“Özgüvənin həyatımızda rolu” mövzusunda təlim

Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün “Özgüvənin həyatımızda rolu” mövzusunda təlim keçirilib.

 

Naxçıvan Gənclər və İdman Nazirliyinin və “Optimal” Qrup MMC-nin təşkilatçılığı ilə keçirilən təlimdə institutun 130 tələbəsi iştirak edib. Təlimdə “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək,  gənclərdə özünəinamın formalaşdırılması, müsbət düşüncənin davranışa təsiri və s. psixoloji məsələləri diqqətə çatdırıb.

 

Sonda mövzu ətrafında gənclərlə birlikdə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.



20.02.2020 | 09:27