Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

 

ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında spartakiadanın keçirilməsi barədə

QƏRAR

Bədən tərbiyəsi və idman sahəsində böyük irəliləyiş, dünya miqyasında ölkəmizin tanınması və uğurla təmsil olunması idmanımızın ən böyük himayədarı olmuş ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Hazırda beynəlxalq idman  təşkilatları Azərbaycanda idmanın, olimpiya hərəkatının etibarlı əllərdə olduğuna görə ölkəmizi beynəlxalq  yarışların keçirilməsi üçün sabit və inkişafda olan bir dövlət kimi tanıyırlar. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin fəaliyyətinə, eyni zamanda ölkəmizə verilən yüksək qiymətdir.

Yeni Azərbaycan Partiyasında mətbuat konfransı

Martın 7-də Yeni Azərbaycan Partiyasının qərargahında təhsil naziri Misir Mərdanovla mətbuat konfransı keçirildi. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev tədbiri açaraq sözü Misir Mərdanova verdi.

Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, təhsil naziri Misir Mərdanov təhsil sahəsində görülən işlərlə bağlı KİV-ə müntəzəm məlumat verildiyini xatırladaraq diqqətə çatdırdı ki, bu görüşdə qarşıda duran vəzifələrdən, 2008-ci ildə təhsil sistemində həyata keçiriləcək tədbirlərdən söhbət açılacaq.

Təhsil sahəsinin ayrı-ayrı pillələrində müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verən nazir bildirdi ki, cari ildə bu məqsədlə 196 milyon manat vəsait ayrılıb.

Uşaq Gənclər İdman Məktəbi şagirdlərin istifadəsinə verildi

Martın 12-də Nəsimi rayonundakı 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbinin açılış mərasimi oldu.

Mərasimdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Milli Məclisin deputatı ülvi Quliyev, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə  və başqaları iştirak edirdilər.

Açılış mərasimini  təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə qazanılan uğurlardan söhbət açdı. Nazir bildirdi ki, son illər Azərbaycan idmançılarının qazandığı qələbələr bu sahəyə ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Ali təhsillə bağlı müşavirə

Martın 11-də Təhsil Nazirliyində ali təhsillə bağlı müşavirə keçirildi. Tədbirdə nazirliyin müvafiq şöbə və struktur bölmələrinin, o cümlədən Bakıdakı dövlət ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən görülən işlərdən bəhs etdi və həmin sənədin icrası ilə əlaqədar "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın hazırlıq vəziyyəti haqqında məlumat verdi.

Misir Mərdanov Təhsil Nazirliyi və British Council tərəfindən həyata keçirilən birgə layihələri yüksək qiymətləndirdi

Martın 13-də Təhsil Nazirliyində British Council-in bu qurumla birgə həyata keçirilən layihələrinə həsr olunan tədbir keçirildi. Tədbirdə British Council ilə əməkdaşlıq, həyata keçirilən layihələrdə iştirak edən bir sıra ali məktəblərin rektorları, məktəb direktorları və müəllimlər, həmçinin  digər qurumların nümayəndələri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov tədbiri açaraq British Council-in 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyindən, bu təşkilatın əsas məqsəd və məramından söz açdı.

Təhsil Nazirliyində görüş

Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb.

Misir Mərdanov qonağa ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni zamanda yerli və beynəlxalq qurumlarla birgə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra nazir ölkəmizin texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb.

Xalq yazıçısı Anarla görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayevlə anadan olmasının 70 illik yubileyi münasibəti ilə görüş keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov hörmətli yazıçını və tədbir iştirakçılarını salamladıqdan sonra bildirdi ki, həqiqi insan, parlaq şəxsiyyət, gözəl sənətkar olan Anar Rzayev respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılarımızdan biridir. O, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir. 1998-ci ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. Elə həmin ildə də ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə müstəqil respublikamızın ən ali mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib. Professor Y.Məmmədov çıxışının sonunda rəhbərlik etdiyi ADPU-nun kollektivi adından yubilyara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayaraq tər çiçək dəstəsi və xatirə hədiyyəsi təqdim etdi.

Təhsil sistemində ən müasir elektron ödəniş sistemlərinin və vergi hesabatlarının elektron sənəd formasının tətbiqinin vəziyyəti və ortaya çıxan problemlər

Məlum olduğu kimi, müasir dövr beynəlxalq aləmdə mövcud olan yeni elmi-texniki nailiyyətlərin və standartların bütün sahələrdə olduğu kimi  maliyyə, uçot və hesabat işlərində də tətbiqini tələb edir. Bu baxımdan hazırda qloballaşan iqtisadi dünyada müasir ödəniş sistemlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi üçün əhalinin elektron ödəniş sistemlərindən istifadəsinin genişləndirilməsi, yəni əməkhaqqı və digər ödənişlərin plastik kartlarla həyata keçirilməsinin  çox böyük üstünlükləri vardır. Bu üstünlüklərə əsasən aşağıdakılar aiddir: 

 * Müəssisənin əməkdaşları heç bir əlavə xərc çəkmədən dünyanın bütün ölkələrində qəbul olunan aparıcı ödəniş sistemlərinin beynəlxalq plastik kartlarının sahibi olurlar.

İstedadlı uşaq və gəncləri

tanıyaq və tanıdaq!

Elməddinin də adı "Qızıl kitab"a yazıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin V sinif şagirdi  Elməddin İbrahimovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazıldı.

Elməddin Samux rayonu İnstitut qəsəbəsində fəhlə ailəsində anadan olub. O, beşinci sinfə qədər həmin qəsəbənin orta məktəbində oxumuş, bu ildən isə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin  Dostları Fondunun təşəbbüsü ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsilini davam etdirməyə başlamışdır.

Müasir Təhsil Kompleksinin tədris hissə müdiri Nasim Abışov söhbətində bildirdi ki, Elməddin məktəbdə V sinifdə oxumaqla bərabər, kompleksin nəzdində fəaliyyət göstərən Musiqi məktəbinin muğam şöbəsinin III sinfində oxuyur. Ona respublikanın xalq artisti Mənsum İbrahimov dərs keçir.