Korona virusu və digər yoluxucu xəstəliklərlə bağlı maarifləndirmə

Oğuz rayonundakı Yaqublu kənd tam orta məktəbində  dünyanı cənginə alan korona virusu və digər yoluxucu xəstəliklər barədə  maarifləndirici tədbir keçirilib.

        

Tədbirdən əvvəl tibb işçiləri Aytən Sadıqova və  Ayna Manaflı  siniflərdə tibbi müşahidələr və müayinələr  aparıb.

 

Tədbirdə çıxış edən müəllimlər korona virusu, onun  əsas əlamətləri,   ölkəmizdə  bu virusla mübarizə üçün görülən tədbirlər, həmçinin digər yoluxucu xəstəliklər barədə məktəbliləri  məlumatlandırıb.

 

Yoluxucu xəstəliklərdən qorunmaq üçün şagirdlərə tövsiyələr verən tibb işçiləri müəllim  və şagirdlərin suallarını da cavablandırıb.

 

Sonda  korona virusu, digər yoluxucu xəstəliklər, onlardan qorunmağın üsullarından bəhs edən  video-çarx  nümayiş  etdirilib.

 



20.02.2020 | 12:39