Oğuz rayonundakı Yaqublu kənd tam orta məktəbində dünyanı cənginə alan korona virusu və digər yoluxucu xəstəliklər barədə maarifləndirici tədbir keçirilib.
Tədbirdən əvvəl tibb işçiləri Aytən Sadıqova və Ayna Manaflı siniflərdə tibbi müşahidələr və müayinələr aparıb.
Tədbirdə çıxış edən müəllimlər korona virusu, onun əsas əlamətləri, ölkəmizdə bu virusla mübarizə üçün görülən tədbirlər, həmçinin digər yoluxucu xəstəliklər barədə məktəbliləri məlumatlandırıb.
Yoluxucu xəstəliklərdən qorunmaq üçün şagirdlərə tövsiyələr verən tibb işçiləri müəllim və şagirdlərin suallarını da cavablandırıb.
Sonda korona virusu, digər yoluxucu xəstəliklər, onlardan qorunmağın üsullarından bəhs edən video-çarx nümayiş etdirilib.