Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün “Özgüvənin həyatımızda rolu” mövzusunda təlim keçirilib.
Naxçıvan Gənclər və İdman Nazirliyinin və “Optimal” Qrup MMC-nin təşkilatçılığı ilə keçirilən təlimdə institutun 130 tələbəsi iştirak edib. Təlimdə “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək, gənclərdə özünəinamın formalaşdırılması, müsbət düşüncənin davranışa təsiri və s. psixoloji məsələləri diqqətə çatdırıb.
Sonda mövzu ətrafında gənclərlə birlikdə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.