|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xalq yazıçısı Anarla görüş Azərbaycan
Dövlət Pedaqoji Universitetində Azərbaycan Yazıçılar
Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar
Rzayevlə anadan olmasının 70 illik yubileyi münasibəti
ilə görüş keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor Yusif Məmmədov hörmətli yazıçını
və tədbir iştirakçılarını salamladıqdan
sonra bildirdi ki, həqiqi insan, parlaq şəxsiyyət, gözəl
sənətkar olan Anar Rzayev respublikamızın
ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılarımızdan
biridir. O, 1991-ci ildən Azərbaycan Yazıçılar
Birliyinə rəhbərlik edir. 1998-ci ildə "Xalq yazıçısı"
fəxri adına layiq görülüb. Elə həmin ildə
də ulu öndərimiz Heydər Əliyevin fərmanı
ilə müstəqil respublikamızın ən ali mükafatı
olan "İstiqlal" ordeni ilə təltif edilib.
Professor Y.Məmmədov çıxışının sonunda
rəhbərlik etdiyi ADPU-nun kollektivi adından yubilyara möhkəm
cansağlığı və yeni yaradıcılıq uğurları
arzulayaraq tər çiçək dəstəsi və xatirə
hədiyyəsi təqdim etdi. Sonra söz universitetin filologiya fakültəsinin
dekanı, professor Buludxan Xəlilova verildi. O, Anar Rzayevin
həyat və yaradıcılığı barədə
geniş çıxış etdi. Universitetin müəllimləri,
şair Oqtay Rza "Anara məktub" şeirini, professor
Həsən Mirzəyev isə yazıçıya ürək sözlərini
söylədilər. çıxışlardan sonra universitetin
tələbələri yazıçının qələm
məhsulu olan "Beşmərtəbəli evin altıncı
mərtəbəsi","Keçən ilin son
gecəsi", "Ağ liman", "Mən, sən, o
və telefon", "Adamın adamı", "Otel otağı",
"Anlamaq dərdi" və s. əsərlərindən
parçalar göstərdilər, şeirlərindən nümunələr
söylədilər. Sonra yazıçı ilə birbaşa dialoq da
tələbələr tərəfindən böyük maraqla
qarşılandı. ƏDALƏT |