|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Uşaq
Gənclər İdman Məktəbi şagirdlərin
istifadəsinə verildi Martın
12-də Nəsimi rayonundakı 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman
məktəbinin açılış mərasimi oldu. Mərasimdə təhsil naziri Misir
Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov,
gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
ülvi Quliyev, Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə
və başqaları iştirak edirdilər. Açılış mərasimini
təhsil naziri Misir Mərdanov açaraq son
illərdə idman sahəsində həyata keçirilən
tədbirlərdən, bu sahədə qazanılan uğurlardan
söhbət açdı. Nazir bildirdi ki, son illər Azərbaycan
idmançılarının qazandığı
qələbələr bu sahəyə ölkə başçısı
cənab İlham Əliyevin diqqət və qayğısı
sayəsində mümkün olmuşdur. İndi demək olar ki,
rayonlarımızın böyük əksəriyyətində
idman mərkəzləri fəaliyyət göstərir. Bu
sahədə qazanılan uğurlarda məktəbli
gənclərin də payı olduğunu vurğulayan nazir
bu sahənin daim diqqət mərkəzində saxlanacağını
bildirdi. Sonra nazir qırmızı lenti kəsdi
və 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman
Məktəbinin gələcək fəaliyyətinə uğurlar
arzuladı. Təhsil naziri Misir Mərdanov və
mərasimə gələn qonaqlar idman məktəbinin
məşq, soyunub-geyinmə otaqları ilə tanış
oldular. Məktəbin direktoru Elçin Mehdizadə qonaqlara
məlumat verdi ki, hazırda məktəbdə iki idman növü
üzrə - həndbol və taekvando bölməsi
fəaliyyət göstərir. Cəmi 500 şagirdimiz var ki,
bunlarla 15 məşqçi-müəllim məşğul olur.
Şagirdlərimizdən Cahid Tağızadə 45 kq çəkidə
2007-ci ildə Almaniyada keçirilən dünya birinciliyində
Şərq əlbəyaxa döyüş növləri üzrə
gənclər arasında dünya birincisi olmuşdur. Digər
şagirdimiz Elvin Şükürov isə yeniyetmələr arasında
3-cü yeri tutmuşdur. Sonda məktəbin direktoru Elçin
Mehdizadə 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman
Məktəbində yaradılan bu şəraitə görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,
təhsil naziri Misir Mərdanova məktəbin şagird
və pedaqoji kollektivi adından dərin minnətdarlığını
bildirdi. Şakir CƏFƏROV
|