|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Samux
rayonunun Əliuşağı kənd orta
məktəbində və Kəlbəcər rayonunun 67 nömrəli
məktəbində olub AzərTAc
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
Samux rayonuna səfəri çərçivəsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın
3-də Mirzə Fətəli Axundov adına Əliuşağı
kənd orta məktəbində olmuşdur. 2005-ci
ildə Heydər Əliyev Fondunun dəstəyi ilə
tikilmiş məktəbdə 200 şagird təhsil alır.
2007-ci ildə məktəbin 3 məzunu yüksək balla ali
məktəblərə qəbul olunmuşdur. Mehriban Əliyeva
Azərbaycan dili və tarix kabinetləri və kompüter otağı
ilə tanış oldu. Bildirildi ki, kompüterlərin hamısı
İnternet şəbəkəsinə qoşulmuşdur.
Mehriban xanım məktəbin kollektivinə uğurlar
arzuladı. Heydər
Əliyev Fondunun prezidenti həmin kənddə yerləşən
Kəlbəcər rayonunun 67 nömrəli
məktəbində də oldu. Mehriban xanıma məlumat
verildi ki, 2004-cü ildə tikilmiş məktəbin on sinif
otağı var. Burada
Kəlbəcər rayonundan olan 40 şagird təhsil alır.
Heydər Əliyev Fondunun prezidenti məktəbin kompüter
otağı, ibtidai sinif otağı, kitabxanası ilə
tanış oldu. Bildirildi ki, kitabxanada
dərsliklərdən və bədii ədəbiyyatdan
ibarət 1800 kitab var. Mehriban xanım Heydər Əliyev guşəsində
ümummilli liderin həyat və fəaliyyətini əks
etdirən fotostendə də baxdı. Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncə uşaq
evində olub Prezident
İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində
martın 3-də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva Gəncə uşaq
evində olmuşdur. Burada uşaqlar Mehriban xanımı
səmimiyyətlə qarşılayaraq, qarşıdan
gələn 8 Mart qadınlar bayramı münasibətilə
onu təbrik etdilər. 1997-ci ildən fəaliyyət göstərən
Gəncə uşaq evi ötən il əsaslı təmir
olunmuşdur. Hazırda burada 83 uşaq tərbiyə alır.
Mehriban xanım Əliyeva burada yaradılan
şəraitlə tanış oldu, uşaqların qida
rejimi ilə maraqlandı, kompüter otağına baxdı.
Bildirildi ki, buradakı 10 kompüterin hamısı İnternetə
qoşulmuşdur. Azərbaycan Prezidentinin xanımı uşaq
evinin "Banuçiçək" ansamblının hazırladığı
konsert proqramına, ədəbi-bədii kompozisiyaya baxdı.
"O olmasın, bu olsun" musiqili komediyasından fraqment
xüsusilə xoş təsir bağışladı. Heydər Əliyev Fondunun prezidenti uşaqlarla
xatirə şəkli çəkdirdi. AzərTAc |