Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələrinə əsasən, Bərdə rayonu üzrə 50  şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Onlardan 6-sı riyaziyyat, 19-u Azərbaycan dili, 8-si kimya, 7-si biologiya, 4-ü coğrafiya, 5-i tarix, 1-i isə fizika fənləri üzrədir.

 

Rayon üzrə ən yüksək nəticəni Şahvəlilər kənd tam orta məktəbinin X sinif şagirdi Hüseyn Babayev əldə edib. Belə ki, o,  kimya fənni üzrə verilmiş 25 tapşırıqdan 23-nü düzgün cavablandırıb.

 

Zövqiyə ƏSƏDOVA,

Bərdə Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi